İtlərin ibadət təvazökarlığı

...ey dili qafil fil faili məchul fani f...
əshabi - kəhfdə dostlar arasındakı digər canlı nədən it idi?
İtlərin qutsal yuxsundakı sədaqətinə and olsun....
Derlər,
Unudlmaq üçün sinov gedən oxucu,
Sossial şəbəkədə sahibəsiylə birgə yoqa yapan bir it gördüm. Heyvan mükəmməl alışqanlıqla yeyəsinə uyub qadıncığaza ayaq uyduraraq yoqa hərəkətlərini davam etdirir. Qəribədir, it hürər, ulayar, tutar, parçalayar, quduzlaşar, kürsəyə gələr, qancıxlayar, heyvanı, sürüyü güdər, həyət bacanı qoruyar, sirkdə min oyundan çıxar, savaşda, terror, qaçaqmalçılıq kimi işlərdə özəlliyi ilə yaddaşımızda yerini qoruyardı. İtlərlə bağlı hafizəmdə yer almış bu işdəklərə biri də bu gün əlavə olundu.Əgər itlər bundan sonra yoqa hərəkətlərini edə bilirsə, kim qaranti verə bilər ki, sabah o it oğlu it kilsədə xaç çəkmiyəcək, ya namaza duranların cərgəsində imama uyub namazını qılıb ibadətini yeinə gətirməyəcək. Sizcə, itin yoqa ilə məşğul olması nəyi göstərir?
Əshabi - Kəhfdə daşa dönmüş, 300 il boyunca oyanmamış o dostların arasında sədaqətlə uyumuş heyvan olaraq bir zamanlar məndə təlatümlü fikirlər oyatmışdı. Qutsal Quran mətnində keçən bu olaydakı ilahi qudsiyyət və mesaj ilk dəfə bu vaqeəylə tanış olduğumda, ruhumu qabartmışdı. Eləcə it Quran mətnində yenidən qudsallıq qazanıb yenidən o mükəmməl gedişatı ilə dünyanın gündəminə, inanclı zehniyyətlərə yeni bir məqam, məkan açmalı olmuşdu. Bu mövzu başqa.
Əgər bu gün it yoqa ilə məşğul olursa, sabah namaz qılıb hacca gedəcək. Yaxut, təsəvvür edin, həftənin müəyyən günləri bir dəstə it hürüşə - hürüşə xaç çevirərək kilsəyə daxil olub hz. İsanın, ya hz.Məryəmin rəsmi önündə səcdə və dua edir. Buddist itlər ola bilir, xristian it ola bilmir? İt buddist də, xristian da ola bilir, ancaq müsəlman ola bilmir. Çünki itin fiziksəl yapısı buna müsait deyil. Bu it səcdə eləsə, gərək alnını yerə vursun. Bu da heyvanın fiziki quruluşu baxımından yerə, Yerin səthinə dəyə bilməz.(Ümumiyyətlə, heyvanların fiziksəl bədən yapısı ibadətə uyğun yaradılmamışdır. İbadət Allahın üstün bildiyi yaratıqları üçün nəzərdə tutulmuşdur. Bir də ki heyvanlar da ibadət edirlər. Onların elə göründükləri formada, dört ayaqlarının üzərində yerimələri onların hər an yerinə gətirdikləri ibadətdən xəbər verir:-x.t.) O alnı yerə vurmayan bizdən ola bilməz. Alnı yerə, dünyanın səthinə oturmayan heyvan deyil, lapp hansı canlı olur olsun, bizdən deyil. Bizdən olanın səcdəsi də o açıq alnı yer üzünün səthində öz incə, öz zərif, öz təravətli oturuşunu gerçəkləşdirməlidir. Bəlkə bir quş necə göylərdən süzüb yer üzünə qonursa, eləcə hər hansı bir canlı yer üzünə alnıyla qonmalıdır. O insandır. Yer üzünə alnıyla qonan, Yerin istiqamətini mədəniyyətə, İlahi hüznə çevirən insandı, insan. Yəqin ki itlər alınlarını yerə vurmayacaqlar və bunu sadəcə olaraq bacarmırlar. Çünki bu şansı və möhtəşəm nəşəni Yaradıcı Güc onlara verməmişdir. Həm də aln, yəni alnınla yeri yoxlayıb yerin səthinə toxunmaq başqa bir özəllikdən bizə xəbər verir. Yer üzü hər dəfə ona dəyən, toxunan o yazılı alnla təsdiqlənir, möhürlənir. Biz, insanlar, Allah nəzdində yerin, göyün, aləmlərin təsdiqiyik. Yeri alnımızla dəsdiqlədən Yaradıcı ali güc, dünyanın kimliyində bütün aləmləri bizə, bizlə təsdiqləyir. Öz müqəddəs möhüründə insandan, insanlıqdan istifadə edir. Allah insanın alnı ilə Yer üzünü döyəcləyib kündələyir. Onu kürə şəklindən mükkəməlliyə çevirir. Bu kürə şəklindəki gözəllik aləmlər qoynunda sonsuzluqlar boyunca bərq vurur. Tale yazısı alnına yazılmış insan, hər dəfə səcdəyə qapandığında, öz qədər, tale Yazısıyla dünyaya təmas edir. Tanrı bütün aləmlərin dünyayla irtibatını bizim yazılı alnımıza sağlayır, reallaşdırır.
Derlər,
Unudlmuşluğu göyə çəkilən oxucu,
İt bütün dinlərdə özünü isbatlar. Yalnız islamda deyil. Onun varlığı islam, müsəlman kimliyində yetərli olmaz və mədəniyyət yaradılışına tamlıq, bütövlük təşkil edə bilməz. Çünki bu canlının, heyvanın varlığı dünyanın digər dünyalara irtibatında alın, alın yazısı, tale xətti paylaşa bilmədiyi, xərcləməyi bacarmadığı, qismətində görmədiyi üçün, inancın mədəniyyət müstəvisində kasad görsənir.
Ancaq itin yoqa duruşu ona işarədir ki, artıq heyvanlar da bulunduqları hər türlü ortamdan qurtulub yeni bir kimlik arayışı qazanmaqda israrlıdırlar. Bu məqamı kəsinliklə və qətiyyən unutmaq olmaz.(Söhbət həm də konkret olaraq itlərdən getmir.İitlərdən danışırıqsa, demək yer üzündəki bütün heyvanlardan eyni mahiyyətə köklənmiş fikirlər izhar etməkdə haqlıyıq:-x.t.)
Zatən itlər ev iti olandan uca şəhər binalarının mərtəbələrində pəncərələrdən başını çıxarıb küçədəkilərə hürən itlər heç cürə öz “kimlik”lərində dəyişim edə bilmədilər. Hətta sahibiylə belə eyni yatağı, eyni yemək masasını paylaşan itlər, Allahın onlara bəxş etdiyi “kimlik” dışından çıxa bilmədilər. Ancaq yoqa hərəkəti edən itdən həmən görünən o ki, itlər də “kimlik”lərini zorlamaqda, “kimlik” dairəsini qırmaqla məşğuldurlar. (Daha doğrusu, bu sədaqət rəmzindən vaz keçməyən heyvanlar (itlər) var olma faktını ilahi qudsiyyətdən alıb mədəniyyətə doğru aparmaq niyyətində israrlı görünürlər:-x.t.). Görünür gələcək əsrlərdə itlər bu çabalarının sayəsində müəyyən məsafələr qət edəcəklər. Məsələ bu ki, inanc dışında hər hansı bir canlının kimlik zorlayıb ilahi gedişatda özünü başqa cür təsdiqləməsi mümkün deyil. Yəni inancın olacaq, üstəlik o inanc bilincli olacaq. Bir gün inancını əldə edən itlər, yəqin o inancı bilincli hala da gətirib çıxaracaqlar. Bunlar aydın da, bəs bura kimi söylədiklərimin mahiyyətində insana göndərilən mesaj nədir? Yoxsa Əshabi - Kəfh olayında yeni nəsə başqa bir hikmət öz fəlsəfəsini qədərimizə açıb ödəyəcək.
Bir it yoqa uyğulayacaqsa, kilsədə xaç çevirəcəksə, məncə, insan da öz inancını aşmaq zorundadır. Bu aşılan inanc insana nəsə verə bilərmi? Yaxut nə verəcək? Məncə, bu gedişat insanı ya başqa inanca (şəkli, forması, tərzi, mahiyyəti etibarı ilə :-x.t.) hazırlayır, ya da inancının mahiyyətini böyüdərək o inancı digər canlılar üçün paylaşıma məcbur edəcək.
Derlər, qoy, desinlər,
Unudulmuşluğu nə vaxtsa alın yazısına əlavə ediləcək oxucu,
İnsanın məsuliyyəti metafizik anlamda daha da böyüdü və dəyişdi. Həyatı müştərək, dünyanı müştərək yaşayan, işığı, yağışı, qarı, səmanı bizimlə müştərək yaşayan bu heyvanlar, Allahı da, onun digər metafizik və əbədi həyatı təminata alan özəlliklərini də müştərək yaşamaqda israrlı görünürlər. Verilən mesaj bu:-
Bu nöqtəyə gələn insan,
bu yerdə yeni bir mərhələnin başlanğıcına addım atmaqla məcbur edildiyinin,
hazırlandığının, itildiyinin fərqindədir.
İnsan itlə, digər canlılarla paylaşacaqları dışında,
başqa bir astral, gerçək paylaşımın məsuliyyəti altına girəcək.
Bu sürəc daha maraqlı olub, insanı daha üstün görəvlərə,
metafizik məsuliyyətə cəlb edəcək.
Xanəmir Telmanoğlu


