Meymunun müharibəyə müdaxiləsi

Hit: 121
Meymunun müharibəyə müdaxiləsi
Ey dili qafil fil faili məchul fani f....
 
Deyirlər,
1920 -ci  ildə Anadoluda qurtuluş savaşının davam etdiyi vaxtda Yunan kralının meymun tərəfindən dişlənməsi tarixə ən maraqlı əhvalat kimi keçmişdir.
1914-cü ildə Birinci Dünya müharibəsində bütün Avropa ikiyə ayrılıb - bir birinə qarşı durmuşdurlar. 1827-ci ildə Osmanlıdan müstəqilliyini əldə etmiş Yunanastanın başında kral birinci Konstantios dururdu. Yunanstan Birinci Dünya müharibəsində tərəfsiz qaldı. Bunun birinci səbəbi yunan kralı Konstantiosun Alman imperatoru Vilyamın bacısı ilə evli olması və aralarında yaranmış əqrabalıq bağlarına görə almanlara qarşı müharibəyə girmək istəməməsi oldu. Osmanlı dövlətinin almanların tərəfində savaşa girməyindən sonra Yunanstanın öz tərəflərində savaşa qarışması üçün ingilis və fransızların təzyiqi daha da gücləndi, çoxaldı, artdı. O dövrün Yunanstanın baş naziri də bütün gücüylə müharibə üçün sinov getdiyini göstərir və olan-qalan qüvvəsini bu propaqandaya yönəldirdi. O, Osmanlı impereiyasını bitirəcək bu savaşa bir an əvvəl qatılaraq, Osmanlı dövlətindən pay qoparmaq istəyirdi. Buna baxmayaraq, kral, baş naziri vəzifədən götürür və parlamenti buraxır. Bu hadisə onun krallığının da sonu olur.
Deyirlər,  
Deyirlər,
1916-cı ildə Venselusa bağlı hərbiçilər ingilis və fransızların dəstəyi il çevriliş reallaşdırırlar. Bu çatışmada krala məğlub olduğundan dolayı ölkəni tərk etmək məcburiyyətində qalır. Onun yerinə ingilis və fransız tərəfində savaşması üçün 24 yaşlı oğlu hakimiyyətə gətirilir. Beləliklə, siyasi meydan baş nazirə qalır. Yunanastan isə tamamilə ingilislərin kontroluna keçir. Yunanstan savaşa qatılmadan 1918 -ci idə reallaşan Mondros müqaviləsi(anlaşması) ilə Birinci Dünya savaşı qurtarmış olur. Savaş sona ersə də, imperialist güclərin gizli hesabları davam edirdi.  Bu hesablara görə, Yunanstan İngiltərənin öndərliyində Anadolunu işğal edib böyük Yunanstanı qurmağı planlayırdı. İngilislər bu planın reallığa dönüşməsi üçün Yunanstana hər cür maddi, mənəvi dəstək verir. O zamanlar, doğrudan da, bu cür siyasi, hərbi maddi kömək sayəsində yunanlılar Bursaya kimi gələrək, istədiklərini əldə etmişdilər. İndi növbə Ankaradadır və sonuncu zərbəni vurmaq lazım idi. Türklərin tarixi sanki yenidən yazılırdı. Bu ara İngilislər tam əsgəri dəstəyi ilə Anadolunu ələ keçirməyi düşünürlər. Elə bu vaxtı gözləmədiyimiz bir hadisə baş verir. Tarix 30 sentyabr 1920 - ci ildir. Kral Moristosu sarayında bəslədiyi bir meymun dişləyir. Təbii ki, kral bu hadisənin yayılmasını istəmir və meymun tərəfindən yaralanmasını da elə ciddiyə almır. Ancaq gecə  birdən - birə hərarəti qalxır. 25 gün ölümlə çarpışdıqdan sonra Yunanstan kralı Birinci Aleksandros meymundan keçən bir mikrobun qanını zəhərləməsi nəticəsində 25 oktyab 1920-ci ildə həyatını itirir. Kralın qəfil ölümü Yunanstandakı siyasi gedişatın altını üstünə çevirir. 3 il əvvəl ingilis və fransızların oyunu ilə sürgünə göndərilən kral geri qayıdır.  Bu yeni hakimiyyət dönəmində Yunastan məğlub olur. Tez bir zamanda ingilislər də əsgərini geri çəkirlər. Türk - yunan savaşında İngiltərə tərəfsiz olduğunu elan edər. Sürgündən yeni qayıdan yunan kralı türklərlə müharibəni davam etdirir. Sakariya meydan savaşı isə yunanaların əleyhinə bu savaşın sonunu gətirir. Yunan ordusu qəhrəman türk ordusu tərəfindən İzmirdə dənizə tökülür. İngilislər bu savaşda yunanlıların məğlubiyyətini (yunan kralını dişləyən, ona mikrob keçirən) meymunla bağlayır və bu hadisənin tarixin axışını dəyişdirdiyini söyləyirlər.
