Yüz il əvvəl də erməni adam deyildi

Bizi hər il ermənilərlə üz-üzə qoyan, onların tarix boyunca törətdiklərinin müqabilində kin və küdurət duyğularımızın qarşısını ala bilməməyimizdir. Onların qeyri-bəşəri sifət və niyyətləri, əməlləri hər il bir neçə dəfə Azərbaycan xalqının və o cümlədən, dünya türklərinin varlığını alt-üst edir. Ermənilər tərəfindən həyata keçirilən bu vandalizmin bir nümunəsi də 31 Mart 1918-ci il tarixinə təsadüf edir. 104 il bundan əvvəl erməni daşnaklarının Azərbaycanın əraziləri boyunca həyata keçirdikləri qırğında 50 mindən çox günahsız və məsum insanlar qətl edilib, 10 minlərlə insan öz dədə - baba torpaqlarından didərgin salınmışdır. Sözsüz ki, soyqırıma məruz qalmış bu 50 mindən çox insanın içində qocalar, uşaqlar, qadınlar da vardı.
Erməni faşistlərindən Şamuyanın o dönəmin siyasi gedişatından məharətlə yararlanaraq bolşeviklərin və daşnakların ortaq istəkləri doğrultusunda atdığı addımlar Azərbaycan xalqına baha başa gəldi. Eyni vaxtlarda Azərbaycanın bir çox bölgələrində reallaşdırılan soyqırımda aparılan araşdırmalar, tarixi materiallar və arxiv materialları, canlı şahidlər tərəfindən danışılan faktlara görə, onlar azərbaycanlıların üzərində, doğrudan da, tarixdə anoloqu olmayan cəza, işgəncə növlərini tətbiq etmiş, bəlkə də sınaqdan çıxarmışlar.
Əvvəlcədən hazırlanmış, ölçülmüş - biçilmiş bu qətliam Şamuyanın öndərliyində həyata keçirilirdi. Bu işdə ermənilərin dinc əhali üzərində səfərbərliyi Hamazasp, Mikoyan, kimi quldurların da səyi, zəhməti, təşəbbüsü ilə tarixə qara səhifə yazdı.
Bir ideyanın mahiyyətində insanlığın qətliamı, milyonların üzərində vəhşilik anomaliyası durudusa, o ideyaya sahib toplumlar, millətlər heç vaxt oturuşmuş bir dövlət, müstəqil bir ölkə qura bilməzdilər. Tarix də göstərdi ki, əsrlər boyu minlərlə günahsız insanın qətlinə dayanan mübarizə üsulu sonucda ermənistan kimi əldəqayırma bir dövlətlə sizi üz-üzə qoyacaq.
Erməni hərbi birləşmələri ruslarla birgə qarşılarına çıxan qız, gəlin demədən, uşaq - böyük demədən, qırıb çatır, məscidləri, kitabxanaları, məktəbləri, mədəniyyət ocaqlarını, məzarlıqları yandırıb külünü göyə sovururdular. Bu bəs deyilmiş kimi, 100 - lərlə insanı bir məscidə yığıb od vurduqları isə elə də uzaq tarixdə deyil. Məsələn, Quba rayonun ərazisində tapılan o dövrə təsadüf edən toplu məzarlar üzərində aparılan tədqiqatlar, canlı şahidlərin danışıdıqlarından daha betər faktları üzə çıxarır.
Gənclərin, qızların, oğlanların dabanına, alnına, kəllə sümüyünə vurulmuş uzun mismarlar indiyə kimi qalır. Qadınların, kişilərin uşaqların başı kəsilib gözlərinin çıxarılması hansı vəhşilikdən xəbər verirdi? Doğrusu, bu suallara bir türlü cavab vermək o qədər də asan olmasa da, o qədər də çətin də deyil. Bu cəza növləri arasında əl -qolların, burun və qulaqların da kəsilməsi adi hala çevrilmişdir. Görünür, belə dəhşətli ruhqaraldıcı əməllərə sahib ermənilərin qanında, ruhunda dərin problemlər mövcuddur. Bu psixoloji qəddarlıq və vəşilik Azərbaycanda yalnız müsəlman xalqı yox etmək məqsədi güdürdürdü!!! Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir". Hamazaspın daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə milliyyətindən asılı olmayaraq min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Niyə, nədən?
