Müstəqil və güclü Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir! - Aslan Abbaszadə

Bu gün xalqımızın tarixində şanlı və qürurverici bir gündür! 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı – müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşdü.
Bu böyük gündə dövlətçiliyimizin, milli birlik və azadlığımızın təməli qoyuldu. Qısa ömrünə baxmayaraq, Cümhuriyyət maarifçilik, qadınlara seçki hüququnun verilməsi və müstəqil məhkəmə sisteminin qurulması kimi mühüm addımlarla xalqımıza örnək oldu.
Bu gün Azərbaycan xalqı olaraq Müstəqillik Günümüzü qürurla qeyd edir, şəhidlərimizi ehtiramla yad edir, istiqlal yolunda mübarizə aparanları minnətlə anırıq.
15 oktyabr 2021-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 28 may ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur.
Müstəqil və güclü Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!
15 oktyabr 2021-ci il tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 28 may ölkəmizdə Müstəqillik Günü kimi qeyd olunur.
Müstəqil və güclü Azərbaycan dövləti bizim ən böyük sərvətimizdir!
Yaşasın Azərbaycan!


