Üçrəngli bayrağımız milli suverenliyimizin simvoludur! - RƏY
Faktdır ki, hər xalqın taleyinə müstəqil dövlət qurmaq, müstəqil dövlətin vətəndaşı olmaq nəsib olmur. Bu mənada o xalq xoşbəxtdir ki, müstəqil dövləti var. Xalqımız bu baxımdan xoşbəxt xalqdır. Müstəqil dövləti və böyük dövlətçilik ənənəsi olan Azərbaycan xalqı bu gün dünyada varlığını sübut edən, gücünü, qüdrətini nümayiş etdirmək qismətini yaşamış ölkələrindən biridir. Haqlı olaraq iqtisadi, siyasi, hərbi gücü ilə regionun ən güclü dövləti sayılan dövlətimiz varlığımızın mənasıdır.
bir azərbaycanlı varlığımızın mənası olan dövlətimizi və onun rəmzlərini göz bəbəyi kimi qorumalı, onun yolunda canından belə keçməyə hazır olmalıdır, necə ki, bunu dörd il öncə nümayiş etdirdi, əməli ilə təsdiq etdi. Dövlət Rəmzlərindən biri də Üçrəngli bayrağımızdır. Özündə türkçülük, müasirlik, islamçılıq, əbədi xoşbəxtliyi ehtiva edən bayrağımız, həm də qalibiyyətimizin rəmzidir. Bayrağımıza hörmət və ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ökmizdə Bayraq Günü kimi qeyd olunur. Dövlət Bayrağımızın ilk dəfə qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Üçrəngli bayrağımız 1990-cı il 17 noyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilməklə yenidən ucaldıldı. 1991-ci il fevral ayının 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi və 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Bu gün üçrəngli bayrağımızın yurdumuzun hər yerində əbədi dalğalanması üçün bir vətəndaş olaraq üzərimizə böyük yük düşür. Belə ki, bizlər Ölkə rəhbərinin ətrafında sıx birləşməklə, təmənnasız Vətənə öz sevgimizi bəxş etməliyik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev barağımız haqqında belə demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir.
Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizin ümayiş etdirir”. Yaşasın Azərbaycan!, Daim zirvələrdə dalğalansın üçrəngli Azərbaycan bayrağı!.
Sahibə Əliyeva;
Neftçala rayonu, Şəhid anası