Peter Pelleqrininin Azərbaycana səfərlər salnaməsi: - çoxşaxəli dövlət vəzifələrindən başlayan sarsılmaz dostluq

Hit: 395
Peter Pelleqrininin Azərbaycana səfərlər salnaməsi: - çoxşaxəli dövlət vəzifələrindən başlayan sarsılmaz dostluq
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan dövlətinin və xalqının sadiq, etibarlı və yaxın dostu olduğunu özünün çoxşaxəli siyasi fəaliyyəti boyu dəfələrlə sübut etmişdir. Möhtərəm Prezident cənab İlham Əliyev bəyanatında rəsmi qonağın ölkəmizə olan xüsusi bağlılığını diqqətə çatdıraraq qeyd etmişdir ki, cənab Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir və o, Slovakiyanın yüksəkvəzifəli şəxsləri arasında ölkəmizlə sıx əməkdaşlığın təməlini qoyan ilk mühüm fiqurlardan biridir. Peter Pelleqrini hələ əvvəlki dövlət vəzifələrində çalışarkən — həm Slovakiya parlamentinin sədri, həm də bu ölkənin Baş naziri qismində Azərbaycana uğurlu rəsmi səfərlər etmiş və əlaqələrin genişlənməsinə birbaşa töhfə vermişdir.
 
Bunun ardınca, o, Slovakiya Prezidenti statusunda Azərbaycanda təşkil olunmuş möhtəşəm beynəlxalq iqlim konfransında da ölkəsini yüksək səviyyədə təmsil edərək Bakının qlobal təşəbbüslərinə öz dəstəyini göstərmişdir. Hazırda reallaşan rəsmi dövlət səfəri isə bu ardıcıl tərəfdaşlıq zəncirinin ən parlaq həlqəsidir. Hər iki dövlətin rəhbərləri bəyan etmişlər ki, bu əlaqələrin arxasında real əməllər, qarşılıqlı hörmət və xalqların rifahına yönəlmiş möhkəm tərəfdaşlıq dayanır və bu münasibətlər bundan sonra da yalnız yüksələn xətt üzrə inkişaf edəcəkdir.
 
Orxan Rüstəmov
Neftçala rayonu
 






Redaktorun seçimi