Undulduğunu görüb kədərindən göyə dırmaşan oxucu
Mən necə yəhudi oldum
Ey dilki qafil fil faili məchul fani f...
Derlər,
Otuz il həsrətlə gözlədiyi doğma Qarabağa, Zəngəzura indi daha da həsrət qalıb bağrı çatladıqca daha da
Undulduğunu görüb kədərindən göyə dırmaşan oxucu,
Gənclik illərində nədənsə mənə elə gəlirdi ki, tezliklə öləcəm. Deyim ölümdən də qorxmurdum. Ancaq bu hisslər məni xeyli narahat edirdi. Onu da qeyd edim ki, o zamanlar məni qəribə bir paradoksallıq gölgəsi qarabaqara izləyirdi: məsələn subaylıqda əlimə pul - para çox keçirdi. Ürəklənib, evləndim. Evləndikdən sonra o para - pul əməlli - başlı azalsa da, subaylıq dönəmindəki həyatımdan daha yaxşı yaşamağa başladım. Bunu bizzat hiss edir, görür, anlayır və yaşayırdım. Subay vaxtı zaman anlayışı məndə sanki bu gün və gələcəklə ölçülürdü. Evlillikdən sonra mənim ömür və yaddaş təyinatıma KEÇMIŞ adlı bir ZAMAN kəsimi də daxil olmağa başladı. Özü də bu “keçmiş” sözünü yanında bir “uzaq” sözü də öz təyinatıyla məni ağuşuna alıb, kamına çəkib daha da ötələrə doğru apardı. Sonradan anladım ki, sən demə, bu ZAMAN arenamda üçüncü pəncərə keçmişə deyil, ötələrə doğru fokslanıbmış. Subaylıqdakı “hər an ölə bilərəm” duyğusu indi qosqocaman fanilik duyğularıyla öz selləmə yağışına tutdu mənciyəzi. Bu aralarda arayış, axtarış içində var oluşum kimliyimi QURANla tanışdırdı. Bütün bunlar subaylıq və evlilik dönəmlərimdə mənliyimdə öz ilkələrini, qaydalarını tişəylə həyatıma yazacaq dərəcədə gerçəkləşərək kişilik kəhanətimə vurulan naxışlar oldu.
Derlər,
Hər cümə qonaqlıq adıyla bişirdiyi halvanın dadını xatırladıqca bütün peşimançılıqlarını unudmağa çalışan acıqlı oxucu,
Daha konkret olaraq bu suala cavab versəm, bildirim ki, evlilikdən sonrakı dönəmdə bir dərkimdəki bir açılıma da şahid oldum. Subaylıqda özümü daha çox köçəbə zənn edirdim. Dünyanın harasında, hansı bucağında yaşamağım heç də o qədər maraqlı, önəmli gəlmirdi mənə. Evləndikdən sonra, dünyanın hansısa bir nöqtəsində kök atmağım, məskunlaşmağım kimi bir hisslərə ruhumun qapılarını açdım. Evləndikdən sonrakı hər hansısa bir yer seçimim və o yerə-yurda, məkana bağlılığım məni bir az da yəhudiləşdirdi. Özümdə yəhudiliyin əlamətlərini şüursal olaraq dərk etməyə başladım. Demək ailə qurmağım, evliliyə yenilməyim varlığımdakı və bəlkə də təfəkkürümdəki yəhudiliyimi üzə çıxardı. Mən evlənməsəydim, görünür bu yarı yahudi olmaq kimi anlayışım bilmərrə qayba məxsus bir sirr olaraq heç vaxt mənə agah olmayacaqdı. Elə o zamanlar mən silsilə şəklində belə bir yazı da yazmışdım: “MƏN BİR YƏHUDIYƏM". Əgər belə idisə, bəs mən subaylıq dönəmlərimdə hansı milli kimliyin himayəsində özümü görür və hiss edirdim. Sözsüz o zamanlar mən bir tük kimliyimin hər an fərqində olmaqla, gəncliyimin bu kimliyimdən yetərli qədər istifadə etməsininin, vasitəyə çevirməsinin şahidi olmuşdum. Demək məsələ belə idi: doğrudanmı, evlənməyə qərar verib ailə quran hər soydaşım öz keçmişinə xəyanət etməklə, yəhudiliyə bir qazanc sağlamış, yəhudiliyin bir ömür sərüvənində hiyləsinə bürünmüşdür. Görünür, hər soydaşım deyil, hər şair xarakteri və ruhaniyyəti alnının tərini tökən şair belə bir həşəmətli xəyanətin nişangahına çevrilmiş və çevrilə bilir. Dolayı yolla, söyləsək, hər evlilik yapan türk bu evliliyi özündən dönüklük və özünə xəyanət üzərindən əzəmətləndirib, varlıq haqlarını bir məzənnəyə mindirir???
Derlər,
Rəhmətlik Qabilin şeirləri haqqında eşidib özünü təhlükəsiz hiss edən unutqanlığı qan oxucu,
Evlilikdən sonrakı həyatımda bu sayıqlamarım bitmədi. Evləndikdən sonra anlamağa başladım ki, göydə dolub daşan buludlar yalnız susuz səhraları cana gətirmək, ucsuz bucaqsız tarlaları yaşıllatmaq üçün deyil, həm də sel - suların daşqınlara çevrilib evləri - eşikləri, bəndləri yıxıb uçurtması üçün bir fəlakət körükləyən “missiyası”, xisləti var. İndiyə kimi ata - ana bildiyim valideynlər, həm də nənə - babaymış, həm də mənim övladlarımın xatirələriymiş.
Torpaq ayağının altında hiss elədiyin sürəcə həm də Vətəndir.
Quran kitabı, KİTAB omaqdan ziyadə həm də CANLI təmas qura biləcəyim bir zamandaşım, soydaşımdır. Mən bu zamandaşımın, soydaşımın mahiyyətində milyonların paylaşdığı məsuliyyətdən məndə də olduğunu dərk edəndə, XİLAS OLMAQ məqamının bir bəşər övladı üçün nələri hesaba qatmalı gərəkdiyinə bağır basıbsanki əhd bağladım. Elə hesab edirəm ki, bax, (mənim) evlilik həyatım öz inanclarım doğrultusunda məni təkcə bir qadınla nələrisə paylaşmağa sövq etmədi, bu evlilik həm də məni o milyonlar dediyim bəşər övladlarıyla ORTAQ paylaşma nöqtəmizdə qoruduğumuz ƏZƏLDƏ ANLAŞMA AKTIMIZIN ən oxunaqlı, ən məsuliyyət qığılcımı saçan bəndinə çevrildi.
Xanəmir Telmanoğlu






























































