Çağdaş insanın uduzmaq təhlükəsi

ey dili qafil fil faili məchul fani f....
derlər,
unudulmuş oxucu,
Bu günlərdə radio dalğalarının birində xəbərlər arası bir reklamın səslənişini duydum. Reklamda səslənilən (səhər vaxtı idi:-x.t.) mesaj təxmini olaraq belə idi:
“bir fincan sevinc,
bir qaşıq xəbər
sabahın ilk saatlarında əhvalınızı oxşasın.”
Bu qədər. Bu mesajın ifadəsi fikir verdinizsə, “bir fincan sevinc, bir qaşıq xəbər” kimisindən olaraq, bədii ifadə vasitəsindən istifadə edilərək təqdim edilmşdir. Demək çağdaş xəbərlər, reklamlar artıq bədii ifadə vasitələrini mesaj reputasiyasına dönüşdürüb. Kapitalist-burjua dünya görüşü ədəbi-bədii-poetik təfəkkürün, estetikanın ərazilərinə ayaq açıb. Demək min illərdir ədəbiyyatn şah damarına çevrilmiş bədii ifadə vasitələri artıq xəbər, reklam cümlələrinin mahiyyətini qarşılayır, xəbər, rekalam mətnlərinin içəriyində at oynatmağa başlayır. Bəs görəsən ədəbiyyatn ruhu olan bədii ifadə vasitələrinin xəbər və reklam mətnlərinin mahiyətinə dönüşməsi nədən xəbər verir, nəyin müjdəsidir?
Bu sualın cavabına bir başa keçməzdən əvvəl bir anlayışımızı yerindən dəbərtmək lazımdır ki, görəsən ədəbiyyatın bədii ifadə vasitələri artıq ədəbiyata lazımdır, ya lazım deyil? (Bədii ifadə vasitələri dediyimiz kontrlar ədəbiyyatın oylağında özünə yer atapa bilirmi, yoxsa özünün havada qaldığının fərqindədir?:-x.t.) Lazım deyilsə, bu mətnsəl-dil kuramındakı kompramissel həssaslığı fərqli müstəviyə gətirən ədəbiyyatın özüdürmü, mövzulardırmı, əsərlərin mənası, dil imajı və meyarıdırmı,yoxsa, bu ədəbiyyatın mahiyyəti dediyimiz bədii ifadə vasitələrinin öz daxili energetik təbəddülatda zamanla toqquşması olaraq özüzün izahsız “təşbbüsüdür”. Yəni bu baş vermiş olay, dilinmi, zamanınmı, ya mədəniyyətinmi tələbi, tələbatı, istəyi, sifarişidir? Ortalıqdakı sorunu nəyin üzərində qoyaq, saxlayaq, yaxut problemi nəyin ayağına yazaq? İllah da günah keçisinin olması mütləq deyilmi?
derlər,
unudulmuş oxucu,
Ədəbiyyatın, özəlliklə şərq ədəbiyyatının bədii ifadə vasitələrisiz heç bir dəyərinin olmadığını hər kəs bilir. Baş vermiş zamanlama gedişatındakı “hadisə” bəs nəyin nəsidir, nəyin göstəricisidir? Niyə bədii ifadə vasitələri xəbər və reklam mətnlərinin də qidasına, simasına dönüşməyə başlayır? Bədii ifadə vasitələri ədəbiyyatı tərk edirmi, yoxsa ədəbiyyatla paralel olaraq xəbər və rekalam mətnlərində də öz izlərini sürdürüb öz imkanlarını açmaqla məşğul olacaq? Ola bilərmi ki, ədəbiyyatın onuru olan bədii ifadə vasitə elementləri ədəbiyyatı tərk edib bir başa öz çağını yenidən və ya başqa şəkildə xəbər və reklam mətnlərində davam, inkişaf etdirsin? Belə demək mümüknsə, bədii ifadə vasitələri ədəbiyyatı tərk edib, ədəbiyyata qarşı nankorluq edərək, burjua-kapitalist təəssübkeşliyinə lap məişət zəmnində belə qarşılıq verib, elitar -maddəsəl çıxar gücün təkəlçi sərmayə hegomonluğunun bir başa uğuruna dönüşsün.
