Laçın – həsrətin bitdiyi, Zəfərin başladığı şəhər
26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında qürur, Zəfər və Böyük Qayıdış rəmzi kimi xüsusi yer tutur.
2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə üç onillikdən artıq davam edən həsrətə son qoyuldu, şəhərdə üçrəngli Azərbaycan Bayrağı yenidən dalğalandı. Bu tarixi hadisə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Laçın Şəhəri Gününün təsis edilməsinin əsasını təşkil etdi.
Bu gün Laçın artıq yalnız azad edilmiş şəhər deyil, həm də sürətlə yenilənən, müasir infrastrukturu və gözəl siması ilə Böyük Qayıdışın parlaq nümunələrindən biridir. Vaxtilə həsrət və nisgilin simvolu olan Laçın bu gün həyatın, quruculuğun və gələcəyə inamın ünvanına çevrilib.
26 Avqust – Laçının azadlığının, laçınlıların doğma yurda qayıdışının və Azərbaycanın Böyük Zəfərinin şərəfinə yazılmış qürur səhifəsidir.
Laçın Şəhəri Günümüz mübarək!
Aslan Abbaszadə
FaktorNews xəbər portalının Təsisçisi və Baş Redaktoru

































































