Vəd edilmiş xaos

Hit: 190
Vəd edilmiş xaos
ey dili qafil fil faili məchul fani f... 
 
derlər, ayağını yerə bərk-bərk vurduqca qalxan tozu ciyərlərinə çəkməkdən yorulmayan unudulmuş oxucu,
qoçaqlıq göstərib çağı irdələmək, çaşqınlıq yaratmadan araşdırmaq əyləmi dövrü eleşdirməkdən, gələcəyə hüzur ötürəcək üz tutmalardan keçir. xaosun vəhşiliyinə qucaq açan çağ tənqidə məruz qaldıqca, ağac kimi budanır. ağac kimi budanır ki, gələcək zamanlarda öz təravətli bəhrəsini verə bilsin.
 
20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində tezis halına gəlmiş israiloğullarının psixologiyasından qan içən “vəd edilmiş torpaqlar” təkcə bir qövmün ideologiyasına, məfkurəsinə, siyasi-politik-ekonomik sərgüzəştinə çevrilmədi. artıq səsləndirilməkdən dəbə minmiş bu “vədə” dayalı torpaqlar tanrının adından nə qədər sui-istifadə olunsa da, bir toplumun psixologiyasından mədəniyyətinə qədər kimlik oluşdurmaq instinktini gündəmə gətirdi. bəli, ancaq bu içsəl problem əvvəl-axır əlləşib vuruşaraq çağın dünyasına yansımasını başardı. ancaq metafizik təlqinləri də tezisləri antitezislərlə və ya tərsinə bir yöntəmlə dirildir, insanlığın qarşısında onun həyatında kimlik bilinciylə yoxlayır, sınağa çəkir. yüz illərdir insanlığı girinc duruma düşürən, onların təbirləriylə desək, guya bu ilahi qaynaqlı tezis artıq diktə edir ki, bu deyimin və dünyadərkinin antitezisini də ortaya çıxarsın, gündəmə gətirsin. başlanğıcdan günümüzə qövmlərlə sınırlanan bu metafizik qaynaqlı tezis, öz antitezisini zühur etdirdiyini bir qövmə deyil, qəribədir, bütün yaxın şərqə mesajlayır. gələcəkdə isə bunun daha geniş arealda bütün dünyanı qapsayacağından heç bir şübhəm yoxdur. iki sual doğur: nəyə görə bu qədər fəlsəfi, ideoloji konsepsiyalar, yöntəmlər, prinsiplər mövcud olduğuna baxmayaraq, bu anlayış sonda özünə yer edə bilmişdir? bütün bu boyda fikir, düşüncə, ideya, fəlsəfi axımlara rəğmən...
ikinci məqam, nəyə görə bir qövümlə qanadlanıb böyüyən, bir qövmün psixoloji-ruhani-milli varlıq şirəsini çəkən ideya antitezisini oluşdurduğu zaman yarımdünya, yaxud yarımgələcəkdə  elit mafiyalılığını  mədəni məzənnəyə mindirib bütün dünya qapsamında bir arealı, coğrafiyanı, torpağı hədəf alır?
 
derlər, Allahın varlığına iman gətirib atasının goruna and içən unudulmuş oxucu,
əvvəlcə bir cavab verək ki, bu tezisin — “vəd edilmiş torpaqlar” anlayışının antitezisi nədir: konkret olaraq “tərk edilmiş torpaqlar”, yaxud “əbədi olmayan torpaqlar”. niyə? ona görə ki, əgər “vəd edilmiş torpaqlar” ilahi qaynaqlı bir təəssürata sahibdirsə, onun antitezisini oluşduran yönü də hökmən ilahi içərikli, qaynaqlı, həyəcanlı olmalıdır. israiloğulları vəd edilmiş torpaqlardan danışaraq yaxın şərqdə fələstin başda olmaqla bütün qutsal bildikləri (hazırda üzərində fərqli millətlərə, dinlərə mənsub toplumlar yaşamasına baxmayaraq) coğrafiyaların taleyindən danışır və bu istiqamətdə barışcıl deyil, qanlı əməllərini gündən-günə artıraraq davam etdirirlər. bu tezisin əsasını təşkil edən ideologiya, yəqin ki, bütün dünyada mövcud xalqların, millətlərin, cəmiyyətlərin yaşadıqları əraziləri bir gün hansısa səbəbdən tərk edərək böyük köç projesini reallığa dönüşdürəcəklər. bu köç əsnasında kimsə öz yerinə sahib çıxmayacaq. dünya kataklizmlərdən, zəlzələlərdən, yeraltı təkanlardan, iqlim dəyişikliyindən dolayı qarışdığı zaman, bu gözəlim dünya insanları, içi yəhudilər qarışıq, bir məkandan başqa bir məkana doğru başlarını götürüb qaçmaqla məşğul olacaq. yəqin bu böyük köç olayının bir ucu indidən böyük layihələrin xəyal mənbəyini təşkil edən Marsa gedib çıxacaq. o zaman yaşanmaz hala gətirilən dünya bəlkə də bütün canlıların məzar yeri olacaq. 
 
derlər, bu dünyada bir günlük patşahlıq zövqünü bir ömrə dəyişməyən, çirkin olduğu qədər ağlından abdallıq fışqıran unudulmuş oxucu,
“vəd edilmiş torpaqlar” anlayışı ona görə bu qədər cəncəllidir ki, israil oğulları bu anlayışa sahib çıxıb nəsildən-nəslə ötürərkən, onlar digər dinləri, peyğəmbərləri, insanları nəzərə almadılar, ala bilmədilər. bu o deməkdir ki, onlar, israiloğulları hürriyyətlərini aradan qaldıracaq uca yaradıcı gücü “anlamaq”, “dərk etmək” adlı dövriyyələrindən çıxardılar. əgər milli-ruhani durumları bu şəkildə olmasaydı, bizlər bu qədər qanlı əməllərin, toplu uşaq qətliamlarının, günahsız insanların, məzlumların sel olub axan qanlarına şahidlik etməzdik. hələ tarixdə baş vermiş nahaq intriqaları, günahları, fitnələri dilə gətirmirəm. bu gün vəziyyət necədirsə, hər zaman tarixdə bu cür olub. kim hansı rolu öhdəsinə götürübsə, yaradılışdan bu yana o millətlərlə, qövmlərlə də eyni xislətinin daşıyıcılıq missiyasını yerinə gətiriblər. söhbət ondan gedir ki, gərək biz, guya öz məsumluğuna inandırdığı iblisin fəaliyyətinə bu qədər gen-bol imkan və fürsət verməməli idik. tanrı günahsız axıdılan qanları, məzlumların yox edilməsini, gücsüzlərin zorbalıqlara məruz qalmasını sevmədiyi kimi, iblisin də fitnəsinə imkan tanınmamasını, xəyanət və intriqasına da fürsət verilməsini qəbul edə bilmir.
ona görə də, Allahın nə vaxtsa bütün canlıları qarşılama törənində (məhşər) səhnəyə çıxarılacaq o ağılları başdan alacaq tamaşanın çox möhtəşəm olacağına qətiyyən şübhəm yoxdur.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi