Yendiənqurma işləri bütün xırda detallarına kimi tam olaraq ölkə başçısının nəzarətindədir

Hit: 890
Yendiənqurma işləri bütün xırda detallarına kimi tam olaraq ölkə başçısının nəzarətindədir

İşğaldan azad edilən tarixi torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə ən qısa zamanda soydaşlarımızın öz ata-baba yurdlarına geri dönməsi təmin ediləcəkdir.

Həqiqətən də tam əminliklə deyə bilərik ki, bu gün işğaldan azad edilən rayonlarımızın əsaslı şəkildə yenidən qurulması, Azərbaycan xalqı və dövləti üçün ən vacib və prioritet məsələlərdən hesab edilir. Bunu, Ölkə başçısı cənab İlham Əliyevin demək olar ki, hər ay, hətta bir ay ərzində iki və daha çox sayda həmin ərazilərə etdiyi səfərləri təsdiq edə bilər. Əlbəttə ki, görülən işlərə  ən yüksək səviyyədə olunan nəzarət həmin proseslərin daha sürətli və keyfiyyətlə icra olunmasını şərtləndirəcəkdir. Bu gün, cənab İlham Əliyevin regionlara səfəri artıq bir ənənə halını alıb. Səfər edilən ərazilərdə yeni infrastruktur layihələrin icrası həmin rayonlara yeni investisiya axınını sürətləndirir. 
 
Bütün bunlar isə regionlarda məşğulluq problemlərinin köklü həllinə təkan verir. Vurğulamalıyıq ki, aparılan abadlıq və quruculuq işlər Qarabağ və Şərqi Zəngəzur regionu ilə yanaşı Azərbaycanın digər bütün rayonlarını da əhatə etməkdədir. Qürurverici haldır ki, bu gün 30 ilə yaxın bir dönəmdə erməni işğalı altında qalmış torpaqlarımız, aparılan bərpa və yenidənqurma işləri sayəsində yeni görkəm alır, erməni vandalizminin izlər zamanla aradan qaldırılır. Vurğulmaq yerinə düşər ki, bütün bu genişmiqyaslı bərpa işləri Azərbaycanın öz daxili imkanları hesabına icra edilməkdədir. Qeyd edək ki, bu proseslərdə Azərbaycanın müttəfiqi olan xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər.
 
Bu gün Azərbaycan regionda əbədi sülhün təmin olunmasında birmənalı maraqlı tərəfdir. Bu eyni zamanda Azərbaycanın sülpərvər olduğunu, müharibə istəmədiyini, əməkdaşlığa, inteqrasiyaya önəm verdiyini ehtiva edir. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də öz çirkin əməllərindən əl çəkmək istəmir. Ara-sıra sərhəd rayonlarımızda atəşkəsi pozmağa çalışır. Sözsüz Qalib Azərbaycan Ordusu bütün bu təxribatların qarşısını anında alır və düşmən öz yerinə oturdulur. Əlbəttə Azərbaycan xalqı çox gözəl başa düşür ki, Qarabağ və ətraf rayonların bərpası təkcə Azərbaycan üçün deyil, bütövlükdə region dövlətlərinin iqtisadi gücünün artmasına vəsilə olacaq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcəkdir. Regionda aparılan quruculuq işləri ikinci ən mühüm məsələnin, öz ata-baba torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin əzəli yrud yerlərinə dönüşünü və onların həmin yerlərdə təhlükəsiz yaşayışını sürətləndirəcəkdir. Məhz bu gün Azərbaycan dövlətinin qarşıya qoyduğu ən ali məqsədi işğaldan azad edilən rayonlarımıza qaçqın və məcburi köçkünlərimizin qaytarılması, böyük bərpa prosesini süətləndirmək, azad edilmiş ərazilərdə daimi məskunlaşma və həmin ərazilərdə iqtisadi fəallığı artırmaqdır. Əldə olunan Şanlı Zəfər Qələbəmizdən hər ötən il, dövlət büdcəmizin təsdiqinə nəzər salsaq açıq-aydın şahidi olacağıq ki, büdcədən qeyd olunan ərazilərin bərpasına kifayət qədər böyük məbləğdə dövlət vəsaiti ayrılmaqdadır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa  və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis edilmişdir. Bütün bunlar bizlərə deməyə əsas verir ki, yendiənqurma işləri bütün xırda detallarına kimi tam olaraq ölkə başçısının nəzarətindədir. Aparılan yenidənqurma və bərpa işləri yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional səviyyədə inkişafı sürətləndirəcəkdir
 
 
Səmədağa Səmədov;
Neftçala rayon sakini, təqaüdçü
 








Redaktorun seçimi