Dəyərdən imicə - Milli brendlərin gücü

Hit: 390
Dəyərdən imicə - Milli brendlərin gücü

Qloballaşan dünyada milli brendlərin tanıdılması hər bir ölkənin iqtisadi müstəqilliyi, mədəni özünəməxsusluğu və beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır. Brend sadəcə məhsul və ya xidmətin adı deyil, həm də ölkənin siması, mədəniyyətinin, dəyərlərinin və həyat tərzinin daşıyıcısıdır. Bu baxımdan, milli brendlərin tanıdılması həm iqtisadi, həm də mədəni strateji prioritet kimi dəyərləndirilməlidir.

Milli brend – bir ölkənin daxilində yaradılmış, yerli dəyərlərə əsaslanan, o ölkənin mədəni, tarixi və iqtisadi simasını təcəssüm etdirən məhsul, xidmət və ya marka deməkdir.
 

Milli brendin tanıdılması istiqamətləri
 
Daxili bazarda tanıtım:
 
Reklam və PR kampaniyaları (TV, radio, internet, sosial şəbəkələr)
 
Yerli festivallar, yarmarkalar və sərgilər
 
Məktəblərdə və universitetlərdə maarifləndirici tədbirlər
 
Dövlət dəstəyi və güzəşt mexanizmləri
 
Xarici bazarda tanıtım:
 
“Made in Azerbaijan” brendi ilə ixrac təşviqləri
 
Beynəlxalq sərgilərdə iştirak
 
Xaricdə ticarət nümayəndəlikləri və sərgi evlərinin açılması
 
Diplomatik əlaqələr və mədəniyyət günləri çərçivəsində təqdimatlar
 
Rəqəmsal tanıtım:
 
Sosial media platformaları (Instagram, Facebook, TikTok, YouTube)
 
SEO əsaslı veb-saytlar və elektron ticarət platformaları
 
Brendə məxsus mobil tətbiqlər və interaktiv kontent
 

Onlayn brend səfirləri və təsirçilərlə əməkdaşlıq

Bu günlərdə “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirlinin təşkilatçılığı ilə Bakıda  “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025” adlı mötəbər forum keçirildi. Tədbirə 400-dən çox qonaq – rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri qatılmışdı. Forumda spikerlər yeni dövrün tələblərinə uyğun strateji yanaşmaları bölüşərək, brendlərin beynəlxalq bazarlara çıxışı, rəqəmsal marketinqin rolu, müştəri təcrübəsinin fərdiləşdirilməsi, loqistika və təchizat zəncirinin optimallaşdırılması kimi mövzularda fikir mübadiləsi aparıblar. 

Qeyd edim ki, forum milli brendlərin inkişafı üçün çox mühüm bir platforma idi. Qısa desək milli brendlərin tanıdılması ölkənin iqtisadi inkişafının mühüm tərkib hissəsi olmaqla yanaşı, milli kimliyin qorunması və dünyada tanıdılması baxımından da strateji əhəmiyyət kəsb edir. Bu sahədə sistemli yanaşma, innovativ həllər və dövlət-özəl tərəfdaşlığı gələcək uğurların əsasını təşkil edə bilər. Azərbaycan brendləri artıq təkcə ölkə daxilində deyil, beynəlxalq bazarda da tanınmağa başlamışdır. Bu prosesin davamlı olması üçün hər kəs – sahibkar, vətəndaş, dövlət və media öz töhfəsini verməlidir.

Aslan Abbaszadə
Faktor.az xəbər portalının Baş Redaktoru
AQAT-Silver mağazalar şəbəkəsinin rəhəbri

 








Redaktorun seçimi