Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisə kimi əsrlər boyu xatırlanacaq

VII çağırış Azərbaycan Respublikası Milli Məclisi müstəqillik dövründə beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərimizi əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Məlumdur ki, Vətən müharibəsi və ardınca reallaşdırılmış uğurlu antiterror əməliyyatı ilə 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistan məhz döyüş meydanında diz çökdürüldü. Bu tarixi Zəfər nəticəsində, eyni zamanda illərlə tarixi torpaqlarımızda yaradılmış qondarma separatçı rejimin kökü kəsildi. Misli görünməmiş hadisə nəticəsində, həm də dünyada olan erməni havadarlarına heç vaxt sağalmayacaq dağ vuruldu.
Suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisə kimi əsrlər boyu xatırlanacaqdır. Bu mənada, qeyd edilən situasiyada formalaşmış bütün siyasi institutlar öz tarixiliyi və əhəmiyyətliliyi ilə önə çıxır. 23 sentyabr tarixində baş tutmuş VII çağırış Qanunverici orqanın ilk iclasında iştirak edən ölkə başçısı cənab İlham Əliyevin verdiyi bəyanatlar, həm də suverenliyə gedən yolda ölkənin hədəfə çatmasını göstərən tarixi yekun və milli dövlətçiliyimizdə yeni mərhələnin başlanmasını göstərən tarixi keçid hesab edilə bilər. Builki prezident və parlament seçkilərinin müstəqil ölkəmizin tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçirilməsini vurğulayan Möhtərəm Prezident bunu tarixi hadisə adlandırdı. Cənab İlham Əliyev tarixi anın reallaşmasında Azərbaycan xalqının birliyinin, siyasi iradəsin, dövlətin gücünün həlledici rol oynadığına diqqət çəkdi. Təbii ki, qeyd olunan situasiya tarixi proseslərin təbii axarında baş verməyi və gərgin əmək qətiyyətli siyasi iradənin nəticəsidir. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra ölkəmizin qarşısında yeni imkanlar açıldığını bəyan edən cənab Prezident yeni dövrdə ölkəmiz üçün vacib olan əsas hədəflərdən biri kimi milli təhlükəsizlik məsələsini xüsusi vurğuladı.
Bu gün Qalib Ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, hərbi sənaye kompleksinin gücləndirilməsi, eyni zamanda, sərhədlərimizin qorunması yeni mərhələdə də strateji məsələlər kimi hazırda mövcud mürəkkəb geosiyasi vəziyyət fonunda aktuallığını qoruyub saxlayır. Məlumdur ki. Vətən Müharibəsindən ötən dörd il ərzində Ermənistan Azərbaycanın sülh təklifini hələ də dəyərləndirməyib. Əksinə hər dəfə müxtəlif bəhanələrlə sülhdən yayınır. Bu gün hər kəs gözəl bilir ki, bu məsələdə Ermənistana xüsusilə Qərb tərəfdaşlarından öz məqsədləri naminə təsirlər mövcuddur. Bu azmış kimi xüsusilə Fransa kimi açıq ermənipərəst ölkə Ermənistanı sürətlə silahlandırır. Bu isə açıq şəkildə təhdid və revanş meyllərini artıran məqamdır. Görünən odur ki, bu dəfə də rəsmi İrəvan xam xəyallara qapılır, erməni cəmiyyətində bu proseslər utopik ideyalar formalaşdırır.Cənab Prezident çıxışında Ermənistan və onun havadarlarına lazımi mesajlar ünvanlayaraq bəyan etdi ki: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dilində danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq.
Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.” Müzəffər Ali Baş Komandan ötən dövr ərzində Azərbaycanın milli maraqlara xidmət edən daxili və xarici siyasəti nəticəsində özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqlədiyini, xüsusilə tarixi Zəfərimizdən sonra dövlətimizin beynəlxalq nüfüzünün artdığını, mövqeyimizin möhkəmləndiyini qeyd edərək, ölkəmizin qarşısında duran bir çox vacib məsələyə diqqət çəkdi.
Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.” Müzəffər Ali Baş Komandan ötən dövr ərzində Azərbaycanın milli maraqlara xidmət edən daxili və xarici siyasəti nəticəsində özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqlədiyini, xüsusilə tarixi Zəfərimizdən sonra dövlətimizin beynəlxalq nüfüzünün artdığını, mövqeyimizin möhkəmləndiyini qeyd edərək, ölkəmizin qarşısında duran bir çox vacib məsələyə diqqət çəkdi.
Azər Abbasov
Neftçala rayonu, Şəhid atası


