Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Hit: 655
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
 
Dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoyublar.
 
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoyublar.
 
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.








Redaktorun seçimi