Cavid Əəfəndi nə üçün ingilis deyil?

Ey dili qafil fil faili məchul fani f....
Derlər,
Unudulmuş oxucu,
Dünyada çox ilginc suallar qoyulub zaman-zaman. Bu və bu kimi ötkəmli görkəm yaradan suallar sonra geniş movzulara, kitablara qucaq açıb, rəvac verib. Məsələn, nəyə görə İran dövləti ingilis dövləti deyil? Yaxud İsrail dövləti İran dövləti deyil?
Eyni sualı bu şəkildə də verə bilərik ki, niyə yapon mədəniyyəti türk mədəniyyəti, yaxud türk mədəniyyəti yunan mədəniyyəti deyil?
Niyə yunan fəlsəfəsi alman fəlsəfəsi, alman musiqisi hind musiqisi deyil?
Niyə və nəyə görə fransız rəssamlığı, rus rəssamlığı deyil?
Eləcə də niyə Hüseyn Cavid əfəndi türk şairi olur, ancaq ingilis şairi olmur, ola bilmir?
1. Məncə, ilk ağıla gələn əngəlli -tələbkar məntiq deyəcək ki, Cavid əfəndi fıtratdan türk olaraq doğulduğu üçün türk şairi olub. Xeyr, bu ilk ağla gələn cavab özünü qurtarmaq cəhdidir, aradan çıxmaq ehtimalıdır, özünə hər şeyi güzəştə getmək nəfsi-sərmayəsidir. Yazıya sayğısı olan düşünür bu cavaba yaxın durmaz, bu cavabı ağlının ucundan keçirməz ki, mətni zəhərləməsin. Cavid Əfəndi, cavab verək ki, niyə türk şairidir. Sonra məğzinə varaq ki, nəyə görə türk şairi oldu da, ingilis şairi olmadı, ola bilmədi yaxud. Cavidin türk şairi olmağında təbilikdən daha ötə, bir istək, bir iradə hakimdir. Onun bu xarakterik özəlliyi, iradə məsuliyyəti yazıları, mətnləri, əsərləri, təfəkkürü üzərində azad şəkildə cərəyan edir.
2. Bir şairin bir millət ürünü olaraq iradə mərhələsinə gəlib çıxması, ulaşması, əlinin yetməsi, özünü orda gerçəkləşdirmə manevri heç bir borcdan irəli gələn dəngə güvəni deyil. Bir şairin türk şairi olması əvvəl - Allah mənsub olduğu və ya coğrafiyasında bulunduğu toplumun gələcəyə keçirəcəyi sorunları görmə heysiyyatı və bu gördüklərinin gələcəkdə törədəcəyi fəsadların asi kəsiləcəyi məqamlara bağlılığından irəli gəlir. Əgər Cavid bir şair olaraq türk şeirinə töhfə vermə mənsubluğunun üzərində öz ötkəm iradəsini göstərə bilirsə, onun əsərlərində, mətnlərində milli təmayüllü energetik işıqların sozaldığı, nurun azaldığı təhlükəsini sezmə səriştəsindən irəli gələr.
3. Türk şeiri türk millətinin, Şərq coğrafiyasının bəlli bir ərazisində dərin özüllü inanca cahillik səltənətinin təntənəsinin, atəşfəşanlığının “necə yükləndiyini görmədən keçə bilməz “ mərhələsində mənsub olduğu mədəniyyətdə öz həddi- zatını mətnə mindirmə mövzusunda, səbəbində zaman xərcləməz, yalnız ilahi bir əndişə duyduğu təqdirdə qədərini zorlama hürriyyətinə qovuşmaq naminə çaba göstərir, addım atır.
4. Cavidin Türk şairi olmasının özgə bir məsuliyyəti də olmamış deyil. Bu məsuliyyət həyatı əhatə edən millətin-toplumun-cəmiyyətin yaşam biçimindən mədəni sisteminə adaptasiya olma missiyasını fikir-düşüncə-poetika - ritm eşliyində mümükünlüyünün kara gələn ləngliyini vaxtında, tarixi məqamında həll etməyindən asılıdır. Bəzən o tarix gələcəkdə, bir az uzaqda mədəniyyətə qovuşma sevdasını, həsrətini, hicranını kimlərin, lap elə şər güclərin qanlı əlləriylə uzadır, uzatmağa məhkum edildiyində, özünü türk sayan şairin poetik səriştəsi, intuitiv mərifəti işə keçib mətnsəl bütövlük oluşdurur. Məhz Cavid əfəndinin belə bir ədəbi-bədii-poetik ideoloji ovqatla, hikmətlə, məna analogiyasıyla yüklənməsi, onun özündən sonrakı nəsillərarası raslantıya deyil, nəsillərarası təbii uzantıya, nəsillərarası mədəni nöqtəyə isabət etmə sərrastlığının nümayişkəranəliyinə işarədir. Bu hökmən sonraya qalırsa gələcək nəsillərin dövlət ödəvi olaraq, dövlət çalışması, məsələsi kimi gündəm, yaşam, sistem sərmayəsi kimi ərkini bildirməlidir.
