Azərbaycan igidlik və mərdlik məktəbini ləyaqətlə keçən bir gəncliyə sahibdir

Hər zaman gənclərin yanında olan cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycan gənclərinə göstərdiyi dəstək, diqqət və qayğının nəticəsidir ki, bu gün ölkəmizdə vətənpərvər, savadlı, intellektual gənclər ordusu formalaşıb.
Dövlət başçısının həyata keçirdiyi siyasi kursu dəstəkləyən minlərlə gənc hansı sferada olmalarından asılı olmayaraq dövlətə və dövlətçiliyə öz töhfələrini vermək üçün səylərini əsirgəmir, ölkəmizin ictimai, siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edirlər.

Qürur hissi ilə onu da qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan igidlik və mərdlik məktəbini ləyaqətlə keçən bir gəncliyə sahibdir. Bu ölkəmiz üçün böyük sərvətdir. Bu, həm də Azərbaycanın gələcəyinin əmin əllərdə olması deməkdir!
Əziz gənclər, bu gün Sizin gününüzdür!
Sizin hər birinizi Gənclər Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir, Sizə sağlam və uzun ömür, ailə səadəti, işlərinizdə yeni-yeni uğurlar və bol şanslar arzulayıram. Uca Yaradanımızın nəzərləri hər zaman üzərinizdə olsun!
Bayramınız mübarək!
Millət vəkili Jalə Əhmədova
Millət vəkili Jalə Əhmədova