Ancaq tarix göstərir ki, o məlum hadisə baş verməsə idi, yenə də türklər bu özgürlük savaşında eyni nəticəni əldə edəcəkdilər. Necə ki, türklər müsəlman olmasaydılar, 1453-cü ilə təsadüf etməsəydi belə, tarixin hansısa kəsimində İstanbulu əldə edəcək, Boğazlara, Ayasofiyaya sahib çıxacaqdılar. Bu, bir etnos üçün bir qədər məsələsi idi.
Deyirlər,
Deyirlər,
Deyirlər,
Son zamanlar Türkiyə ilə Yunanastan arasında baş verən siyasi gərginliyi düşündükcə, tarixdə olan bu ilginc hadisə yadıma düşür. Böyük bir savaşın və onun doğuracağı sonucları yerli - dibli kökündən dəyişən o meymun yunan kralını dişləməsini nəyə, hara, necə bağlamaq olar, məsələsi ortaya çıxdığında, yenə də xəyalımdan min bir fikir keçməyə başladı. İmperialist və üstün strateji güc sahiblərinin təhriki ilə yenidən Türkiyəyə qarşı qoydurularaq oyuna gətirilən Yunan dövləti və onun başıboş siyasi idarəçilərinin bəxti gətirməsi üçün, biz indi hardan bir it, bir meymun tapaq gətirək ki, o şeytan yuvası saraylarda hansısa kralı, onun varisini dişləməklə mikrob qapdırsın. Yenidən tarixin axarlı-baxarlı axarı dəyişmiş olsun. 
**
Yenə də Yunanstan dövləti ərazisindən uzaqlarda müttəfiq aramağını boş ver, onun -bunun əsgərini, silahını gətirib Türkiyənin sərhəddinə yığıb. Mənə elə gəlir ki, bu səfər qoca tarixin sir-sehir dolu səhifələrinə belə bir qeyd də düşürəcək: “Yunanstanı idarə edənlərin hamısını ilan çalmışdır”. Bu elə tarixi -siyasi ilan ki, bir daha hansısa başqaldırma, qarşıdurma, qırğına, qana, göz yaşına, itkiyə səbəb yaradacaq  əyləmindən söhbət belə gedə bilməyəcək.
**
Bəzən milyonların, ölkələrin qədəri bir quşdan, bir ilandan, itdən, pişikdən, milçəkdən,hətta meymundan asılı ola bilirmiş. Qocaman tarixin axarını heç kəsin ağlına gəlməyəcəyi bir məqamda, bir qarışqa, bir milçək dəyişməyə səbəb olur.
Deyirlər,
Deyirlər, 
Deyirlər,
Deyirlər,
Dini rəvayətlərə görə, özünü Allah zənn edən,  varı-dövləti, sərvəti ilə öyünən Nəmrud balaca milçəyin qarşısında aciz qalmışdı. Burnundan girən milçək beyninə qədər irəliləyir. Beyninə girən milçəkdən yaranan narahatlığın qarşısını ala bilməyən NƏMRUD başına toxmaq ilə vurulmasını əmr edir. Sonda milçəyin ağrısından və başından aldığı çəkicin zərbələrindən dəhşətli şəkildə ölür.