Derlər,
Undulmuş oxucu,
5. H.Cavid Əfəndinin və bu kimi yazarların metafizik karizması yazı müstəvisində, mətnsəl seyrdə, əsər -mövzu -ideya oyaqlığının təlqin etdiyi qulağa xoş gələn sədasından imtina mühitinə yeni bir poetik təkamüllə qatılmağın ağla oturan tarixi ortamında nəyin yarımçıq, nəyin bütövlük və tamlıq alqılayışına şans verilməsini nisbi mədəniyyət ölçüsünə sığışdırmaqla haqlı-haqsız qarşıdurmasına Musa və Firon çıxarıb üfüqləri bərraq görmə ötkəmliyini daha çox netliyə təslim etmək, qovuşdurmaq gərəkir.
6. Cavid Əfəndinin türk şairi olma yetkisi ingilis şairi olmağına nə keçid, nə izn vermir. Bir şairin türk olması onun əsla ingilis olma ehtimalını da doğurmur. Belə məntiq bir az da fıtratı zorlama məzlumluğuna yeni bir mərsiyyə hazırlığı yaradır. Bu da özünü bir başqa qoruma instiktidir, deyə bilərik.
7. Cavid Əfəndinin ingilis şairi olmaq kimi bir lüksü və zövqü əzəldə yoxluğa dəfn edilmişdir. Çünki onun doğuluşu, varlığı, dili xeyrin yörüngəsində öz səyyarələrini tərbiyə edir, öz mərkəzini qurur, öz hüzn və səadət dolu uyqarlığını gələcək nəsillərə yalan və qansız bir ədayla ötürmək cəsarətinə sahibdir. Bu əxlaqı bir poetik andın ilkin yaddaşında azadlıq, özgürlük ölkəsinin fizikötəsi sahib qalalarında məzlumlar misilsiz bir əxlaqla haqqı gözləmə, haqqa diqqət tədarükünü hələ də ölümə tərk etməyiblər. Bu sarıdan dildən, millətdən, qandan ötə keyfiyyət göstəricilərinin cinayətləri, qətlləri, günahları, qaranlığı daban qırma izləmə, üzərinə doğru getmə əmrini TƏK Olan İlahidən, Yaradıcı Gücdən alanın mənanın-hikmətin- həqiqətin davamı yeni yüzillərə rəhbər kimi, əldə yol xəritəsi kimi zühuru kimsənin gözünü böyütməməli, kimsənin qanını dondurmamalıdır.
8. Əgər Şekspir türk olaraq doğulsaydı, Cavid əfəndi də ingilis olaraq doğulma alışqanlığının bizə, bəşəriyyətə verdiyi, verəcəyi məchulluğu və kəsinliliyi (bizlər) nə vaxtsa yer üzündə Mələklərin son yükü, son payı olaraq alqılayar, anlayardıq.
9. Türk olmaq qorxunu və dəhşəti yüklənmə, boynuna götürmək cəsarəti, əxlaqıdır, bunu kimsəyə verməmək qısqanclıq deyil, kimsəyə güvənmə əndişəsidir ki, yarı yolda qoyar buraxar, ilahi ədalət yer üzündən diksinər, bezər, bıkar, iyrənər, əl çəkər. Məhz sonuncu bu əndişədən dolayı H.Cavid Əfəndi ingilis ola bilmədi, onun kainatda intuitiv olaraq qaldırdığı varlıq vəsadəti ingilis olaraq deyil, türk olaraq təmin edildi.
10. Elə isə Cavid Əfəndi nə türkdür, nə ingilisdir. Onun kimliyi əsla milli anlayışlara pərçimlənmiş nəşəyə qapılmamış, əksinə bəşəriyyətin xeyriyyətinin tiyanında bişmiş şüur və ruhunun burağına qulluq etmək, mehtərlik yapmaq anlayanların öhdəsindəki borcdur, borc.!!!
11. Türk olmağın millətlə, etnosla heç bir bağı-bağlantısı yoxdur. İnanclı olmaq, Tək Gücə bağlanmaq,islamı ruhuna sindirmək türk olmaqdır. Türkün və türklüyün meyarı budur. Bizim bir Cavid əfəndimiz var ki, bütün ölçüsü-biçisiylə, bütün səsi-sözüylə, bütün metafizik ritmi-təmkiniylə bu gün heç cürə ingilis ola bilmir ki bilmir!!!
Xanəmir Telmanoğlu


