Bu gün ölkəmizdə aqrar sektorun, kənd təsərrüfatının inkişafı göz önundədir - ŞƏRH

Hit: 233
Bu gün ölkəmizdə aqrar sektorun, kənd təsərrüfatının inkişafı göz önundədir - ŞƏRH
2004-cü ildən bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə bölgələrdə sosial–iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramları uğurla yerinə yetirilərək, kifayət qədər ciddi nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən layihələr nəticəsində ölkədə sosial–iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə inkişaf etmişdir.  İstər sənaye, istərsə də aqrar sahədə həyata keçirilən tədbirlər planlı şəkildə çox şaxəli istiqamətləri əhatə etmiş və bu gün də etməkdədir.
Məqsəd Azərbaycanı iqtisadi cəhətdən daha güclü etmək, dayanıqlı iqtisadiyyat qurmaq, əhalinin sosial rifahı naminə yeni iş yerləri yaratmaqdır. Ölkəmiz beynəlxalq reytinqlərdə artıq dayanıqlı iqtisadiyyatı ilə özünü təsdiq edib.
 
Bura həmçinin Azərbaycanın etibarlı tərəfdaş kimi regional və meqa layihələrə verdiyi töhfələri nümunə göstərə bilərik. Bunun bariz nümunəsi olaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ötən dövr ərzində qeyri–neft sektoruna aid olan sənaye məhəllələrinin, həmçinin iqtisadiyyatın əsas qollarından olan iri kənd təsərrüfatı müəssisələrinin açılışlarını etməsini qeyd edə bilərik. Bəli, müxtəlif istiqamətlərdə böyük və xırda həcmli müəssisələrin istifadəyə verilməsi ilə bölgədə yaxın gələcəkdə əhalinin sosial – iqtisadi vəziyyətinin yüksəldilməsi, məşğulluğunun təmin edilməsi həyata keçiriləcəkdir. 
 
Görünən odur ki, uzun illər düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, maliyyə sahəsində öz müstəqilliyini təmin edib. Bu gün Azərbaycan dünyada maliyyə baxımından həm də donor ölkə kimi tanınır. Ağır müharibədən çıxmış kiçik bir dövlətin demək olar ki, tamamilə məhv edilmiş ərazilərini bərpa etməklə yanaşı digər bölgələrində də iri infrastruktur layihələrini həyata keçirməsi onun gücündən, qüdrətindən xəbər verir. Bu gün mən bir vətəndaş kimi azərbaycanlı olmağımdan qürur duyur və fəxr edirəm.
 
Çünki, Qalib, qüdrətli bir dövlətin vətəndaşı olmaq tamam başqa hisslərdir. Başlıca məqsədi, amalı insan amili olan Azərbaycan dövləti hər an öz vətəndaşının qayğısına qalır. Onun maddi və mənəvi rifahının daha da yaxşılaşdırılması istiqamətində qərarlar verir. Ölkə başçısı cənab İlham Əliyev bu günlərdə kənd təsərrüfatı məsələlərinə həsr edilmiş müşavirdəki çıxışında çox ciddi və mühüm əhəmiyyət kəsb edən məsələlərə toxundu. Bu gün ölkəmizdə aqrar sektorun, kənd təsərrüfatının inkişafı göz önundədir. Dövlətimiz bu sahəyə son illər xüsusi diqqət ayırır.
 
Ərzaq təhlükəsizliyinin yaradılmasına xidmət edən müəssisələrin kiçik fermer təsərrüfatlarının yaradılması və bu təsərrüfatlara dövlət dəstəyi bundan sonra da aqrar sektorun inkişafına böyük təkan verəcəkdir. Hazırda özəl sektorun inkişafı, yeni-yeni müəssisələrin qurulmasına verilən dəstək bu sahədə uğurları şərtləndirir. Bu gün ölkəmizdə qeyri–neft sektorunun inkişafı və bu istiqamətdə həyat keçiriln tədbirlər heç şübhəsiz XXI əsrin qüdrətli Azərbaycanının qətiyyətli, müdrik, uzaqgörən lideri cənab İlham Əliyevin böyük iradəsi və dünyagörüşü nəticəsində həyata keçirilir. 
 
Bədirə Rza
Neftçala rayonu
 






Redaktorun seçimi