Azərbaycan və Özbəkistan regionda sülh və təhlükəsizliyin təmin olunmasına birgə səylər göstərir - ŞƏRH

Hit: 337
Azərbaycan və Özbəkistan regionda sülh və təhlükəsizliyin təmin olunmasına birgə səylər göstərir - ŞƏRH
Dost, qardaş Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bu günlərdə ölkəmizə etdiyi rəsmi səfər, səfər əsnasında verilən bəyanatlar, imzalanan sənədlər, açılşı və təçəli qoyulan layihələr iki ölkə arasında əlaqələrin strateji səviyyəsini nümayiş etdirən mühüm bir hadisədir. Bu səfər hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı faydalı əlaqələrin inkişafına, siyasi, iqtisadi, mədəni və digər sahələrdə möhkəm münasibətlər qurulmasına xidmət edir.
 
Əlaqələrimizin davamlılğına nəzər salsaq görərik ki, Azərbaycan və Özbəkistan tarixi, mədəni və dil baxımından oxşar köklərə sahib iki dövlətdir. Bu gün iki ölkə arasında siyasi əməkdaşlığın gücləndirilməsi hər iki ölkə üçün ən mühüm amillərdən hesab edilir. Azərbaycan və Özbəkistan regional və beynəlxalq məsələlərdə də bir-birinə dəstək verir, bu da onların birgə fəaliyyət göstərməsində mühüm rol oynayır.
 
Qarşılıqlı şəkildə hər iki ölkə başçılarının rəsmi səfərləri münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan və Özbəkistan arasındakı iqtisadi əməkdaşlıq, hər iki ölkənin iqtisadi potensialını artırmaq üçün vacibdir. Bu gün enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq genişlənməkdədir. İqtisadi və siyasi müstəvidən başqa Azərbaycan və Özbəkistan respublikaları arasında, mədəni sahədə əməkdaşlıq da  müstəsna əhəmiyyətli yer tutur. İki ölkə arasında mədəniyyət mübadiləsi, incəsənət və təhsil sahəsində əməkdaşlıq davam etdirilir.
 
Yeni layihələrin icrası, mədəniyyətlərin qarşılıqlı zənginləşməsi və daha da yaxınlaşması istiqamətində addımlar atılır. Onu da qeyd edək ki, Azərbaycan və Özbəkistan regionda sülh və təhlükəsizliyin təmin olunmasına birgə səylər göstərir. Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri zamanı Ölkə başçımız cənab İlham Əliyevlə birlikdə imzaladıqları sənədlər, müqavilələr iqtisadi, mədəni, elmi və texniki sahələrdə əlaqələrin hüquqi əsaslarını möhkəmləndirir. 
 
Esmira Məmmədzadə;
Neftçala rayonu
 








Redaktorun seçimi