Milli satqınçılığın kökündə qələm durur kosmik sferada Azərbaycan necə satılır

Ey dadi bidad danəndə dəhan dərviş d....
... Hər yerindən qalxan "üzünü-gözünü yumamış", gözünün palçığını silməmiş, əlinə kompüter götürüb, klaviaturanın səsli düymələrinə qəddarcasına barmaqlarını zollayaraq Azərbaycanın üzərinə düşür. Elə bil bu virus qələmçilər bu ölkədə doğulmayıb, bu millətin, bu torpağın, bu ölkənin fərqində deyillər. Azərbaycana qarşı bu düşmənçiliyin kökündə nələr durur? Bu psixologiya bizə nələr vəd edir? Heç olmasa, canlı varlıq olaraq, bizə verilmişlərin mahiyyətini bilirikmi? Məncə, əsla. Bu gün bəzi jurnalistlər Azərbaycanı, onun insanlarını tənqid etmir, edə bilmir, sadəcə aşağılayır, təhqir edir. Hamı azərbaycanlını gözdən salır, qaralayır, ləkələyir. Bitib-tükənməyən çatışmazlıqlarımızı çox gözəl bilir, anlayır, başa düşürəm. Ancaq bu anlayan kütlə qələmçilərin ifratçılığı, fəaliyyəti artdıqca, bu ləkələmə, aşağılama spirtuallaşaraq ayinləşir. Çoxluqda ayinləşmə istər-istəməz öz kosmik mexanizmini quraraq, Böyük Enerjiyə qoşulur.
O zaman azərbaycanlıların görünməz bəlası, pərdəarxası fəlakəti, müsibəti baş alıb gedir. Çoxluğun təkrarən icraçı psixologiyasının ayinləşməsi onların (yazarların) fərdi xarakterik enerjisinin özlərindən qoparaq ayinə dönüşdüyündən, kosmik enerjiyə cəlb olunaraq, (tabe olaraq) yerdən, bizə məxsus coğrafi məkandan "götürülərək" bir də biz azərbaycanlıların ərazilərinə, milli taleyinə ictimailəşmiş şəkildə qayıdır, dönür. Ümumiyyətlə, qəbul olunmuş bütün qutsal kitabların ana xətti canlı varlıqlara, insanlara şər söhbətlərdən, mənfi düşüncədən, iyrənc qara, anlayışdan uzaq olmağı əmr edir. Çünki Böyük Güc yaratdığını: canlıları öz proqramları içərisində düz xətt üzrə inkişafını, yaxud təkamülünü istəyir. Əks təqdirdə şərə bürünən, mənfi danışan canlının proqramı pozulur, məsələn, o zaman insanın heyvana, itə, pişiyə çevrilmə prosesi baş verir. Bu zaman balans pozulur. Bu ilahi prosesin məcburiyyəti altında insanlıq heyvanatlığa daşınsa da, heyvanlığın eyni şəkildə insanlığa keçməsi də istisna olunmur. Əslində isə Böyük Gücün, mərkəzi enerjinin proqramında bu "istək" olmayıb. Yaranan xaos şəraitə, zəminə, prosesə uyğun olaraq bəla, şər, kütlük, məğlubiyyət gətirir. Tanrı insanlarda məğlubiyyət görmək istəmir. Onu biz yaradırıq. Sadəcə olaraq, insanlığı, onun mənəvi dəyərini qorumaq metofizik qatda qabiliyyət sayılır.
Bütün bunları, bunların ardında gizlənmiş milyonlarla spirtual versiyaları nəzərə almaqla bir nəticə hasil olur. Bu günün qələm əhli Azərbaycanı, azərbaycanlı insanı aşağılamaqla Azərbaycanı, Azərbaycan adlı bir məmləkəti kosmik ərazidə şərləyir, parçalayır, boğur. Ən adi bir yalnış düşüncə, yalan, iftira dolu fikir, şər münasibət energetik olaraq öz missiyasını unutmadan işini görərək, bu boyda ərazini, bu qədər insanları, bu dildə danışan, bu ərazilərə taleyi hesablanmış toplumun kamilləşməsinə maneçilik törədir. Azərbaycanda mükəmməl, ümumdövlət səviyəsində ideaların, ideolojilərin reallaşmasına ciddi şəkildə dağıdıcı zərbə vurur. Doğrudan da, bu energetik sistemdəki qarşıdurma o qədər həssas, hiss edilmədən gerçəkləşir ki, bu prizmadan yanaşıldığı zaman hər şey bir millətin mistik taleyi fonunda alt-üst olur. Milləti təhqir, aşağılama xarakteri spirtual alanda bizim anladığımız mənada - energetik ərazidə satqınçılıq kimi qəbul edilir. Milli satqınçılığın kökündə qələm durur. Azərbaycan haqqında onun qələmçilərinin yazdığı "yazı külçəsi" İlahi qatda informasiyaya çevrilir. Bu XX əsrin sonlarına yaxın superdövlətlərin tabe olduğu son nəzəriyyələrdən birisidir. Azərbaycanda yalançılığın, rüşvətxorluğun, cinayətin balansı yüksək ola bilər. Bunu söyləmək, dilə gətirmək, çıxış yolları göstərmək olar. Bu o demək deyil ki, bir qələmçi öz populyarlığı naminə Azərbaycanı, onun insanlarını alçaldan ifadə işlədəcək. Axı o qələmçi manqurt qafası ilə dərk edə bilmir ki, şər, təhqir, aşağılayıcı bir münasibət millətə nə qədər baha başa gəlir.