Ermənilərin əlləriylə törətdikləri bu bağışlanılmaz hərəkətlər Azərbaycan xalqının psixologiyasına da zaman - zaman mənfi təsirlərini göstərib. Düşmənçilik duyğularının nə olduğunu bilməyən Azərbaycan xalqı, ermənilərin varlığı sayəsində düşmən anlayışlı mənfi enerji daşıyıcısına çevrilirdi.
**
İnsan və təbiət problemlərini araşdıran ingilis alimi Q.Uayt 1970-ci ildə çap elətdirdiyi “Dünya və iqlim” kitabında yazır: “ ... Azərbaycanın regionlarında ... millətin ən sağlam gen bazası var. .. Allahın hökmü ilə bu ərazilərdə yüz illərlə təmiz və saf bir iqlim olub. Burada təbiətlə insan arasında güclü balans və tarazlıq mövcuddur. O vaxt bu yerlərdə qarışıqlıq olacaq ki, onda bu tarixi və təbii balans pozulmuş olsun.... Apardığımız uzunmüddətli tətqiqatlara uyğun olaraq bildirmək istərdik ki, bu balans Allah tərəfindən və yaxut təbiət tərəfindən pozulmayacaq. Tarazlıq pozularsa, onun səbəb və nəticələrini insan əqlində və kəşfində axtarın. Bunu isə arzulamıram...”
Bu sitatı gətirməkdə məqsədim, soyqırım anlayışıyla bağlı məsələnin kökünə işıq tutmaqdır. Kütləvi soyqırımların gətirdiyi saysız-hesabsız fəlakətlər qaçınılmazdır.1918-ci ildə Azərbaycan ərazisində ermənilər tərəfindən aparılmış kütləvi soyqırım sonrakı illərdə daha ağlagəlməz dərdlərlə bizi üz-üzə qoymuşdur. Araşdırmalar göstərir ki, soyqırımın kütləvi olaraq həyata keçirildiyi yerlərdə təbiətin də balansı və nizamı pozulur. Bu təbiət pozuqluğu insan ruhaniyyətinə dərin təsir edir və sağalmaz izlər qoyur.
Bir sözlə, yerli insanların, etnosların yaşadıqları iqlimlə və torpaqla canlı ünsiyyəti mövcuddur. Azərbaycanda yaşayan müxtəlif yerli xalqlar əsrlərdir bir- birinə o qədər qaynayıb qarışıblar ki, onların bir-biriylə ortaq nöqtələri eyni sevinci və kədəri paylaşmalarına imkan verir. Ona görə də deyə bilərik ki, Azərbaycan ərazisi bizim fəlakətlərimizin də sahibidir.
**
İnsanlar bu yerlərdə min illərdi olduğu kimi, Yeni günü, baharın gəlişini böyük sevgiylə, sonsuz eşqlə qarşılamağa hazırlaşırdılar. Bu ərəfələrdə yerlər öz sevdalı yükünü yerə, torpaqda füsunkarlığını insanların ruhuna verirdi. otların yaşıla, gül-çiçəklərin min rəngə çalıb, təbiətin oyandığı bir zamanda, Azərbaycan xalqı rusların havadarlığı sayəsində erməni silalı qaniçənlərinin soyqırımına məruz qalır. Həyət-bacalarda qalanan tonqalların ətrafına toplaşacaq insanlar, birdən özlərini başqa bir odun-alovun içində görürlər. Ermənilər Azərbaycan əraziləri boynca əliyalın xalqın üzərinə hücuma keçmişdilər.
**
Azərbaycan ərazisi əsrlərdir bir-birinə can deyib can eşidən müxtəlif xalqların yurduna çevrilmişdi. Öz məkirli niyyətlərini həyata keçirmək arzusunda olan erməni daşnakları kimsəyə fərq qoymadan süngüdən keçiridi. Bu dəhşət dolu günlərdə erməni qəsbkarlarının gerçək vandalizminə tuş gələn təkcə türklər deyildi. Ləzgilər, avarlar, talışlar, kürdlər, eləcə də yəhudilər də bu ağılalmaz faciədən öz nəsiblərini yetərincə almışdılar.
Xanəmir Telmanoğlu


