Saxta kimliyə bürünənlərin azğın azadlığı

Hit: 269
Saxta kimliyə bürünənlərin azğın azadlığı
 
Ey dili qafil fil falili məchul fani f...
Öz halal əlifbasını görməzlikdən gələn xalqların gələcəyi olduqca şübhəlidir.
 
Derlər,
Tənhalıq taleyini sevə sevə yaşayan, unudlmuş oxucu,
Dünyanın qəribə işləri var. İllərdir sevimli Bakının küçələrində, dalanlarında, çayxanalarında rastlaşıb, görüşüb söhbətləşdiyimiz dostları, tanışları, həmkarlarımızı bu gün xatırlamalı oluram. Bu insanların hər biri ilə ünsiyyətimiz onlarla etdiyimiz söhbətlər, paylaşdığımız düşüncələrimiz üzərindən yaranırdı. Bu qarşılaşmalardan kimisi ilə dost, kimisi ilə qardaş, kimisi ilə düşmən kimi münasibətlərin oluşumuna varıncaya qədər irəliləyirdik.
Münasibətlər öz yerində. Mənə qəribə gələn “fikir adamları” dediyimiz həmkarlarımızın (şair və yazıçılarımızın) xarakterləri kimi, gələcəyimiz adına bir çox önəmli məsələlərə qarşı dəyişkən tavırlarına təslim olmaları idi. 
Kimisi avropanı sevir, kimisi rusa toz qondurmur, kimisi Amerikanın, İsrailin, İranın vəkili rolunda çıxış edir, kimisi Türkiyənin haqqında öz ölkəsindən, elə Azərbaycandan danışan kimi danışırdı. 
Bu söhbətlərin, danışıq və mübahisələrin hamısı, sözsüz ki, özlüyümüzdə Azərbaycanın müstəqilliyi naminə, özgüqrlüyü üçün lazım idi. 
 
Derlər,
İnandığı yoxluğuna kimsənin onu yaşatmayacağından qeyzlənən, unudulmuş oxucu, 
Mənim kimi mövqe sərgiləyənlər isə, Azərbaycandan danışanda mütləq Türkiyədən də danışır, hətta bu tərz üslub sərgiləməyi özünə borc bilirdi. Bir az da irəli gedərək, Azərbaycan deyil, “türk ədəbiyyatı”, “türk mədəniyyəti”, “türk xalqı”, “türk siyasəti” kimi ibarələri, birləşmələri işlətməkdən bezmir, yorulmurdu. Əlbəttə, mən nəyəsə haqq qazandırmaq, ağılalmaz qəhrəmanlıqlar etdiyimizin qənaətində deyiləm. Çünki, ortaq mədəniyyət, dil, düşüncə kimi məsələlərin kökü bizim yaxın tarix üçün 60 - cı illərdə pərvəriş tapmışdı. Bizdən əvvəlki yaradıcı nəsillər arasında da, sovet cəmiyyəti və sistemi hegomon olmasına baxmayaraq, turan, turançılıq, Bütöv Azərbaycan kimi anlayışlar da aktual olduğunun fərqindəyəm. Məsələ ondan ibarət idi ki, dostlarla aramızdakı mübahisəli məqamlardan biri də, onların “belə laflara qarnımız toxdur”, ”bu köhnəlikdir”, “geriçilikdir”, “dünya irəli gedir, bizimkilər gör nə danışır, nəyin davasını edirlər”  kimi yanaşmlardan doğurdu. 
 
Derlər,
Gələcəyə ümidlərini qətiyyən itirməyən müqəddəs oooooooooxucu, 
Əslinə baxsanız, kiminsə hansı düşüncəni savunması, nəyisə müdafiə etməsi, onun öz işidir. Bir az da insanlara nə düşündüklərinə, nə düşünə bildiklərinə imkan yaratmaq lazımdır. Ancaq elə düşüncə və yanaşmlar var ki, bizə qarşı düşmənçilik edən digər, başqa deyəcəyimiz xalqların, dövlətlərin insanlarının qənaətləri ilə üst üstə düşür. Bu zaman başqaları ilə sənin dostlarının, eyni coğrafiyada yaşayan insanların fərqi nədir, fərqi olurmu?  Belə olan durumda nə etməlisən?
Acınacaqlı vəziyyət budur ki, bir zamanlar bizimlə mübahisə edən, hətta dalaşan, duyğularını düşmənçiliyə qədər yüksəldən həmkarlarımızın, indi bizdən betər bizim fikirlərimizi ehtiva edən işlərdən pul - para  qazanmaları, həyatlarını bu anlayışlar üzərində qurmalarıdır. Yəni, ortaq mədəniyyətlə, dəyərlə, ictimai məsələlərlə bağlı bütün qurumların, birliklərin, təşkilatların başında onlardan başqasını da görmək mümükün deyil. Bunun nəyi pisidr. Məncə gözəldir. Mükəmməldir. Əladır. Maraqlıdır. Qane edicidir. Ancaq... Ancaq məsələ heç də bunula bitmir. Təəssüf doğuran məqam odur ki, bu həmkarlarımız indi bizə əvvəlkindən daha çox nifrət edir, kin qusur, nifaq salır, haqqımızda yanlış propaqanda aparmaqdan yorulmurlar. İndi onların gözündə bizlər ikiqat düşmən rolunu oynayırıq. Hətta deyərdim ki, milyonlarla insanımızın həyatını qara günə bükən ermənilərə qarşı olan qisasçılıq duyğularının on mislini yenə bizə qarşı yönəltməkdən doymur, bezmir, həfəsdən düşmürlər. Hansı ki, onların dövrə, zamana uyğun xarakterik manevrlərinə qarşı da güldən artıq bir söz demirik. Bəs görəsən nə olub, nə baş verir, bizim günahımız nədir? 
Digər qorxunc içlər acılığı yaradan məqam isə, dəyişimə meyilli, dönmə və dəyişmə intensivliyində çeviklik nümayiş etdirən bu buqələmunlar, heç olmasa o birliklərin, qurumların, təşkilatların başında olmalarını unutmayıb, bircə dəfə də olsa, Türk Dövlətlərinin birgə proyektini ehtiva edən ortaq dəyərlərin mahiyyətini qapsayan sözlərdən, fikirlərdən, düşüncələrdən düzgün istifadə edə bilsəydilər, dərd yarı idi. Sizləri inandırıram, sabah yenidən sovetlər birliyi bərpa olsa, antitürk düşmənçiliyinin təbliğatını ilkin olaraq onlar aparacaqlar. 
Onlar kimlərdir:- onlar hələ də bizə, bu coğrafiyanın övladlarına, kimliyinə “azəri” yarlığını biçib damğasını vuranlardır. 
Unutmayın, zaman gec-tez bütün həqiqətləri dışa vurur, üzə çıxarır. Çünki zaman insan, cəmiyyət, mədəniyyət, kimlik konteksində ilahi başlanğıca, metafizik güzərgah özəlliyinə malikdir. Bizlər, bu arqumentasiyanın əzəldən fərqindəyik.
Lütfən, heç olmasa, mənəviyyatımızla və gələcəyimizlə bağlı həssas məsələləri burda və xaricdə bazara, pula, zənginliyə, imkana çevirəndə, nüfuza, mövqeyə,  yaşamağa vasitə edəndə, heç olmasa, bir az insafınızın azğınlığının da qarşısını almağı bacarın...
 
Xanəmir Telmanoğlu






Redaktorun seçimi