Məncə, bu verilən sualların hər biri məntiqi baxımından öz yerində, ancaq bu “hadisə” ( bədii ifadə vasitələrinin xəbər və reklam mətnlərində əksi:-x.t.) ədəbiyyatdan çox, yeni çağın insanlarının başqa bir sifətinin güclü şəkildə üzə çıxmasından xəbər verir. Çünki “bədii” dediyimiz ifadə vasitələri həyatın-dünyanın-insanın gerçəklərini bəlirtmək üçün, dərinləməsinə göstərmək naminə “icad edilmiş” stimuldur. Bu gücü, bu imkanı ədəbiyyatımızda hərə bir cür özünü ifadə edərək kullanmışdır. Dünya-həyat-insan mərkəzli mahiyyəti dərk edib bəlirtmək və yazı ilə gələcəyə transfer etmək təkamülü, öz boy ölçüsünü bəlli bir yerə qədər sürdürdü. Hətta İlahi kitablar belə bu üslub və vasitədən yararlanmışlar. Yəni Allah özü də bu üslub və gedişatdan bol-boluna istifadə etmişdir. Qurani-Kərimdə elə bir surə yoxdur ki, orda da bədii ifadə vasitələri, poetik ifadə elementləri yer almasın.
Konkret olaraq bu gedişat onu deyir ki, bu gün xəbər və reklam mətnlərinə ədəbi fakt olan bədii ifadə vasitələrinin keçməsi, bu məna variantının özünü doyuzdurma, özünü yenidən reabilitasiya etmə ehtiyacından irəli gəlir. Yəni artıq bədii ifadə vasitələri hər hansı bir ədəbiyyatda köhnəlmiş, vaxtı keçmiş mərhələsini yaşayır. Bir başa yox olmamaq, “ölməmək” üçün, seçdiyi xəbər və rekalm mətnlərindəki dirək fürsət müsaidəsinə əsaslanan sindrom bədii ifadə vasitələrinə yeni bir nəfəslik yaradırsa, nədən geri çəkilməlidir? Digər yöndən bədii ifadə vasitəsi mətni, mənanı, mahiyyəti gücləndirmək üçün istifadə olunan “ünsür”lərdən biridir. Bu güc insanın ədəbi zövqündən, bədii karmasından, əxlaqi-mənəvi kimliyindən çıxaraq, həm də insanın xəbər-reklam mətnlərində görünür, fəliyyət göstərirsə, bu həm də çağımızın insanının Allahın sifəti olan SÖZÜ yalan, ölüm, qarabsma, aldatma, inamsız dünyasına çəkib xeyri özünə ORTAQ etrməyindən xəbər verir. Həm də bədii ifadə vasitələri vasitəsəi ilə ədəbiyyyat, hikmət, ədəb, əxlaq bir başa sossial və yaşam düzeyimizə enir, təyinatını birbaşa ora yönəldir, konkret ərklə maddiyyata çevrilir.
derlər,
unudulmuş oxucu,
İnsan hər zaman öz kimliyini və varlığını sözdə-mənada arayıb. Demək çağdaş insan bədii ifadə vasitələrini bu gün xəbər-reklam mətnlərnə, dünyasına çağırmaqla, dəvət etməklə, özünün düşüdüyü böyük şübhə, inamsızlıq, etibarsızlıq aləminə, sisteminə yenidən etibar, güc, iman, inam qazandırmaq niyyətindədir. Çünki insan oğlu yaşadığı sistemin ortasında, Şərlə əhatə oliunduğunda, Xeyirdən uzaqlaşdığını analadığında, bu tənhalığını yalnız və yalnız sözlə - mənayla, illahım da sözün dərinliyində saklı qalan, gizli tutulan imanıyla təlafi etmək, canlı tutmaq yollarına fokslandığı üzə çıxır, aradığı məlum olur.
