Nədən türk ədəbiyyatı yəhudi şair və yazarı yetişdirmədi?

Hit: 90
Nədən türk ədəbiyyatı yəhudi şair və yazarı yetişdirmədi?
Ey dili qafil, fil, faili-məchul, fani-f...
 
Dərlər,
unudulmasını haqq eləmiş çılğın oxucu,
 
Türklər tarix boyunca yəhudi qövmünə qucaq açdılar. Bu tarixi faktları bilməyən yoxdur. Hələ ən dəhşətli faciə - 1492-ci ildə İspaniyadan yəhudilərin qovulması və Türk-Osmanlı imperiyasının bu xalqı dışlamadan onları bağrına basması, az qala riyaziyyat, fizika, kimya kitablarına da yazılsın.
Yəhudilər türklərin içinə girdikdən sonra onların yaşamında, həyat tərzində, hətta mədəniyyətində də yer almağa başladılar. Çağdaş Türkiyə cəmiyyətində din, dil, mətbuat-yayım, tarix, musiqi, rəssamlıq, memarlıq sahəsində az da olsa yaradıcı yəhudilər məlum olsa da, qəribədir ki, Türkiyə ədəbiyyatında yəhudi əsilli elə bir ciddi düşüncə, söz sahibinə rast gəlmək mümkün deyil.
Sual olunur: Sizcə, nəyə görə əsrlərdir türk coğrafiyasında və kültürü içində yaşamalarına baxmayaraq, Türkiyədə yəhudi əsilli ciddi bir qələm sahibinə rast gəlinmədi? Nədən türk mədəniyyəti yəhudi yazar-şair ortaya çıxarmadı?
Oysa, Türkiyədə türkün dışında əksər yazar-şairlər türk kimliyi altında kürd, alban, çərkəz, ərəb, yunan yazar-şairlərdir. Yəni Türkiyə kimi bir coğrafiya və mədəniyyətdə yəhudi yazarların yetişməməsi, ortaya çıxmaması səbəbi yaşadıqları coğrafiya, mədəniyyət və cəmiyyətləmi bağlıdır, yoxsa bu gerçəklik birbaşa yəhudi anlayışının, yəhudi kimliyinin özü ilə bağlı bir hadisədir?
 
Dərlər,
unudulsa, bir dincələrdi, deyən oxucu,
Yəhudilər türk mədəniyyətində var, bəs ədəbiyyatında niyə yoxdur? 
Məncə, bu suala birbaşa cavab gerçəklik və səmimiyyət aşılamaz. Ancaq burada əsas ağırlıqlı arayışı biz ədəbiyyat üzərində aparmalıyıq. Çünki hər sahədə var olan yəhudi nədən türk ədəbiyyatı içində görünmür, ya görünməzlikdən gəlir, yaxud görünmək istəmir?
Sizcə, yəhudilər türk ədəbiyyatında görünmək, olmaq istəmirlərmi? Belə bir milli-dini-insani-kosmoqonik özünü qınama, özünü əskik görmə kompleksindənmi irəli gəlir, yoxsa özünü var-mövcud dəyərin içində görməmə sindromudur?
Məncə, yəhudilərin deyil, yəhudiliyin türk ədəbiyyatı ilə bir problemi vardır.
Ədəbiyyat Şərqdə və eləcə də türk anlayışında əxlaq kodeksi, əxlaq qavramı daxilində həllini tapmış və mədəniyyətlə bağlantı yaratmış özəlliyə sahibdir. İnsanın yer üzündə heç bir mənəvi-energetik-metafizik özəlliyi, dəyəri olmasa belə, tək əxlaqı ilə bütün mədəniyyət özülü və ilahi harmoniyalı cəsarətə cavabdehlik daşımağa qadirdir. Tək əxlaqla.
Çünki insanın varlığından və üstəlik də kimliyindən əxlaqı çıxardığın zaman yerində eybəcər bir heyvan, yöntəmsiz bir əşya, mənasız bir cisim qaldığını da görə bilərsiniz. Əxlaq insanlığın, mədəniyyətin başını çəkən güc nöqtəsidir.
Məncə, yüksək dəyərə və mənəvi özəlliyə, çevik zəkaya sahib yəhudilik heç vaxt özünü ikinci, üçüncü sırada görmək istəməz, haradasa mənəvi sinifləndirmədə alt qatlarda özünü görməyə dözümü çatmaz.
Ona görə də işini bəri başdan qarantı altına alan yəhudilik, türk-müsəlman kimlikli mədəniyyət ortamında türk ədəbiyyatında geri durmuş olaraq varlığını tanıtdı. Bu, həm də o deməkdir ki, yəhudilər tarixin bu tale yazısında özlərinə bir daha hörmət etməyin üsulunu icad etdi, üslubunu, yöntəmini mənimsədilər.
Bu özünə sayğı və özünü qoruma instinkti, məncə, əsla onların hər mənada özlərini içində komfort və üstün-ağayana hiss etdikləri müstəvidə də aşağılama şımarıqlığına alışdırmadı.
 
