Məzlum xalqların satılmış liderləri

Ey dili qafil fil faili məchul fani f…
Ərəb və müsəlman dünyasinin bu günə düşməsində bir çox səbələr var. Onlardan ən başda gələnlərindən biri də bu coğrafiyadaki ölkələrə rəhbərlik edən "rahiblərin", "papazlarin" xalqina qarşi xatakar və zinakar zehniyyətidir.
İsrail ərəb liderlərinin həmişə yanında olmuş, onları özlərindən maddi cəhətcən asılı vəziyyətdə saxlamışdır. Çünki bu monarxistlər də hardasa sömürgəçilər qədər İsrailin Yaxın Şərq vizyonuna çox “uyğun” idilər.
İsrail bu mühafizəkar monarxistlərin hakimiyyətləri ilə həmişə bir birini yaxşı başa düşmüşdür. Bir zamanlar, İraqın baş naziri, Mossadın ona verdiyi rüşvət qarşılığında ölkədəki yəhudilərin İsrailə köçməsinə də gözəl şərait yaratmışdır. Eləcə də, İran şahının baş naziri Məhəmməd Səid isə, İsraili rəsmən tanımaq üçün 400 min dollar rüşvət almışdır. Buna bənzər ya da fərqli işlər üçün Suriya liderinə də rüşvət verilmişdir. Misir kralı Faruk da yəhudi dövlətinin yaxın Şərqdə vizyonuna uyğun gəlirdi. C.I.A tərfindən maaşa bağlanmış olan Urdin kralı Hüseyin də eyni vizyona uyğun bir lider olub.
İsrail, Nasirin başlatdığı və BAAS partiyası ilə davam edən radikallaşma dalğasına qarşı, bu monarxistlərin ayaqda qalmasını şübhəsiz qəbul edirdi.
İsraillilər 1950-ci ildən bəri Fas kralı Həsənin iqtidarda qalmasına kömək edərək rejimin müxaliflərini də təmizləməsinə yardım etdilər. Fas və İsrail arasındakı örtülü işbiriyi 1966-cı ildə də ortaya çıxdı və böyük bir internasional krizin doğmasına səbəb oldu. Kriz, Fransa, Fas və İsrailin qarışdığı Ben Barka olayı idi. Mehdi Ben Barka sürgündə yaşayan və Həsən rejimi trəfindən ölümə məhkum edilmiş faslı radikal bir ziyalı olub. Fas gizli servis şefi general Məhəmməd Oufkir 1965-ci ildə kraldan Ben Brkanı ortadan götürmək üçün əmr aldı və dərhal Mossaddan yardım istədi. Mossad Ben Barkanın Parisdən qaçırılma olayını təşkil etdi və həmın də öldürüldü. Fas gizli servisi də o vaxtdan bəri həmişə Mossadla yaxın əlaqədə oldu.
İsrail gizli servisinin Urdin kralı Hüseynin də hakimiyyətini qoruması üçün göstərdikləri səyə Le Monde yəhudi yazarı Marek Halterin krala yazdığı açıq məktubunda deyirdi: “...İsrailə və İsrail gizli servisinə güvəndiniz. 1957-ci ilin aprelində, 58-ci ilin iyulunda , 59-cu ilin martında, 60-cı ilin avqustunda, 1966-cı ilin iyulunda , 1967-ci ilin aprelində...Hər səfərində sizi Mossad qurtardı.”
Urdin kralı da yəhudi dövlətindən aldığ bu yardımları qarşılıqsız qoymazmış, Urdin gizli servisi Mohaberatın Mossada hər mövzuda yardımçı olmasını təşkil etmişdi.
İsrailli jurnalistlər Dan Raviv və Yossi Melmana görə Mohaberat, Mossada ərəb dünyasını qapılarını açdı.
Bütün bu və ya bu kimi yüzlərlə faktlar onu göstərir ki, Yaxın Şərqin bu gün qan gölünə döndərilməsi, orda yaşayan insanların ən rəzil duruma düşürülməsi bir anda baş verən hadisələrin sonucu deyil və ola da bilməzdi. Balaca bir ölkə olaraq İsrailin belə götürsək bütün ərəb ölkələrinin başçılarını vaxtında ələ alması, onları kölələşdirməsi, bəsit şəkildə bu günkü qanlı mənzərəninin şəkillənməsinə yol açmışdır. Öz şəxsi yaşayışı, rifah halı, ləl-cəvahirat içində üzmələri, nəfsindən dolayı hər şeyə sahib olmaları, mənsub olduqları ölkənin insanlarının taleyinə qarşı biganə və alçaqca sərgilənən tavrlar, bu gün nəin ki bütün ərəb ölkələrini, eləcə də bütün Yaxın Şərq deyilən bir coğrafiyanın yerli xalqlarını, mədəniyyətlərini və kimliklərini defakto yer üzündən silmək üçün vaxtında yaradılmış, xaincə təşkil edilmiş plan olaraq səciyyələndirmək gərəkir. Bu faciə və fəlakətlərin heç birini İsraildə, sionizmdə, yaxut hansısa şər güclərdə görməyə ehtiyac yoxdur və əks təqdirdə gülünc doğuran gerçəklik olardı. Xalqın başına gətirilən, oturdulan “o altun və qan düşkünü dərəbəylər”in simasızlığı, əsl şeytani xisləti böyük siyasi-ideoloji planı olan “baş memarların” tərəfində güc sərgiləməsindən başqa bir şey deyildir.
Xanəmir Telmanoğlu


