Azərbaycanın feodal papazlarına eşq olsun

Hit: 339
Azərbaycanın feodal papazlarına eşq olsun
ey dadi bidad danəndə dəhan dərviş d….
 
derlər, 
unudulmuş oxucu,
hələ fransa inqilabına əsrlər var. parisin küçə-meydanlarında barrikadalar qurulmayıb, arabir dalanlardan cır atəş səsləri gəlmir. ortaçağ papazı isə kilsədə oturub mədəniyyəti, elmi yaxın buraxmayaraq beşiyindəcə yarğısız infaz etmək xülyasına dalıb. onun bu hiyləgər hüsuməti ata-oğul-qutsal ruh bermud üçbucağına kimi uzanır. ancaq bu ortaçağ papazı hələ , feodal çağının avropasının dindar lider rolunu oynamağa şövqlə girişib. çünki qarşıda onu başqa hüsranlarıyla dolu növbəti yarlıqlar: kapitalist-burja papaz, sosialist papaz, demokrat papaz, qloballaşan dünyanın papaz sədəqəli bəklənti içərisindəki sayğısızlığı gözləyir. 
onun bir istəyi varmı? nəyin uğrunda yaşayır, kilsənin zəngi çalınarkən nədən əllərini ovuşdurur? onun kimlik aşirəti hara kimi uzanır? çoooox çətin suallar xortlasa da qısa şəkildə özətləmək sevdasındayam. 
 
derlər, 
unudulmuş oxucu,
məlum papaz uşaqbazdır. isadan qeyri tapınacağı yoxdur. xalq, kütlə, millət umrunda deyil. onsuz da səlib yürüşü çoxdan başa çatıb. bu papaz o xaçlı qarətlərinin bəlkə də sonuncu sevdasına düşüb, sonuncu röyasını görüb, sonuncu xatirəsini yaddaşına bağışlayandır. onun bir zamanlar qarətcil dünya «fəthi», yürüşü indi kilsənin kandarından dışarı çıxmır. Allahsız olmaq istəyən bu yerlərə  öz ayağı ilə gəlir. incildən, isadan, xaçdan üz döndərmək istəyənlər özü gəlib papazı yerində bulacaq. çünki o bu fani dünyanın avropasında heç vaxt məhz öz yerindən tərpənməyib. 
 
derlər,
unudulmuş oxucu,
Azərbaycanda avropadan fərqli olaraq bu keşiş məzhəkəsi daha itoynadandır. bizim feodal keşişimizin həm də, üzü qara olsun, rəngində də bir qaralıq ayaması var. o qara keşişdir. azərbaycanlı kərəmi yer-yurdundan, ev-eşiyindən, dost-tanışından, ata-anasından ayırıb, diyari-qürbətə salıb. nədi-nədi onun əsli adlı qızını kərəm səhv iş görüb, sevib. kərəm mürəkkəb yalamış adamdı. çağdaş dillə desək, o həm də aydın-dır. erməni keşişi qızını türkdən əsirgəyir. ta ki, onu kül etməmiş mübarizəsindən geri çəkilmir. bu niyyətində israrlı olduğunu sübut etmişdir. ancaq kərəm o aydın-lıq missiyasını nə qədər misgincə, soficə daşısa da, sonucda daxilində oturtduğu, içinə sindirdiyi, hətta tapındığı bir erməni zənəninin oduyla yanıb külə çevrilir. 
 
derlər,
unudulmuş oxucu,
ancaq bizim bu günkü aydınların içindəki keşişin qara keşişə dəxli yoxdur. avropanın feodal keşişi bu gün aydınımızın içindən demək Əslini çıxarıb yerində atası qara keşişi  oturdaraq öz erotik estetikasındakı ehtiyacını qadınla deyil, atası ilə  təmin edir. azərbaycanın aydın papazı füzulinin leyli-məcnunu zaur-təhminə küçəbazlığına pərçimləyir. öz əlifbasını görmür, ondan istifadə etmək barədə heç düşünmür. yazdığı əsərlərin dilindən azərbaycan-sovet ədəbi dili yalan püskürür. özündən yekələrə yaltaqlanır, xalqdan beş ildə bir istifadə edir. hətta dövlət başçısından iki dəqiqəlik görüşdən istifadə edib  unitaz istəyir.
 ölkə başçısının qərarı ilə orfoqrafiya lüğəti çap olunub. eynən azərbaycan-sovet ideoloji dilçiliyinin prinsiplərinin əsasında tərtib edilərək  dilçiliyin orfoqrafiya qaydalarını türkün, qazağın, özbəyin, tatarın deyil, rus orfoqrafiya imperiyasına pənah gətirməklə, sığınmaqla bu işləri icra edən ziyalılar bu gün  papaz deyil, bəs kimdir?! bu ad, titul, orden, medal manyaklığından əl çəkməyən azərbaycan aydını papaz deyilmi?
 
derlər, 
əsla 
Azərbaycan türkcəsində düşünməz, düşünə bilməz. çünki o düşündükləri ilə bir yerdə xərclənib, tarixi məşğul edib, düşüncə mədəniyyətimizə tıxacını vurub. 
Görəsən Paul Hazart düzmü yazıb:
 
«Fransızların çoxu Bossuet kimi düşünürdü. Birdən Volter kimi düşünməyə başladı hər kəs. Bu bir inqilabdır».  
 
Xanəmir Telmanoğlu
 2003-cü ildə qəzetdə çap olunub.








Redaktorun seçimi