Azərbaycan–Çexiya Strateji Əməkdaşlığı - ŞƏRH

Hit: 256
Azərbaycan–Çexiya Strateji Əməkdaşlığı - ŞƏRH
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin inkişafı çoxşaxəli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə səciyyələnir.Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər də son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. 27 aprel 2026-cı il tarixində keçirilmiş yüksək səviyyəli görüşlər və mətbuata verilmiş bəyanat bu münasibətlərin strateji istiqamətlərini bir daha aydın şəkildə ortaya qoymuşdur. Xüsusilə siyasi dialoqun intensivləşməsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq prioritet istiqamətlər kimi diqqət mərkəzində olmuşdur.
 
Cənab Prezident İlham Əliyevin bəyanatında vurğulanan əsas məqamlardan biri Azərbaycan ilə Çex Respublikası arasında mövcud olan fəal siyasi dialoqun yüksək səviyyədə olmasıdır.Bu dialoq iki ölkə arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlıq niyyətlərinin göstəricisidir.
Siyasi dialoqun fəallığı bir neçə aspektdə özünü göstərir. 
 
İlk növbədə,yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi diqqət çəkir.Dövlət və hökumət başçıları səviyyəsində mütəmadi görüşlər,beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət ölkələr arasında siyasi münasibətlərin institusional xarakter aldığını göstərir.Bu cür təmaslar yalnız ikitərəfli əlaqələri deyil,həm də regional və qlobal məsələlər üzrə ortaq mövqelərin formalaşdırılmasını təmin edir.
 
İkinci mühüm məqam beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdır.Azərbaycan və Çex Respublikası müxtəlif beynəlxalq qurumlarda qarşılıqlı dəstək nümayiş etdirərək diplomatik münasibətlərin dərinləşməsinə töhfə verirlər.Bu isə siyasi dialoqun yalnız ikitərəfli deyil,çoxtərəfli müstəvidə də effektiv olduğunu sübut edir. 
Üçüncü aspekt isə siyasi dialoqun iqtisadi və humanitar əməkdaşlığa təsiridir.Siyasi münasibətlərin sabit və etibarlı olması digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır.Beləliklə, siyasi dialoq strateji tərəfdaşlığın əsas dayağı kimi çıxış edir.
Cənab Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan digər istiqamət müdafiə sənayesi sahəsində əməkdaşlıq olmuşdur.Müasir dövrdə bu sahə dövlətlərin milli təhlükəsizlik siyasətinin əsas komponentlərindən biri hesab edilir.
 
Azərbaycan ilə Çex Respublikası arasında müdafiə sənayesi üzrə əməkdaşlıq bir neçə istiqamətdə inkişaf edir. 
Əvvəla,texnoloji mübadilə və birgə istehsal imkanları xüsusi əhəmiyyət kəsb edir.Çex Respublikasının müdafiə sənayesi sahəsində zəngin təcrübəsi və inkişaf etmiş texnoloji bazası Azərbaycanın bu sahədə modernləşmə siyasəti ilə uzlaşır.Bu əməkdaşlıq innovativ texnologiyaların tətbiqinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.
 
İkinci olaraq,hərbi-texniki əməkdaşlıq çərçivəsində təlim və təcrübə mübadiləsi həyata keçirilir.Bu proses kadr hazırlığının keyfiyyətinin artırılmasına, həmçinin müasir təhlükəsizlik çağırışlarına uyğun çevik cavab mexanizmlərinin formalaşdırılmasına şərait yaradır.
Üçüncü mühüm istiqamət isə müdafiə sənayesinin iqtisadi aspektidir.Birgə layihələr və investisiyalar bu sahənin yalnız təhlükəsizlik deyil,həm də iqtisadi inkişaf baxımından əhəmiyyətini artırır.Müdafiə sənayesi üzrə əməkdaşlıq sənaye diversifikasiyasına və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir.
 
Marya Mahmudova
YAP Yasamal rayon təşkilatının fəal gənci






Redaktorun seçimi