Azərbaycan regionda daimi sülhün bərqərar olması üçün əlavə səylər göstərməyə davam edəcək - Prezidentin köməkçisi

Hit: 265
Azərbaycan regionda daimi sülhün bərqərar olması üçün əlavə səylər göstərməyə davam edəcək - Prezidentin köməkçisi
Ermənistan və Azərbaycan sülh dövrünə qədəm qoyub. Avqust ayında Ermənistan və Azərbaycan arasında sülh sazişinin və dövlətlərarası münasibətlərin paraflanmasının bir illiyini qeyd etdik.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində çıxışı zamanı söyləyib.
 
H.Hacıyev diqqətə çatdırıb ki, biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik.
 
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan üçün münaqişə bitib. Anladıq ki, sülh reallıqları altında yaşamaq çox böyük hissdir. Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və daha da möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək. Sülh həm də yerlərdəki bərpa və yenidənqurma səylərindən başlayır. Çünki, sülh sadəcə qarşıdurmanın olmaması deyil, etimadın qurulması, bərpa və yenidənqurma deməkdir”, - deyə Prezidentin köməkçisi əlavə edib.






Redaktorun seçimi