Yaxud “Qurani -Kərim”in  “ Fil” surəsində Allah bildirir ki, əbabil quşları  hücuma keçdilər. Bu surə nazil olanda müşriklərin Rəsulullaha müqaviməti və düşmənçiliyi daha da gücləndi. Onun səbəbinin qarşısını almaq üçün müxtəlif vasitələrə əl atıb, müxtəlif hiylə və planlar qurublar. Allah-Təala bu dəhşətli hadisəni xatırladaraq, böyük vəsvəsələri, hiylələri və tələləri ecazkar şəkildə pozan, səpələyən bənzərsiz qüdrətini misal gətirir. Burada Allah Rəsulunun doğulduğu ildə Kəbəni dağıtmaq üçün hücuma keçən fil ordusunun necə darmadağın edildiyi göstərilir. Beləliklə, Allahın Öz Rəsuluna etdiyi yardım və himayəsinin Kəbəyə etdiyi yardımdan daha üstün və kamil olacağına işarə edilir. Əslində, bu hadisənin yalnız ilahi gücün öz bəndələrini tərbiyə etməsinin ilkin nümunəsi olduğu bildirilir. Buna görə də, məkrli planlar qurmaq istəyənlərin hiylələrinin öz-özünə keçəcəyi açıq və açıq şəkildə Peyğəmbərimizə bildirilir. Bu şəkildə Allah Rəsulu və möminlər təsəlli olarkən, bir tərəfdən də Allahın qüdrətinə heç bir malın, hiylə və tələnin qalib gəlməyəcəyi izah edilir. 
**
Deyirlər,
Düzdür, yunanlı kralı meymun dişləyəndə, M.F.Axundov “Molla İbrahim Xəlil kimyagər” pyesini çoxdan  yazmışdı. Misi qızıla çevirə bilməməyin səbəbini meymunu xatırlamaqda görən əsərdəki dələduzların oyunbazlığı eyni qayda ilə davam edir. Yunanstanı Böyük yunanstana çevirməyi düşünənlərin darmadağın olan ideyalarına yenə bir meymun səbəbkarlıq edir. Bu gün meymunçiçəyinin də, türklərin qədərində bir rol alacağı qənaətindəyəm.
Bu yazını yazmaqda məqsədim ondan ibarətdir ki, dünyanı min bir yolla Şər güclər məhv etməyə çalışırlar. Onlar bütün qidaların, ərzaqların genini dəyişdilər. İndi insanların da genini dəyişirlər. Bir azdan düşmən ordularının, şər güclərin tərəfindən robot və meymun əsgərlərin döyüşərək necə hücuma keçəcəyini, məsum insanların qanını sel -su yerinə axıdacağını da görəcəksiniz. Min cür salqın xəstəliyi, viruslar icad etməklə, bakterioloji silahlar yaratmaqla milyonlarla insanın canın alır, həyatın sonunu gətirirlər.  Düşünürəm və iman edirəm ki, “Qurani - Kərim” haqq kitabdır.  Bu Haqq kitabda yer alan həqiqətlərin heç biri ölməmişdir. “Fil” surəsi də diri, dipdiridir. Sanki elə indicə Löhvi - Məhfuzdan Cəbrayıl vasitəsi ilə Peyğəmbərimizə nazil olmuşdur. İslam peyğəmbərinin ölmədiyinə də inananlar gözəl bilirlər. Elə isə dünyanın sonunu gətirən, bəşəriyəti bitirməyə çalışan Şər Güclərin tezliklə Xeyrin əliylə bütün plan və lahiyyələri, arzu və niyyətləri fiaskoya uğradılacağının da şahidi olacağımıza dəhşətli dərəcədə inanıram.
Qeyd: Görəsən meymunçiçəyinin dünyada tüğyan elədiyi bir vaxtda (illər əvvəl nəzərdə tutulur:-x.t.)Yunanstanla Türkiyənin arasının postimperialistlər, evangelistlər, şər güclər tərəfindən vurdurulması, siyasi gərginliklərin yaradılması sıradan, tədsadüfi bir məsələdirmi?
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi