“XVI BRICS Sammiti regionda yeni başlanğıc mərhələyə start verir”

Hit: 371
“XVI BRICS Sammiti regionda yeni başlanğıc mərhələyə start verir”
İqtisadi prinsiplər üzərində qurulmuş  hökumətlərarası danışıq forumu BRICS, 2006-cı ildə 5 qeyri-qərb ölkələri tərəfindən yaradılmışdır. BRİCS başlanğıcda iqtisadi inkişafına görə  sürətlə yüksələn dövlətləri - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını (Brazil, Russia, India, China, South Africa, BRICS) əhatə edirdisə,  hazırda 9 üzv ölkələri özündə birləşdirir. Maraqlıdır ki, yaranmasından 18 il keçməsinə baxmayaraq genişlənən bu təsisat hələ də "beynəlxalq təşkilat" statusunu almamış, lakin buna rəğmən daha da əhatələnməkdə davam etməklə yanaşı, bu gün də ətrafına dünya ölkələrinin marağında olan zəngin təbii resurlara malik dövlətləri özünə cəlb edə bilir. BRICS üzvləri ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələnir və  iqtisadi cəhətdən əlaqəli çalışan dövlətlərin qarşılıqlı münasibətlərində  onların bərabər hüquqluğunu təmin edir. Bu yanaşma BRİCS-in qlobal mərkəz statusunda yüksəlməsinə də zəmin yaradır və qarşılıqlı faydalı əməkdaşlıq arzusunda olam ölkələrin diqqətini cəlb etməkdədir. Bu da təbii olaraq BRİCS-ə üzv olmaq üçün müraciət edən dövlətlərin sırasının davamlı olaraq artmasına səbəb olub. 
 
Artan siyahıda bu il ərzində 02 avqust 2024-cü il tarixdə üzv olmaq üçün müraciət edən qardaş Türkiyə Cümhuriyyətini və 20 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasını da görmək olar. Qeyd edək ki, cari ilin 24 oktyabr tarixində Kazan şəhərində baş tutan XVI BRICS “Outreach”/“BRICS+” formatında 36 ölkə və 6 beynəlxalq təşkilatların nümayəndə heyətlərinin, 22 dövlət başçısı və BMT-nin baş katibi Antonio Quterreşin qatıldığı sammitin  ən mötəbər qonaq qismində iştirak edən hər iki qardaş ölkə vacib mesajları ilə dünya gündəmində əhəmiyyətli yer almışdır.
 
BRİCS-in ona üzv olan ölkələrin mövcud resurslarının dünya iqtisadiyyatı üçün böyük miqdarda əhəmiyyətliliyini və əlaqəli təminatlılığına qarant verdiyini nəzərə alsaq Azərbaycan və Türkiyənin yanaşı olaraq bu təşkilatla əməkdaşlıqda maraqlı olmasını ölkəmizin siyasi arenada diplomatiyasının növbəti uğuru kimi də səciyyələndirmək olar. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev  beynəlxalq münasibətlər sistemində öz uğurlu siyasəti ilə tanınır və siyasi arenada uğurlu  dünya liderlərindən biri olaraq hörmətlə qarşılanır. Bununla yanaşı, Azərbaycan  BRİCS üzv dövlətləri ilə həm də  strateji əməkdaşlıq  çərçivəsində mövcud önəmli əlaqələri sayəsində də seçilir. Bu əhəmiyyətli mövcudiyyət dünya əhəmiyyətli platformalarda ölkəmizin  nümayiş etdirdiyi uğurlu siyasəti sayəsində nəticələnmişdir.
 
Eyni zamanda beynəlxalq aləmdə yüksək təsir gücünə malik aparıcı birliklərdən biri olan Qoşulmama Hərəkatına üzv ölkələrin birliyi sayəsində bu əməkdaşlıq və əlaqələr daha da güclənmişdir.  Bu etibarlı yanaşma 2020-2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə əlaqələrin daha üst mərtəbədə yüksəlməsinə və beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin uğurlu təcrübəsinə yol açmışdır.  Göründüyü kimi, prinsip və məramına görə BRİCS dövlətlərin milli maraqlarını uğurla qoruya biləcəyi iqtisadi platformadır və digər dövlətlər kimi Azərbaycan da məhz bu baxımdan BRİCS-ə qoşulmaq arzusundadır. Belə ki, Azərbaycan müdaxilə etməyən və qarşılıqlı fayda prinsiplərinə əməl edən dövlətlərarası assosiasiyaya qoşulmaqda maraqlı olduğunu hər zaman bəyan edib və bu ölkəmizin dəyişməyən siyasi xəttinə çevrilib.
 
Nəzakət Məmmədova;
Neftçala rayonu
 








Redaktorun seçimi