İlham Əliyev Putinə zəng etdi

Hit: 559
İlham Əliyev Putinə zəng etdi
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
 
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.
 
Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.






Redaktorun seçimi