Deputat: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir
YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən səsləndirilən strateji fikirlər ümumilikdə Azərbaycan dövlətinin növbəti illərdə inkişaf istiqamətlərinin əsasını təşkil edən məsələlərdir.
Bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev “YAP-ın Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” mövzusuna həsr olunmuş dəyirmi masada səsləndirib.
O bildirib ki, məsələyə xüsusilə Ermənistanla sülh müqaviləsinin imzalanması ətrafında mövcud qeyri-müəyyənlik kontekstindən yanaşmalıyıq. Bu qeyri-müəyyənlik təkcə Ermənistanın mövqeyindən qaynaqlanmır. Bizi qarşıdakı dövrdə nələrin gözlədiyi və növbəti 5-10 il ərzində necə hazırlaşmalı olduğumuz barədə düşünməliyik.
“2020-ci və 2023-cü illərin dərsləri, bundan sonra əldə etdiyimiz qələbənin beynəlxalq müstəvidə qəbul etdirilməsi istiqamətində apardığımız mübarizə və hazırkı şərait bütün bunları nəzərə almağı zəruri edir. Təbii ki, burada ilk vurğulanmalı məsələ milli gücün artırılmasıdır. Bu da qurultayda səsləndirilən əsas məsələlərdən biridir", - deyə deputat vurğulayıb.
































