Dərlər,
unudulduqca susuzluq yaradan oxucu,
Yəhudilərin türk ədəbiyyatında yer ala bilməmə, imza çıxara bilməmə səbəblərindən biri də onların sürgün-köç stresinin tarixi arxetipini bir ehtiyat kimi, əmanət kimi yaddaşa vurmaları ilə bağlıdır.
Yəhudilər - yəhudilik harada olur- olsun, sürgün-köç olayının acı sərüvənini yaddaşında yaşadan bir kimlikdir. Onların tarix boyunca yaddaşda özünə yer almış sürgün acısının verdiyi tətikləyici özünü-kontrol, özünü-yoxlama, özünəqayıdış-dönüş müşahidəsi, təcrübə dayağına çevrilsə də, bu təcrübənin verdiyi impulsların gələcəyə yönəlik mədəni kimlik özəlliyinin insanlığın hansı qatında qorunduğu, hansı qatında deformasiyaya uğradığı, hansı qatında itirildiyi, yox olduğu ilə bağlı bir intuisiyadır.
Yəhudilik əsla İslam və milli kimlik eşliyində, bir də coğrafiyanın mənəviləşən energetikasındakı ortamda, sacayaqda özlərini həmişə yeni bişirilən deyil, sadəcə bişdiyindən yenidən qızdırılan bir milli-mənəvi vəsflə qoruma altına alaraq qəribə bir tarixi-zamanasal təskinliyə yenilib-məğlub olub.
Onlar müsəlman kimliyi daxilində ədəbiyyat sorunlarını həll edə bilərdilər. Tək türk kimliyi daxilində də bu əxlaqsal-metafizik sorunlarını yoluna qoymaqda aciz olmazdılar. Hətta bu iki mədəni komponent dışında hər hansı bir coğrafi energetikasında da ədəbiyyat tələbatlarını həll edərdilər.
Ancaq bu üçlü: İslam-türk-coğrafiya energetikası, əsərlə qaynaşmış vəhdətində əxlaqa dayalı ədəbi kimliklərini ya gizlətməli, ya yox saymalı, ya da bir faciə-nisgil ağrıları ilə yaddaşdan əsinləndikləri qığılcımla gah musiqiyə, gah rəngə, gah memarlıq cizgilərinə, gah ekonomikadakı sərvət faizinə dönüşdürüb başlarını qatmaq zorundaydılar ki, bunu da edirlər.
Bir sözlə, konkret olaraq, bu gün türk ədəbiyyatında yerli sayılacaq yəhudilərin heç bir şəkildə yer almamalarının olduqca dərin və ciddi bağlamda kökləri olması şəksizdir.
Əlbəttə, bu yetərsizliyin, bəzən də kamilliyin, deyərdim, əsl nədənlərindən biri də yəhudilikdə, yəhudilik kimliyinin xarakterik-spesifik özəlliyinin tarix boyunca aşınmayaraq, tutucu kisvəsinin fanatik alqılayışla heç bir kompromisə getməmə energetik qınayışında bəsləndiyinin qənaətindəyəm.
Ədəbiyyat-söz ilahi və əxlaqi bir əsaslı mənəvi sərmayə himayədarlığını üzərinə almış, bu məsuliyyətlə bütün tarix boyunca şərə qarşı mücadilə aparmış güc dəngəsi, üstünlük başlanğıcıdır.
Yəhudilik olduqca ayıq davranaraq Türkiyə kimi bir coğrafiyada və türk ədəbiyyatında özünü geri çəkərək yeni bir əzabdan, qəzəbdən, mənasız olmaqdan özünü qoruya bilmişdir.
 
Qeyd: Türklərin onlara bu qədər tarixi təsdiqlə qucaq açmalarına baxmayaraq, Türkiyə və dünya yəhudiləri Türkiyəyə heç vaxt beynəlxalq və dünya səviyyəsində dəstək vermədilər, tarixi və mənəvi borclarını fürsət bilib qaytarmadılar.
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi