“8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin energetika sahəsində əlamətdar bir gündür - RƏY

Hit: 277
“8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin energetika sahəsində əlamətdar bir gündür - RƏY
Azərbaycanın enerji sektorunda növbəti böyük uğura imza atıldı –baş tutdu. Bu hadisə təkcə yeni bir elektrik stansiyasının istismara verilməsi deyil, eyni zamanda ölkəmizin müasir texnologiyalara əsaslanan inkişaf yolunun və enerji sahəsində həyata keçirilən məqsədyönlü siyasətin parlaq nəticəsidir. Yeni stansiyanın istifadəyə verilməsi ölkəmizin enerji sisteminin gücləndirilməsində, enerji təhlükəsizliyinin təmin edilməsində və sənaye, kənd təsərrüfatı, nəqliyyat kimi sahələrin dayanıqlı enerji ilə təmin olunmasında mühüm rol oynayacaq.
 
Eyni zamanda, bu layihə bərpa olunan və müasir texnologiyalara əsaslanan enerji infrastrukturunun yaradılması baxımından da strateji əhəmiyyətə malikdir. Stansiyanın enerjidə dayanıqlılığı artırmaqla yanaşı, ətraf mühitin mühafizəsinə də töhfə verəcəyi nəzərə alınaraq, bu layihə Azərbaycanın yaşıl enerji siyasətinə uyğun şəkildə həyata keçirilmişdir. “8 Noyabr” Elektrik Stansiyasının adını daşıması isə xüsusi rəmzi məna daşıyır.
 
Bu ad xalqımızın tarixində ən parlaq səhifələrdən biri olan 8 Noyabr Zəfər Gününü əbədiləşdirir və dövlətimizin hər bir sahədə olduğu kimi enerji sektorunda da zəfərlərə doğru inamla irəlilədiyini nümayiş etdirir. Zəfərin və inkişafın birləşdiyi bu layihə həm də milli qürurumuzu, dövlətçiliyimizin gücünü və gələcəyə olan sarsılmaz inamımızı təcəssüm etdirir.
 
Bu nəhəng infrastruktur layihəsinin qısa müddət ərzində, yüksək keyfiyyətlə və müasir standartlara uyğun şəkildə başa çatdırılması Azərbaycan mütəxəssislərinin, mühəndislərinin və energetika sahəsində çalışan peşəkarların yüksək bilik və təcrübəsinin bariz nümunəsidir. Onların fədakarlığı və əzmkarlığı nəticəsində bu mühüm layihə uğurla gerçəkləşdirildi. Layihənin icrasında yerli resurslardan, milli kadr potensialından geniş istifadə olunması da ölkəmizin texnoloji müstəqilliyini və daxili imkanlara əsaslanan inkişaf modelini bir daha təsdiq edir.
 
Sədaqət Məmmədova;
Neftçala rayonu
 








Redaktorun seçimi