Bu bəhs etdiyimiz mənəvi-məna müstəvidsindəki gedişat həm də ondan xəbər verir ki, ədəbiyyat öz mahiyyətini durduğu yerdən ayrılaraq başqa bir yerdə yeni insana agah etmək niyyətindədir. (Artıq proses başlamışdır!) Yəqin gələcəkdə olduqca bitgin, yorğun görünən insan, öz həyatını boyamaq istərkən, ədəbi priyomları gündəlik hər saat təmasda olduğu xəbər- reklam mətnlərdə görmədən dinc durmayacaq. Həm də nədən olmasın ki? Məsələn bir qəzəllə bir xəbər, bir təcnislə bir reklam mətni necə də sirayətedici görsənməsin. Əlbəttə dediyimiz mədəni-yaradıcı-tarixi durum da bir yerə qədər öz gerçəkliyini davam etdirdikdən sonra, estafeti yəqin gələcək zamanların başqa “xəbər-reklam mətnləri” yerini tutan başqa dəyərlərində arayacaq. Ancaq bütün bunlar insan həyatında yaradıcı potensialın bir dəyər, bir ölçü olaraq onun kimlik mahiyyətində hər zaman müstəsna yer almasından xəbər verir.
Bilirsinizmi,
Eşidirsinizmi,
Bədii ifadə vasitələrinin bir xəbər-reklam mətnlıərinin gerçəkliyini oluşdurması bir də onu göstərir ki, insan real-gerçək bildiyi, yaşadığı həyatla belə təmasa sözün birbaşalığı ilə deyil, sözün birbaşa təyinatı ilə deyil, sözün qatlarından keçərək, sözün məna coğrafiyasının sınırlarını aşaraq öz həqiqətinə varmaq, qovuşmaq istəyir. İnsanaın gündəlik həyatı çağdaşlıq sıxlığında amansızlıq tələb etsə də, görürük ki, bu amansızlıq bədii ifadə vasitələri qarşısında çox acizlik göstərir, başıaşağılıq nümayiş etdirir. Bir sözlə, insan öz həqiqətini, aradığı ədaləti, ritmi, balansı sözün qatmanlarında, sözün dərinliyində, genişliyində gəzir, arayır. Əslində hansısa xəbər-reklamda nəyisə arayan, övaldını gəzən, bir çay dadına ulaşmaq istəyən insan, ehtiyatda saxladığı min illik mənəvi təcrübəsini, ehtiyatını, potensialını sanki bu gün həyatının reallığına xərcləməyə çalışır. (Həm də o, çağdaş insan öz maddi -nəfssəl dünyasını mənəvi-batini aləminə batırıb dadmaq, varlığına ötürmək niyyətinə düşüb:-x.t.) İnsan öz həqiqətini, amansız yaşam şərtlərini, tanıdığı amnansız dünyanı, alt qatında hiylə yatan, uduzmaq gizlənən bütün münasibətlərini, məlum olur ki, sözün kimliyinə, varlığına, pərədələrinə yedirtmək, doldurmaq, boşaltmaq istəyir. Bədii ifadə vasitələri şişirdilmiş məna əraziləridir. Çağdaş insan əlindəki özünün yaşam həqiqətləri ilə bağlı vaxt, qazanc, maddiyyat və mənəviyyat imkanlarını bir xəzinəyə dönüşüdürüb, daha doğrusu şüuraltı o çağdaş bazar iqtisadiyyatındalkı hər türlü qazancını, sözün, mənanın-əxlaqın inhisarına etibar etmıək istəyir. O, bu yola Xeyri də qurtarmış olur. Öz maddi qazancını, mənəvi uduşunu xəbər-rekalam mətnlərini bədii ifadə vasitələri ilə sehirləyərək əxlaqi yönündə, əxlaqi kimliyində qorumağa çalışır. Onun əxlaqı etibarlaşdırma, əxlaqa xeyiri bu üsulla yaxınlaşdırma çabası dışarıda xəbər-reklamlarla qazandığını, daxildə, iç-əridə bir daha mənayla-əxlaqla udmaq, qazanmaq instiktidir.
Bir sözlə bu məsələlər onu göstəriri ki, çağdaş insan, bütün müasir qorxulara , onun kimliyinin dünyadan silinmə təhlükəsinin yaxında belə olmasına rağmən, o şərə qarşı, maddəyə qarşı, dünyay qarşı heç cürə uduzmaq, UDUZMAQ istəmir.
Xanəmir telmanoğlu


