"15 İyun – Xalqın ümidinə çevrilən tarix"

15 İyun – Milli Qurtuluş Günü, Azərbaycan Respublikasında dövlət əhəmiyyətli tarixi hadisə kimi qeyd olunur. Bu günün əsası 1993-cü il 15 iyun tarixində Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə qoyulub. Bu hadisə ölkədə vətəndaş qarşıdurmasının, xaosun və siyasi böhranın qarşısının alınmasında həlledici rol oynayıb.
Bu fikirləri Faktor.az-a açıqlamasında Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva deyib.
M.Əliyeva xatırladıb ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə siyasi sabitlik pozulmuşdu. 1992-1993-cü illərdə ölkədə rəhbərlik tez-tez dəyişirdi, Dağlıq Qarabağ müharibəsi davam edirdi və eyni zamanda daxili çaxnaşmalar baş verirdi. Bu dövrdə Xalq Cəbhəsi hakimiyyətdə idi, lakin zəif idarəetmə və xaos vəziyyəti daha da dərinləşdirirdi. 1993-cü ilin iyun ayında Gəncədə baş verən qiyam ölkədə vətəndaş müharibəsinə yol aça biləcək bir təhlükə yaratdı. Belə bir kritik zamanda xalqın və siyasi rəhbərliyin tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. 15 İyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə sabitliyin bərpası istiqamətində dönüş nöqtəsi oldu. Onun rəhbərliyi ilə dövlətçiliyin əsasları möhkəmləndirildi, ordu quruculuğu gücləndirildi və ölkə tədricən siyasi və iqtisadi böhrandan çıxmağa başladı.
Sədr əlavə edib ki, 15 iyun Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı sayılır. 1997-ci ildə Azərbaycan Milli Məclisi 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmən elan edib. Həmin gündən etibarən hər il 15 İyun ölkə səviyyəsində bayram kimi qeyd olunur.
Sədr əlavə edib ki, 15 iyun Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı sayılır. 1997-ci ildə Azərbaycan Milli Məclisi 15 iyun tarixini Milli Qurtuluş Günü kimi rəsmən elan edib. Həmin gündən etibarən hər il 15 İyun ölkə səviyyəsində bayram kimi qeyd olunur.


