Azərbaycan-Çin əlaqələri uğurla inkişaf edir - ŞƏRH

Hit: 435
Azərbaycan-Çin əlaqələri uğurla inkişaf edir - ŞƏRH
Bu gün Çin və Azərbaycan arasında möhkəm diplomatik, iqtisadi və mədəni əlaqələr mövcuddur.
 
Nəzərə alsaq ki, Çin dünyanın ən böyük və güclü iqtisadiyyata malik dövlətlərindən biridir, o zaman ölkəmizin bu ölkə ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq qurmaq və bu səhəni inkişaf etdirmək məqsədini aydın başa düşmək olar. Xüsusi vurğulayaq ki, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını əsas tutan Çin hər zaman Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib və bunu beynəlxalq təşkilatlar səviyyəsində dəfələrlə təsdiqləyib. Bu mənada hər iki dövlət bütün zamanlarda bir-birini yaxın və tərəfdaş ölkələr kimi qəbul ediblər.
 
Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri məhz Çin Xalq Respublikası olub. Ölkələrimiz arasında diplomatik əlaqələr isə 1992-ci ildə qurulub. Belə ki, 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi, bir il sonra isə ölkəmizin Çində səfirliyi açılıb.
 
Bu gün iki ölkə arasında olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki əməkdaşlığa, inteqrasiyaya önəm verən hər iki dövlət daha böyük uğurlara doğru inamla addımlayır. Bu günlərdə Çinin nüfuzlu Sinxua agentliyinə müsahibə verən Möhtərəm Prezident cənab İlham Əliyev fikirlərində ölkələrimiz arasında olan siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığın mövcudluğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bir daha bəyan etdi. Ölkə başçısı müsahibəsində Azərbaycan-Çin əlaqələrinin hazırkı vəziyyətinə diqqət çəkərək, münasibətlərimizin ən yüksək səviyyədə olduğunu bir daha vurğuladı. Şübhə yoxdur ki, Azərbaycan-Çin əlaqələri inkişaf edərək, tarixi ənənələri olan xalqlarımızın gələcək rifahına xidmət edəcəkdir. 
 
İdris Xanmədov;
Neftçala rayonu
 








Redaktorun seçimi