Son səngərimiz İstanbuldur

Hit: 206
Son səngərimiz İstanbuldur
Ey dili qafil fil faili məchul fani f...
Bu sözlərimi olsun ki, çoxları gülünclə qarşılayacaq,  anlamaq istəməyəcəklər. Dünyada müstəqil, azad, özgür deyilə bilinən dövlətlər azdır. Müstəqil olaraq göstərilən, tanıdılan, tədris edilən əksər dövlətlər sözdə, fikirdə dəftər-kitablarda, bulanılmış, bulandırılmış qafalarda müstəqildirlər. Çünki dünyanı həmişə dövlətlər üstü bir anlayış, bir sistem, bir güc idarə edib. Sadəcə olaraq, bütün dövlətlər o gücün gizli təmsilçilikləri şəklində özlərini tanıdıb və tarixə keçiblər. 
Bütün bu dövlət köləliliyinin başında təkcə para-pul, sərmayə, silah -texnologiya, beyin kapitalı, insan sayısı durmur. BİR:-  dövlətin özgürlüyünün başında mənəvi aləmlə irtibat təmayülü, İKİ:-  dövlətin başında arxa planda və ya pərdə ardında mənəvi aləmlə rabitəsi olan, yer üzündə ƏFƏNDİ olaraq həyatı yaşanıb keçən, cismən görünməsə də ruhən varlığını min qat sürdürən kişilərlə, onların məclisiylə birgəlik, irtibat taarruzu, yaşaması, 
 
ÜÇ: - qurduğu dövlətin, (mənsub olduğu toplumun) sakral və mənəvi aləmlə ən azından toplumsal məsafənin metafizik boyutda təyinatını nizamlaması, DÖRT:-  o dövlətin coğrafiyasının sakral ərazi olaraq hər an ağırlığını belə və ya elə, zaman-zaman hiss etdirməsi durur. 
 
