İki ölkə beynəlxalq təşəbbüslərdə birgə fəaliyyət göstərir

Bu gün Azərbaycan və Macarıstan dost və tərəfdaş ölkələr kimi bir çox regional və beynəlxalq təşəbbüslərdə birgə fəaliyyət göstərirlər.
Hazırda Azərbaycan və Macarıstan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də çoxşaxəli beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatında uğurla davam edir. İki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri, ortaq dəyərlər və qarşılıqlı hörmətə əsaslanır və bu əməkdaşlıq hər sahədə özünü göstərir.
Bu gün Azərbaycan və Macarıstan dost və tərəfdaş ölkələr kimi bir çox regional və beynəlxalq təşəbbüslərdə birgə fəaliyyət göstərir. Xüsusilə vurğulanmalı məqam odur ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilk dəfə məhz Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bu format təşkilatın üzv dövlətləri arasında daha səmimi və çevik fikir mübadiləsinə imkan yaratmaq, qarşılıqlı anlaşmanı və əməkdaşlığı daha da dərinləşdirmək məqsədi daşıyır. 2023-cü ildə bu təşəbbüsün ilk praktiki təcəssümü kimi qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilmişdir. Bu, həm də Azərbaycanın türk dünyasındakı mərkəzi rolunu və təşəbbüskar mövqeyini bir daha nümayiş etdirdi. Bu il isə həmin estafeti Macarıstan öz üzərinə götürərək, ikinci qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edir. Bu təşəbbüs Macarıstanın türk dünyasına olan səmimi münasibətini və tarixi-kültürel bağlara verdiyi önəmi bir daha ortaya qoyur. Macarıstanın bu cür təşəbbüslərlə çıxış etməsi, onun təşkilatın fəaliyyətində fəal iştirakını və öz tarixi köklərinə sadiqliyini nümayiş etdirir. Bu, Azərbaycan üçün sevindirici və qürurverici haldır. Bir neçə gün öncə dost Macarıstanda işgüzar səfərdə olan Ölkə başçısı cənab İlham Əliyev bir çox məqamlarla yanaşı hər iki ölkənin TDT çərçivəsində fəaliyyətindən və təşəbbüslərindən geniş bəhs etdi.
Bəli, Azərbaycan bu təşəbbüsü alqışlayır və Macarıstanın Türk Dövlətləri Təşkilatında fəal iştirakını yüksək qiymətləndirir. Bu, təkcə iki ölkə arasında deyil, ümumilikdə türk dövlətləri ailəsi içərisində birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Bu Zirvə görüşləri həm təşkilat daxilində siyasi koordinasiyanı gücləndirir, həm də ortaq tarixi-mədəni irsin təbliğinə töhfə verir. Macarıstanın bu sahədə göstərdiyi fəallıq və təşəbbüskarlıq onun yalnız müşahidəçi ölkə statusu ilə kifayətlənmədiyini, eyni zamanda təşkilatın gələcəyinə töhfə verməyə hazır və qadir bir tərəfdaş olduğunu sübut edir. Bu əməkdaşlıq formatı, sözsüz ki, gələcəkdə də daha sıx siyasi, iqtisadi və mədəni inteqrasiyaya zəmin yaradacaqdır.
Billurə Mahmudova;
Neftçala rayonu, həkim


