İlham Əliyev Putinin köməkçisini qəbul etdi

Hit: 2158
İlham Əliyev Putinin köməkçisini qəbul etdi
Prezident İlham Əliyev dekabrın 5-də Rusiya Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
 
Faktor.az xəbər verir ki, İqor Levitin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.
 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.
 
Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.
 
Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.








Redaktorun seçimi