Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub

Hit: 1152
Latviya Prezidenti Egils Levitsin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Egils Levitsin martın 8-də rəsmi qarşılanma mərasimi olub.
 
Faktor.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsi qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.
 
Prezident Egils Levits Azərbaycan əsgərlərini salamlayıb.
 
Prezident İlham Əliyev və Prezident Egils Levits fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
 
Azərbaycan nümayəndə heyəti Latviya Prezidentinə, Latviya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Egils Levitsin qarşısından keçib.
 
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 
Bizim Telegram kanalımıza abunə 








Redaktorun seçimi