Tanrısını yeyən zehniyyət indi də bəşəriyyəti yox edir

Hit: 271
Tanrısını yeyən zehniyyət indi də bəşəriyyəti yox edir
Ey dili qafil fil faili məchul fani f....
Derlər, 
Bərk qoz çox vaxt çürük çıxır inancından peşəkar lətifə düzüb-qoşmağı tərk etməyən unudulmağa layiq oxucu,
Almanlar bildiyiniz kimi və bildiyinizdən betər Avropada yaşayır.  Bu cümlə çox anlaşılmaz və sual doğruan bir qırğına sahibdir. Bu millət, dünya mədəniyyətinə, ədəbiyyatına, fəlsəfəsinə, ideologiyasına, elminə hər yönüylə qatqı sağlayan bir millətdir. Qəribədir ki, dünyada tarixİ baxımından ən gec xristianlığı qəbul edən millət indiki almanlar olmuşdur. 11 - ci əsrdə çağdaş Almaniyanın ətrafında german tayfaları yaşayırdılar. O dönəmin bütün avropalı tarxçilərinin, əlimizə keçən mənbələrin, məxəzlərin, qeydlərin, sənədlərin yazdığına görə, almanlar heç tükləri tərpənmədən, alınları qırışmadan insan əti yeyirdilər. Ən çox da savaş əsnasında məğlub etdikləri insanları basıb əməlli - başlı həzmi - rabedən keçirmək onların ən alışdıqları və ən mükəmməl şakərləri olmuşdur. Ola bilsin, belə bir vasfları ucbatından insan ətini parçalara ayırıb yemək üstə əməlli - başları bir - birləriylə yarışırmışlar da. Bilmək lazımdır ki, o zamanlar almanlar üçün onların ətrafı qorxuya salan, dünyanı lərzəyə gətirən bu hərəkətləti elə də vəhşət sayılmır, olduqca sıradan işləri, bir növ müstəsna həyat tərzləri hesab edilirdi.
 
Derlər,
 
Bəzi müqəddəslərin günah dolu həyatlarına həsəd aparmağın cəzbəsinə qapılmış unutqan oxucu, 
Mənim məqsədim, hansısa xalqı, milləti, mədəniyyyəti pisləmək, gözdən salmaq, aşağlmaq deyil və bilinməsini istərdim ki, belə bir karizmam da, hərisliyim də yox dərəcəsindədir. Yəni mövzu ilə bağlı doğru düşünməyinizi təvəqqə edirəm. 
Tarixin bu aşamasında, 11-ci əsrdə xristianlığı qəbul edən almanlara, xristianlıqda mövcud olan katolik məzhəbi daha da rahatlıq yaratdı. Fikrimcə, əgər xristian dinindəki katolik məzhəbi, onun prinsipləri, ritiual və kuralları, ayinləri olmasa idi, bu günkü alman xaqının xristian olacaqlarına mənim gerçəkdən şübhəm var. Katoliklər kilsədə hz. İsanın qanını : - şərab və ətini simvolizə edən çörəklə papazın öndərliyində yedizdirilib içizdirilirlər. Bu kural və qayda birmənalı şəkildə xristianlığın məlum ekolunda mövcud ritual olaraq inkaredilməzdir.  Hz. İsanın ətini yeyən, hz. İsanın qanını içən katolik xristianlıq almanlara müdhiş bir rahatlıq və kolaylıq sundu. Bir sözlə, alman xalqının xristianlığa keçməsinə vəsilə olan əsas amil çörək və şərab anlayışının təhtəlşüurda oturuşmuş təmayülüdür. Bax, kannibalizmin (hannibalizmin) gedib dayandığı və xristian katolik qolu ilə tanışdıqdan sonra yeni mərhələ təşkil edən, qəribə vüsət alan amil olaraq buralara kimi gəlir. 
Mənbələrin yazdığına görə, orta əsrlərdən yaxın tarixlərə qədər Avropanın küçə və meydanlarında asılmış insan bədəninin müxtəlif orqanları əlindən tərpənmək mümkün deyildi. Ünlü Erik Hoffer də yazılarının birində almanların bu kimi o dövr üçün hegomon keyfiyyətini kifayət qədər dəlillərlə aləmə car çəkir.Əsasən da, Avropanın 30 illik savaşları dönəmində bu hadisələr Hayderbeq şəhəri və bu şəhərin ətrafında dəhşətli şəkildə rastlanılan qorxunc mənzərə idi. (1618-1648-ci illər 30 illik savaş dönəmi nəzədə tutulur:-x.t.) O dönəmdə 24 milyon əhalisi olan almanlara bütün avropalılar hücum edirdi. Daha çox xristian katoliklər hücum və qətlləri səbəbindən 24 milyon almandan, bir daha o dönəmdən qalma məxəzlərə söykənən fakt olaraq,  4 milyonu geridə damazlıq kimi sağ qalır. Demək olar ki, 20 milyon alman məlum səbədən dolayı tarixin o aşamasında məhv edilir. Bu günkü ermənistan deyilən ərazidə vətən, torpaq, yurt haramçılığı edən hayların on (10) qatından da çox alman xristian katoliklərinin qurbanına çevrilir. Bu fakt bilirsənmi niyə maraqlıdır? Əgər belə bir fakt türk - islam dünyasında baş vermiş olsaydı, bütün tarix boyu bizi elə bu faktla susdurarcaqdılar. İslamın üzərinə 20 milyonluq soyqırımla gələcəkdilər. İnandırıcı görünməsə də, gerçəklər bunu diktə edir ki, baş verənlərə gerçək soyqırımdan başqa nə ad vermək mümkün olardı? Elə bu dönəmlərdə xüsusən, Hayderberkdə ölmüş insanların əti yenidən daha da dəhşət saçan mənzərələr sərgiləməklə görüntülərə mal oldu. Təbii ki, bu, savaş sonrası həm də aclıqdan və səfalətdən qaynaqlanırdı. Düzdür, savaş sonrası qıtlığın boynuna belə bir çıxılmaz reallığın dözülməzliyi yüklənsə də, atılsa da, bu da başqa bir gerçəklikdir ki, o toplumun şüuraltındakı vəhşiliklər mövcud olmasaydı və dərin köklərə uzanmasa idi, belə bir qırğına, fəlakətə, insanlıqdışı vəhşiliyə yol verməz, təsvir olunduğundan qorxunc mənzərə yaratmazdılar.
 
Derlər,
 
“Hər bir tiran öz boynunun ölçüsünü bilməlidir, ya yox? “, sualıyla sanki qəsdən uğraşan unudlmağın simvoluna çevrilmiş unudulmuş oxucu, 
Burdan anlaşılan odur ki, əgər xristian məzhəbi olan katoliklik mövcud olmasa idi, çağdaş alman xalqı xristianlığı qəbul etməzdi.Belə demək mümkünsə, almanlar bu məzhəbin rituallarına görə, xristianlığa borcludurlar. Əks halda, bu gün Avropada və dünyada bir almana da rastlamaq mümkün olmayacaqdı. Sadəcə tarix səhfələrindən nə vaxtsa yer üzündə alman deyilən millət mövcud olduğunu oxuyacaqdıq. Heç onların sonralar tarix kitablarında bir adı da nemes, faşist kimi yer almayacaqdı.
Düşünürəm ki, 20-ci əsrdə İkinci Dünya savaşının ən aparıcı rolunu yüklənmiş, çiyinlərində daşımış Adlof Hitlerin hardasa genetikasında, ruhunda, şüuraltında bir zamankı almanların hanniballığı qılıq və qiyafəsini fikirdə, düşüncədə, ideologiyada özünü büruzə verdi. Dəxli nədir ki, Hitlər hansı millətə mənsubdur. Bu adamcığaz Almaniyada yaşamış, alman mədəniyyəti ilə böyümüş, alaman tərbiyəsi alaraq nemes olmuşdur, faşist tanınmışdır. Elə Hitleri nemes edən də, onun alt şüurunun ilişəcəyində cövlan edən, bir zamanlar almanların insan ətini ləzzətlə və heç bir məsuliyyət hiss etmədən yemələri idi. 
Yaxın tarixə kimi insan əti baş menyüsünə çevrilmiş və xristianlığın qılıncıyla 20 milyon qurban verib Avropanın küçə və meydanlarında, dalanlarında sel kimi axan qanını görərkən geridə sağ qalan 4 milyon alman xristian katolik təriqətində dayaq nöqtəsini tapdığında, yenidən gözlərinə işıq gəldi. Çöldə saysız-hesabsız insan ətini, savaşlarda öldürülmüş insan cəsədlərini yeməkdən doymayan alamanlar, kilsədə hz.İsanın ətini simvolizə edən şərabı, çörəyi görəndə, varlığına böyük ümid hakim kəsildi. Heç narahat olmayın, o ümid sönmədi, ölmədi əsla. 
1945 -ci ildə ikinci dünya savaşında məğlub olan nasis Almaniyasının sasysız-hesabsız üstdüzey hərbiçiləri sizcə, hara getdi, harda gizləndi, harda qeybə çəkildi. 
Milyonlarla məğlub faşist Almaniyasının zabitləri, hərbiçiləri Amerikaya qaçdılar, okeanın o tayına sığındılar. O gündən bu günə Amerika dövlətinin dərinliklərində köklərini salan bu alaman əsilli faşist zehniyyətli hərbi kadro məhv olmadı. Özünü toparladı, çəki - düzən verdi, öz kapitalını və nüfuzunu artırdı. Öz zehinsəl və şüuraltı estafetini gələcək nəslinə də ötürməyi bacardı. Bu gün Rusiya ilə Ukraynada savaşan ABŞ deyil, ABŞ dövlətində dərin təməllərə oturuşmuş İkinci Dünya müharibəsində Almaniyadan qaçmış faşist zehniyyətli o hərbiçilər və o hərbiçilərin davamçılarıdır. Onlar heç bir yerə getmədilər. Onlar ABŞ dövlətini yönəldən, idarə edən, qərar verən söz sahibi kadrlardır. Hətta Çinin iqtisadiyyatına da keçən əsrin 60-cı illərindən sonra çökən, əl qoyan həmən alman adıyla Almaniyadan qaçan faşist, barbar zehniyyətli beyinlər və sistemdir.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi