Tarixi Zəfərin möhtəşəmliyi!
Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir tarixdir. Dörd il öncə hər bir azərbaycanlının qürurla, eləcə də hədsiz həyacanla yaşadığı həmin 44 gün əminliklə deyə bilərik ki, haqqın, ədalətin qalib gəldiyi günlərdir.
Xalqımız Qarabağ, torpaq nisgilini otuz ilə yaxın müddətdə yaşadı, ancaq bir gün də belə olsun inamını itirmədi. Məhz bu qələbəni qazanmaq, düşməni tarixi torpaqlarımızdan qovmaq üçün ölkəmiz on illiklər ərzində hazırlaşdı. Ulu Öndər Heydər Əliyev, ardınca onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün beynəlxalq kürsülərdən düşmənə və onun havadarlarına zaman-zaman səsləndilər. Ölkəmizin müharibə istəmədiyini, problemin sülh yolu ilə həll edilməsinə üstünlük verməsini bəyan etdilər. Münaqişənin dinc yolla həll olunması üçün yaradılmış və bu istiqamətində “fəaliyyət göstərən” təşkilatın işi isə göz qabağında idi. Bir sözlə beynəlxalq birliyin “Ermənistan sevgisi” bu problemin münaqişəsiz həll edilməsinə imkan vermədi. Açıq-aşkar beynəlxalq birlik Ermənistana hər cür təzyiq göstərmək əvəzinə, bu problemin həllində maraqlı olmadıqlarını sözdə olmasa da əməllərini ilə təsdiq etdilər. Buna baxmayaraq Azərbaycan bu illər ərzində, həm qonşu, həm dünya ölkələri ilə davamlı siyasi, iqtisadi münasibətlər qurur, əməkdaşlıq edir, eyni zamanda ordu quruculuğu istiqamətində mühüm işlər görürdü.
Paralel olaraq Ermənistan rəhbərliyi isə işğalçı ölkə olduğunu, sülh prosesinə əks mövqedə qaldığını açıq şəkildə nümayiş etdirirdi. Qeyd edək ki, tarixi Zəfəri əldə etmək, tarixi ədaləti bərpa etmək Azərbaycana asanlıqla başa gəlmədi. Mənfur düşmən təmas xəttində demək olar ki, hər gün atəşkəsi pozur, təxribatçılıqla məşğul olurdu. 2016-cı ildə baş vermiş və tarixə “Aprel döyüşləri” kimi daxil olmuş hərbi əməliyyatlardan dərs götürməyən düşmən 2020-ci ilin iyul ayında və nəhayət sentyabrın 27-də yenə də cəbhə xəttində təxribat törətdi. Müzəffər Ali Baş Komandanın tarixi əmri və rəhbərliyi altında Ordumuz təmas xətti boyu əks-hücüm əməliyyatlarına başladı. Cəmi 44 gün ərzində ən müasir silahlarla silahlanmış, xalqın güclü dəstəyini görən və Ali Baş Komandanın iradəsinə, əzminə inanan Şanlı ordumuz əsl şücaət, qəhrəmanlıq göstərdi. Döyüş meydanında düşmən diz çökdürüldü, işağal altında qalmış torpaqlarımızın bir hissəsi müharibə ilə, bir hissəsi isə siyasi yolla azad edildi.
Bununla da acı, sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanı təslim olmağa məcbur oldu. Bu müharibə Azərbaycan üçün əsl şərəf müharibəsi idi, dövlət, xalq, ordu birliyinin təcəssümü idi. Vətənpərvər, vətənə sədaqət ruhunda yetişən Azərbaycan gəncliyi Ali Baş Komandanın bir çağırışıyla səfərbər oldu. Şərəflə, əzmlə döyüşən Azərbaycan əsgəri dünya tarixində misli görünməmiş əsl qəhrəmanlıq salnaməsi yazdı. Erməni əsgərindən fərqli olaraq Azərbaycan əsgəri öz Vətəni uğrunda döyüşdü, öz namusu uğrunda canından keçdi, Şəhid, qazi oldu!. Ağ bayraq qaldıran düşmən faktiki kapitulyasiya aktına imza atmağa məcbur oldu.
10 Noyabr Üçtərəfli Bəyanatı özündə çox mətləblərə aydınlıq gətirdi. Hazırda ölkəmizin bütün sərhədlərində Azərbaycan əsgəri hakimdir. Azərbaycan tarixi torpaqlarında separatizmə birdəfəlik son qoyub. Zəfər Günü möhtəşəm Zəfər parkının açılşını edən Müzəffər Ali Baş Komandan tarixi Qələbənin əbədi olaraq Azərbaycan xalqının qürur yeri olacağını bəyan etdi. Bu gün qədirbilən Azərbaycan xalqı tarixi Zəfəri onlara bəxş etmiş Liderinin ətrafında dəmir yumruq kimi birləşdiyini hər əməli ilə nümayiş etdirir. Yaşasın qüdrətli Azərbaycan!.
10 Noyabr Üçtərəfli Bəyanatı özündə çox mətləblərə aydınlıq gətirdi. Hazırda ölkəmizin bütün sərhədlərində Azərbaycan əsgəri hakimdir. Azərbaycan tarixi torpaqlarında separatizmə birdəfəlik son qoyub. Zəfər Günü möhtəşəm Zəfər parkının açılşını edən Müzəffər Ali Baş Komandan tarixi Qələbənin əbədi olaraq Azərbaycan xalqının qürur yeri olacağını bəyan etdi. Bu gün qədirbilən Azərbaycan xalqı tarixi Zəfəri onlara bəxş etmiş Liderinin ətrafında dəmir yumruq kimi birləşdiyini hər əməli ilə nümayiş etdirir. Yaşasın qüdrətli Azərbaycan!.
Ülvi Məhərrəmli;
Neftçala rayonu, ehtiyatda olan zabit