Bəs bunun əksinə nail olmaq üçün hansı taktikanı uyğulamaq olar? İstənilən yazı mətnini xoş sözlər, öykülər, sevinc, fərəh gətirən mənalarla yükləmək lazımdır. Olmayanı söyləmək fəlakətdir. Olanı dilə gətirib öymək, xoş ovqat yaratmaq sirrini elmi olaraq əzəldən Şərqin yazarları çox gözəl bilirdilər. Qədim, orta dövr yazarlarının kitablarına baxın. Tanrını, Peyğəmbəri öyməklə məsələnin mahiyyətinə başlayırlar. Bu sistem həm də o dilə məxsus toplumun taleyi üçün bir öyküdür. Çünki yazıyla bağlı nə varsa, istər-istəməz, rituallaşaraq mərasim effektinə interperetasiya olunur, transfer edilir. Layiq olmayan təhrif oluna bilməz. Əks halda o da şərə xidmət edər. Fikrimi oxucuya çatdırmaq üçün yaxın tariximizdə Amerikada baş vermiş dünyaca böyük çaplı bir hadisəni xatırlatmaq məcburriyyətindəyəm. Keçən əsrin 60-cı illərinə qədər ABŞ hökuməti yerli hindulara qarşı olmayan zülmü yapmaqdan usanmadı. Asdılar, kəsdilər, alçatdılar, öldürdülər. O zaman ABŞ-da zəlzələlər, tufanlar, daşqınlar, sellər səngimək bilmədi. Ölkənin alimləri baş verənlərin kökündə nələrin durduğunu anlayaraq, təcili Ağ Evin qara siyasətini, cinayətini dayandırmağı tələb etdilər. Alimlər o vaxt elmi səviyyədə isbat etdilər ki, hakimiyyəti yönəldənlər bu torpağa gəlmədirlər. Bu torpağın sahibləri, ruhları bu torpağa keçmiş insanları var. Biz onlara qarşı şər inisiativimizi yönəltdikcə təbiət buna dözmür, hinduların bu torpaqlara qarışmış ruhu, təbiətin "tərkibi"ndə, "baqaj"ındakı enerjisi "şərin xarakterik xüsusiyyətindən" hərəkətə gələrək silkələnir, tərpənir və şər proqrama qarşı öz ilahi konturunu qoyduğu zaman bu qarşıdurmada ortaya fəlakətlər çıxır.
Ağ Ev aşağılayıcı, yazar-pozar ordusunun Amerikanın yerli əhalisi olan hindulara qarşı şər düşüncəli, ruhlu yazılarını yığışdırdılar. İndi gəl, bu sadə, elementar məsələni bizim jurnalistlərə xırdala. Ən əcaibi budur ki, azərbaycanlı insanı aşağılayan, təhqir edən yazıları yazan qələmçi sonda məlum olur ki, ya əsli-zatı şübhəlidir, ya homoseksualistdir, cinsəl problem içərisindədir. Hansı ki, belə yazarlar Azərbaycan qadınını fahişə, kişisini namussuz adlandırırlar. Yazar adamın öz millətini aşağılaması kosmik müstəvidə satqınlıqdır.
Satqınlıq milləti etnikləşdirir, mədəniyyətini yozlaşdırır. İctimai sferada, cəmiyyət zəminində yazarların satqınçılığa çevriləmsi keçmişimizin tarixi gücünün, bu günə, gələcəyə keçməsinə imkan vermir. Satqınçılıq qələmlə olur. Yaxşı olardı ki, bu ayda qara ruhlu yazılar azalardı. Onsuz da bu satqınçılığı göylər görür, onu eşitdiyi halda isə müsibət bu məmləkətdə baş verəcək prosesləri ya dağıdır, ya da gecikdirir. Yazmaq prinsipinin, mahiyyətinin digər görünməyən tərəfinin nəyə xidmət etməyinin fərqində olsaydıq, istənilən problemi həll edər, məmləkətimizdə baş verən prosesə aktiv şəkildə təsir etməyimiz heç də çətin olmazdı.
Xanəmir Telmanoğlu
Zəruri qeyd: bu yazı 2004-cü ildə yazılmışdır. Qəzetlərdə yayımlanıb.”Qoy Vatikan sevinsin” kitabında (2006) yer alıb.