Doğrudur, bu sadaladığım məsələlər asan qəbul edilib, rahat bilinən, həzm edilən nalələr (fikirləmələr, fikircəmələr:-x.t.) deyildir. 
Türkiyənin illərdir başına açılan oyunlar onun bu kürəsəl mafiaynın hekamoniyasından, kürəsəl krallığın löhməsindən qurtulub öz özgürlüyünü müəyyən etmə səbəbdir. İkinci məsələ, Türkiyə toplum və coğrafiya olaraq (Anadolu) yeni bir sakral ağalığını metafizik müstəvidə leqallaşdırmışdır. Türkiyədən başqa, yeni bir sistem boyutuna, ölçüsünə girən bir dövlət bulunmamaqdadır. Yaxın Şərqdəki illərdir baş verən bütün savaşlar, qırğınlar, göz yaşları da bu YENİ sistem orqanizasiyonunun metafizik sistemdəki bir uzantısıdır. 
Çünki gerçəkləri bilən kişi anlayır ki, yer üzündə Türkiyənin coğrafi sərhədləri təkcə xəritə üzərindəki ərazi deyildir. Türkiyə dövlətinin gerçək coğrafi sərhədləri metafizik sınırlarla iç - içədir. Görünən qismində isə Yaxın Şərqdə və dünyada harda qan, göz yaşı, kədər, fəlakət varsa, orayla bağdaşlaşlmaqdadır. Türkiyənin gerçək coğrafi sərghəddi dünyada harda qan, göz yaşı, köləlik, istismarçılıq, soyqırım fəlakəti tüğyan edirsə, ordan, oralardan başlayır. Hər cürə qırğınların və münaqişələrin də getdiyi (aparıldığı) ölkələr, xalqlar göz qabağındadır.
Qeyd etdiyim fikirlər, əsla nəyisə şişirtmək, aşırı dərəcədə abartmaq məqsədi daşımır. Baş verən bədbəxtliklər:-istər təbii, istərsə də münaqişə zəmnindəki dağıntı və töküntülər Türkiyənin kürəsəl əsalətdən, əsirlikdən boynunu çəkərək öz varlığını ortaya qoymasının görünən, anladılan bir kanıtıdır, təsdiqidir. Kim necə anlar, özü bilər.!!!
Türkiyə hər cürə böyük bir hesablaşmanın sərhəddinə gəlib çatmışdır. Türkiyə öz gerçək, əsl sakral ərazisini bərba etdiyini ( bütün ümmət və türk dünyası ilkin olaraq bu cərgədə yer alacaqdır:-x.t.) və dünyəvi toplumunu metafizik toplumuyla buluşdurduğunu tezliklə göstərəcəkdir. Söhbət ondan gedir ki, bu yolda hər türlü fəlakətin miqyası da, qurbanların miqyası da çox olur və bu baş verənlərin mahiyyətini bilənlər az deyildir. Onu da qeyd edim ki, şahidi olduqlarımız hadisələrin Türkiyənin gerçək varlığını haraya apardığını bilənlərlər indi deyil, (bir məlumat, bilgi olaraq) çoxdan olub bitəcəklərin fərqindədirlər. Mən ayətlərdən, hədislərdən, islam sufilərindən, məsələn, elə İbn Ərəbidən hələ danışmıram, söhbət açmıram. Oralara daxil olsaq, işin içindən çıxmaq həm uzanar, həm də çoxları üçün inanılmaz görünər. Qoy, heç olmasa inkarçılar, inanmayanlar məni və qənətlərimi rədd etsinlər, mənə heç olmasa inanmasınlar.
Türkiyədəki zəlzələylə bağlı gəldiyim qənaət bundan ibarətdir ki, bu fəlakəti elmi-texnoloji üsulla, textonik silahla törətmişlər. Ancaq necə? Bütün zəlzələlərin harda nə vaxt olmasını bilmək elə də çətin bir iş deyil. Çağdaş texnologiya bu məsələnin öhdəsindən məharətlə gələ bilir. Eləcə də Türkiyədəki zəlzələ ilə bağlı bir neçə gün əvvvəldən məlumat verilmişdir. Bu məlumatın ardınca İstanbul Boğazında bir Amerika gəmisi görsənir. Ardınca İstanbuldan xarici ölkələrin diplomatları çıxarılır. Bunun ardınca Türkiyədən uçaqların hərəkəti dayandırılır. Sonra isə baş verən zəlzələ Türkiyənin bəlli bir ərazisində gerçəkləşir. İstanbulda isə yüngülvari zəlzələ baş verir. (Onu da deyim ki, bu fəlakəti İstanbulda planlaşdırmışdılar. Müəyyən səbəbdən dolayı, hələlik bu şər proyektindən vaz keçməli oldular və sadəcə İstanbulda yüngülvari bir zəlzələ yaratdılar:-x.t.) Dediklərimdən bir neçə gün əvvəl isə Cənubu Azərbaycanın türklər yaşayan ərazisində böyük təlafatlara yol açan zəlzələ baş verir. Bu fəlakətdə insanlara yardım etmək üçün nə daxildən, nə xaricdən mövcud rejim tərəfindən imkan verilmədi. 
 
Bu zəlzələni əvvəldən vaxtını öyrənən qlobal (kürəsəl) mafiya zəlzələ başlayan vaxtda hərəkətə keçirlər. Çağdaş məlum silahlarla zəlzələnin istiqamətində texnologiyanı işə salaraq baş verən fəlakətin miqyasını 10 olacağı yerdə 100- ə qaldırırlar. Bu qədər bəsit. Kürəsəl mafiya, Türkiyəylə başqa cür necə hesablaşa bilərdi ki. Çünki Türkiyə özgürlüyü üçün savaşır və mücadilə apararaq bu yolda başarı qazandığını hər kəs bilir. Bu böyümə proyektinin qarşısını ala bilməsələr, yaxın tarixdə Türkiyənin daha böyük bir gücə çevrikləcəyini dəqiq bilirlər. 
Türkiyənin böyüməyinin qarşısını ala bilməsələr, yaxın gələcəkdə əcdadları necə Osmanlıya vergi ödəyir, bu imperiyanın izni olmadan quşlarını göydə uçurtmurdularsa, eləcə də indi TURAN dövlətinin və ya Türk Dövlətlər Birliyinin ədalətindən yaxalarını geri çəkə bilməyəcəklər. Bir sözlə, baş verənlər, üzdə görünənlər olaraq Türkiyənin ağır bir savaşa girdiyindən xəbər verir. 
İndiki savaşlar nə qədər fəlakətə, dağıntıya, üzüntüyə yol açsa da, bir o qədər də görünəməz, bilinməz əllərlə  görünməz, hiss olunmaz, bilinməz şəkillərdə başladılır və davam etdirirlir. 
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi