Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib

Hit: 380
Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib
Azərbaycan milli mətbuatının inkişafı, bu səviyyəyə gəlib çatması Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu media siyasətinin əsas nəticəsidir.
 
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
 
“Ulu Öndər Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində jurnalistlərin ən yaxın dostu olub, onlara böyük etimad göstərib, jurnalist peşəsinə daim yüksək qiymət verib. Bu gün Azərbaycan jurnalistləri Ulu Öndərin parlaq, işıqlı duyğularını xatırlayırlar”, - deyə o qeyd edib.








Redaktorun seçimi