Milli Qurtuluş: Dövlətçiliyimizi yaşadan tarixi dönüş

Hit: 292
Milli Qurtuluş: Dövlətçiliyimizi yaşadan tarixi dönüş
Azərbaycan xalqının tarixində mühüm yer tutan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və sabit inkişaf yoluna qədəm qoyması ilə bağlı əlamətdar bir gündür.
 
1993-cü ilin iyun ayında ölkədə hökm sürən siyasi böhran, xaos və vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanın gələcəyini ciddi təhdid edirdi. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu.
 
Bu tarixi hadisə nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edildi, dövlətçiliyin əsasları möhkəmləndirildi və müstəqilliyimizin qorunub saxlanılması təmin olundu. Sonrakı illərdə həyata keçirilən uzaqgörən siyasət ölkənin iqtisadi inkişafına, beynəlxalq nüfuzunun artmasına və güclü dövlət quruculuğuna zəmin yaratdı.
 
Bu gün Azərbaycan xalqı 15 İyunu böyük ehtiramla qeyd edir, Milli Qurtuluş Gününü dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirir. Bu əlamətdar gün milli birliyin, həmrəyliyin və müstəqil Azərbaycanın parlaq gələcəyinə inamın rəmzidir.
 
Aslan ABBASZADƏ
FaktorNews xəbər portalının
Təsisçisi və Baş Redaktoru






Redaktorun seçimi