Vəd edilmiş böyük köçlər

Hit: 95
Vəd edilmiş böyük köçlər
ey dili qafil fil faili məchul fani f...
 
derlər,
ayağını yerə bərk bərk vurduqca qalxan tozu ciyərlərinə çəkməkdən yorulmayan unudulmuş oxucu, 
 
qoçaqlıq göstərib çağı irdələmək, şaşqınlıq yaratmadan araşdırmaq əyləmi onu eleşdirməkdən, sırf ona, gələcəyə hüzur ötürəcək yönəlməkdən, üz tutmalardan keçir. xaosun isəviliyinə qucaq açan çağ eləşdiriyə, tənqidə məruz qaldıqca, ağac kimi budanır. ağac kimi budanır ki, gələcək zamanlarda öz təravətli bəhrəsini verə bilsin.
20-ci əsrin sonu 21- ci əsrin əvvəllərində tezis halına gəlmiş israiloğullarının psixolojisindən qan içən “vəd edilmiş torpaqlar” təkcə bir qövmün ideolojisinə, məfkurəsinə, siyasi - politik - ekonomik sərgüzəştinə çevrilmədi. artıq səsləndirilməkdən dəbə minmiş bu “vədə” dayalı torpaqlar tanrının adından nə qədər sui - istifadə olunsa da, bir toplumun psixolojisindən mədəniyyətinə qədər kimlik oluşdurmaq içgüdüsünü gündəmə gətirdi. bəli, ancaq bu içsəl, içgüdüsəl problem əvvəl- axır əlləşib vuruşaraq çağın dünyasına yansımasını başardı. ancaq metafizik təlqinləri də tezisləri antitezislərlə və ya tərsinə bir yöntəmlə dirildir, insanlığın qarşısında onun həyatında kimlik bilinciylə yoxlayır, sınağa çəkir. yüz illərdir insanlığı girinc duruma düşürən, onların tabiriylə desək, guya bu ilahi qaynaqlı tezis, artıq diktə edir ki, bu deyimin və dünyadərkinin antitezisini də ortaya çıxarsın, gündəmə gətirsin. başlanğıcdan günümüzə qövmlərlə sınırlanan bu metafizik qaynaqlı tezis, öz antitezisini zühur etdirdiyini bir qövmə deyil, qəribədir, bütün yaxın şərqə ismarlayır, mesajlayır. gələcəkdə isə bunun daha geniş arealda böy göstərib bütün dünyanı qapsayacağından heç bir şübhəm yoxdur. iki sual doğur: nəyə görə bu qədər fəlsəfi, ideoloji konsepsiyalar, yöntəmlər, prinsiplər mövcud olduğuna baxmayaraq, bu anlayış sonda özünə yer edə bilmişdir? bütün bu boyda fikir, düşüncə, ideya, fəlsəfi akımlara rəğmən...
ikinci məqam, nəyə görə bir qövümlə qanadlanıb böyüyən, bir qövmün psixoloji-ruhani - milli varlıq şirəsini çəkən ideya, antitezisi(ni) oluşdurduğu zaman yarımdünya, yaxut yarımgələcəkdə elit mafiyalılığını mədəni məzənnəyə mindirib bütün dünya qapsamında bir arealı, coğrafiyanı, torpağı hədəf alır?
 
derlər,
Allahın varlığına iman gətirib atasının goruna and içən unudulmuş oxucu,
 
əvvəlcə bir cavab verək ki, bu tezisin:- “vəd edilmiş torpaqlar” anlayışının antitezisi nədir: konkret: “tərk edilmiş torpaqlar”, yaxut “əbədi olmayan torpaqlar”. niyə? ona görə ki, əgər “vəd edilmiş torpaqlar” ilahi qaynaqlı bir təəssürata sahibsə, onun antitezisini oluşduran yönü də hökmən ilahi içərikli, qaynaqlı, həyəcanlı olmalıdır. israiloğulları vəd edilmiş torpaqlardan danışaraq yaxın şərqdə fələstin başda olmaqla bütün qutsal bildikləri, (hazırda üzərində fərqli millətlər, dinlərə mənsub toplumlar yaşamasına baxmayaraq) coğrafiyaların taleyindən danışır və bu istiqamətdə barışcıl deyil, qanlı əyləmlərini günü gündən artıraraq davam etdirirlər. bu tezisin əsasını təşkil edən ideologiya, yəqin ki, bütün dünyada mövcud xalqların, millətlərin, cəmiyyətlərin yaşadıqları əraziləri bir gün hansısa səbəbdən tərk edərək böyük köç projesini reallığa dönüşdürəcəklər. bu köç əsnasında kimsə öz yerinə sahib çıxmayacaq. dünya katakilizmlərdən, zəlzələlərdən, yeraltı təkanlarından, iqlim dəyişikliyindən dolayı qarışdığı zaman, bu gözəlim dünya insanları içi yəhudilər qarışıq bir məkandan başqa bir məkana doğru başlarını götürüb qaçmaqla məşğul olacaq. yəqin bu böyük köç olayının bir ucu indidən böyük lahiyələrin xəyal mənbəyini təşkil edən marsa gedib çıxacaq. o zaman yaşanmaz hala gətirilən dünya bəlkə də bütün canlıların və bəşəriyyətin məzar yeri olacaq.
 
 
derlər,
bu dünyada bir günlük patişahlıq zövqünü bir ömrə dəyişməyən çirkin olduğu qədər ağlından abdallıq fışqıran unudulmuş oxucu, 
 
“vəd edilmiş torpaqlar” anlayışı ona görə bu qədər cəncəllidir ki, israil oğulları bu anlayışa sahib çıxıb nəsildən nəslə ötürərkən, onlar digər dinləri, peyğəmbərləri, insanları nəzərə almadılar, ala bilmədilər. bu o deməkdir ki, onlar, israiloğulları hürriyyətlərini aradan qaldıracaq uca yaradıcı gücü ”anlamaq”, “dərk etmək” adlı dövriyələrindən çıxardılar. əgər milli-ruhani durumları bu şəkildə olmasa idi, bizlər bu qədər qanlı əyləmlərin, toplu uşaq qətliamlarının, günahsız insanların, məzlumların sel olub axan qanlarına şahidlik etməzdik. hələ tarixdə baş vermiş nahaq intriqaları, günahları, fitnələri dilə gətirmirəm. bu gün vəziyyət necə isə, hər zaman tarixdə bu cür olub. kim hansı rolu üslənmişsə, yaradılışdan bu yana o millətlərlə, qövmlərlə də eyni xislətinin daşıyıcılıq missiyasını yerinə gətiriblər. söhbət ondan gedir ki, gərək biz, guya öz məsumluğuna inandırdığı iblisin fəaliyyətinə bu qədər gen - bol imkan və fürsət verməməli idik. tanrı günahsız axıdılan qanları, məzlumların yox edilməsini, gücsüzlərin zorbalıqlara məruz qalmasını sevmədiyi kimi, iblisin də fitnəsinə imkan tanınmamasını, xəyanət və intriqasına da fürsətin(in) verilməsini qəbul edə bilmir.
ona görə də, allahın nə vaxtsa bütün canlıları qarşılama törənində (mahşər) səhnəyə çıxarılacaq o ağılları başdan alacaq tamaşanın çox möhtəşəm olacağına qətiyyən şübhəm yoxdur.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi