Ölkə başçımızın inamlı və qətiyyətli mövqeyi! - RƏY

Hit: 730
Ölkə başçımızın inamlı və qətiyyətli mövqeyi! - RƏY
Ölkə başçısı cənab İlham Əliyevin bir neçə gün öncə yerli televiziya kanallarına verdiyi müsahibəsi ictimai həyatın bütün sahələrini əhatə etməklə yanaşı, ötən 2024-cü ildə siyasi, iqtisadi sferada əldə edilmiş nəticələrin təhlili, həm də 2025-ci ildə qarşıda duran məsələlərin həlli istiqamətində özündə mühüm çağırışları əks etdirdi. Məlumdur ki, Dövlət başçımızın hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı cənab İlham Əliyevin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir.
 
Cənab Prezidentin bu müsahibələri digər tərəfdən də Azərbaycan xalqının mövqeyinin xarici auditoriyaya çatdırılması və dövlət siyasətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının inamlı və qətiyyətli mövqeyi, bəzi məsələlərdə sərt ritorikası göstərdi ki, xalqa inam və xalqın etimadına söykənmə bir liderin ən güclü silahıdır. Məhz bu inamla yola çıxan Müzəffər Ali Baş Komandan qazanılan uğurların, inamlı və qətiyyətli addımların əsasını ifadə etmiş oldu. “Məndə bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu, xüsusi bir hissdir.
 
Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir.” Cənab prezidentin qeyd etdiyi kimi ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında məhz bu birlik və inam dayanırdı. Xalqın öz liderinə sonsuz inamı, liderimizin öz xalqına arxalanmağı Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil etdi.
 
Dövlət başçısı müsahibəsində Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırmaqla yanaşı ölkəmizlə əməkdaşlıq, yaxud çirkin rəqabət aparmaq niyyətində olanlara da lazımi mesajlarını verdi. Bəli, göründüyü kimi cənab Möhtərəm Prezidentin son iyirmi ildə həyata keçirdiyi siyasət, məqsədyönlü iş Azərbaycanımızı bu gün dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirib. Son dörd ildə isə ölkəmizi beynəlxalq aləm qətiyyətli, Qalib ölkə kimi tanıyıb-qəbul edir. 
 
Aqşin Hüseynli;
Neftçala rayonu
 








Redaktorun seçimi