Öz inancına xəyanət edən qövmlər

Hit: 369
Öz inancına xəyanət edən qövmlər
Ey dili qafil fil faiçi məchul fani f....
 
Derlər,
Yuxuda gördüyünü gerçək zənn edən, Unudulmuş oxucu,
İsrail dövlətinin var olması da onların kimliyinə və inancına olduqca zidd bir gerçəklikdir. Yəhudilər 20-ci əsrdə, daha doğrusu 1948-ci il dekabrın 13-dən sonra bütün gerçəklərini dəfn etdilər, bütün inanclarını yaxdılar, bütün doğru bildiklərinin külünü göyə sovurdular. Əslində gerçək yəhudi inanacına görə, İsrail dövlətini hz. İsa quracaq. Bir gün hz. İsa zühur edəcək, göylərdən yerə enəcək və yəhudilərin əsrlərdir xəyal etdiyi bir dövləti quracaqdır. O dövləti hz.İsa qurmursa, demək o dövlətin israilə aidiyyatı yoxdur. Yəhudilər bundan sonra da minlərlə dövlət qursun, hz. İsa əgər bu dövlətin başında yoxsa, bu dövləti o qurmursa, onun heç bir əhəmiyyəti yoxdur və bir gün o dövlətin sonu hüsranlarla bitəcəkdir. 
Mənim bu fikrimi dəstəkləyən elə yəhudilərin özləridir. Onlar bu yaxınlara qədər öz milli kanallrında anket yayımlayırdılar və İsraildə yəhudilər bu konuda ikiyə ayrılmışdılar. Əsas çoxunluq isə, bu dünyada yəhudi adlı bir dövlətin qurulmasını hz. İsanın zühur etməsi ilə bağlayır və o dövlətin gerçəkliyini bu zühuratda görürdülər. 
 
Derlər,
Öz gələcəyinə düşmən kəsilən, Unudulmuş oxucu, 
1895-ci ildə birinci sionizm konkresində yazmış olduğu Yəhudi dövləti kitabında Teodor Herz dövlətin qurulacağı yerləri alternativ olaraq göstərirdi. Məsələn, Afrikada Uqanda, yaxut Argentinanı töfsiyə edirdi. bunu da qəbul etmədilər. Ona görə ki, onun töfsiyə elədiyi coğrafiyaların hər biri Tövrata dayanan, Tövrat təməlli torpaqlardır. Bu fikri də kəsinliklə qəbul etmədilər. Əlbəttə, hz. İsa, gələr, ya  gəlməz, nə bilmək olar? Görünür, bu yanaşma olduqca təhlükəli bir anlayış olaraq təsir etmişdir. Ancaq onun yerinə gələn digər başqanın Qüdsü tək hədəf olaraq göstərincə, yəhudilər sakitləşdilər sanki və rahatladılr. Çünki bu hədəfdə sionizmin davam edib yaşaması kəsinliklə mümükün olan bir variant idi. Onlara görə, 
Vəd edilmiş torpaqların gerçək sərhədləri bəllidir.
 
Əgər İsrail dövləti qurulmuşsa, o qutsal kitabların gərəyinə uymadan, yəni uydurub icad etdikləri sionizm fəlsəfəsinə görə inşaa edilmişdir. 
Bəs yaxşı, deyək ki, İsrail oğullarının bir qisminin inanadığı və bütün yəhudilərin də ikinci aşamada qəbul etdikləri hz. İsa Məsihin göylərdən enməsi, zühur etməsi məsələsi gerçəkləşərsə, o zaman yəhudilər hz.İsanın üzünə necə baxacaqlar? Bəs onlara dövləti kim quracaqdı? Nə üçün hz. İsanın gəlişini gözləmədən bu dövləti qurdular. Tövrata əsaslananlar iddia edir ki, bu dövlət və belə bir dövlət Uqandada qurulmalı idi. Bəs, hz. İsa gəlib də dövləti Uqandada deyil, indiki ərazisində, məsələn Fələstində görsə nə cavab verəcəklər?
 Ümumiyyətlə, tarix böyunca bütün peyğəmbərlər yəhudi qövmünə gəlsə də, onların başına açılan oyunlar da yəhudilər tərəfindən həyata keçirilmiş bir vaqeədir. Onların bu cür davranışı tarixdə təsdiqini kifayət qədərə tapmışdır. Sadəcə olaraq, bura qədər baş verənləri nəzərə alsaq və bir dəfə dünyada olmuş hz.İsanın öldükdən sonra yenidən gələrək yəhudilər üçün dirilib dövlət quracağını nəyə, hansı məntiqə bağlaya bilərik?  Hətta teologiyanın iddiasına və dinlər tarixinin yazdığına əsaslansaq, guya hz.İsanının qətl edilməsi olayı da birbaşa yəhudi qövmü ilə bağlı faciədir. Sizcə, yenidən zühur edən hz. İsa yəhudilərin bu dünyadakı hansı hizmətlərinin müqabilində və yaxut yəhudilərin hz.İsaya hansı, necə, nə cür etiqadlarının müqabilində onların gözlədiyi bir addım atacaq. Əgər yəhudilərə görə ilk hədəfdə onların dövlətinin qurulması məsəsələsi yer almalıysa, bu dövlət demək olar ki, qurulmuşdur. Bu da baş verəcək ilahi metafizik və dünyəvi olaylara ziddir. 
 
Derlər,
Gələcəyini keçmişi ilə çirkləndirən, Unudulmuş oxucu, 
Ona görə də, belə bir nəticə çıxarmaq mümükündür ki, yəhudilər hz.İsanın gələcəyinin vaxtının yaxınlaşdığının təşvişinə düşdüklərindən dolayı, dəhşət və fəlakət əsəri savaşlara girişirlər. Bu savaş sonucu da, onların özləri yaxşı dərk edir ki, İsrail dövləti yıxılacaq və yer üzündən silinəcək. Məncə, bu dövlətin yıxılmasını, silinməsini özləri ağıllı və inanclı şəkildə həyata keçirirlər ki, hz.İsa zühur etdiyi zaman onlar fakt qarşısnda qalmasınlar. Xəyallarında gerçəkləşdirdikəri o dövləti hz. İsanın əliylə, rzasıyla qurulmasının şahidi olsunlar. Çünki bu şəkildə və stuasiyada qurulacaq dövlətin otoriteti, onun sistemi təkcə bu dünyada deyil, həm də göylər aləmində, o biri dünyada da öz görəvini sürdürmək iqtidarını qazanmış olacaq. 
Yəqin ki, tezliklə İsrail dövlətinin nədən, niyə dağıldığını bir çox ağıllar donaraq izləyəcək və burdan  heç bir nəticə hasil edə bilməyəcəklər. Çünki onların gerçək, realitə, dünya, güc dedikıəri anlayışların ötəsində əsl yəhudi qövmününü və zəka sahiblərini nələr qoyub nələr götürdüklərindən heç vaxt xəbərləri olmayacaq. Həm də bu olayları dərk eləməyə onların zəkası yetərli gəlməyəcək. 
Elə isə görün bu israiloğulları çağımızda Tanrını Qiyamət dedikləri o günə, o olaya, o duruma necə məcbur edirlər?
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi