Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisi təsis edilir
Azərbaycanın Fələstin Dövlətində, Ramallah şəhərində Təmsilçilik Ofisi təsis edilir.
Bu məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Sənəd səsə qoyularaq təsdiqlənib.