Gələcəyimizi kimlər yazır

Ey dili qafil fil faili məchul fani f….
Derlər,
Unudulmuş oxucu,
İllərdir İranda baş verənlər, İranla bağlı xəbərlər, üstəlik İranın tarix boyunca almış olduğu siyasi tavrlar, İranın türklərlə bağlı qurduğu oyunlar, ələ fürsət düşdükcə başımıza gətirdiyi müsibət yeni prezident seçgilərinə başlanılarkən bir daha yaddaşımızı qurcaladı.
Hər kəs bilir ki, İran heç vaxt hansısa xristian ölkəsinə bir güllə atmayıb. Bütün Yaxın Şərqdəki terror qrublaşmlarını, dəstələrini maliyyələşdirən də İrandır. Bu terror qrupları guya islamın bir qanadını təmsil edərək digərinin yanlış yolda olmağına qarşı mübarizə aparmaq bəhansi ilə qardaşı qardaşa qırdırır. Müsəlman müsəlmanın malına, ailəsinə qəsd edir, rzına keçir. Sonucda islam dünyası bir nöqtədən sarsılaraq bütün islam ölkələrində xaosa, qarmaşaya şərait yaradır.
Xristian dünyası, Vatikan 16-cı əsrdə öz istəyinə nail ola bildi. İki qardaş türk xalqını və dövlətini (Səfəvi və Osmanlını) üz-üzə gətirib bir - birinə qırdırdı. O zamandan Azərbaycan türklərinin başına gəlməyən oyun qalmadı. 1812, 1828-ci illərədə iki yerə parçalanmağımız isə bizə elə bir zərbə vurdu ki, bu zərbənin ağırlığı, ağrısı uzun əsrlər boyu bizi bizdən aldı, bizi sındırdı, əydi, bizi kimlərinsə qul-nökəri etdi. Səfəvi və Osmanlı dövlətləri baş - başa gəldiyində arada 30 mindən çox oğuz türkünün qanı heç bir mahiyyət qazandırmayan tarixi gerçəklik oldu. Vatikan öz strateji nailiyyətini olduqca rahat şəkildə üzərimizdə sınaqdan başarıyla çıxartdı.
Derlər,
Unudulmuş oxucu,
Əsas bədbəxtçilik ondan başladı ki, Cənubdakı dövlətin başına kiminsə keçməyindən asılı olmayaraq məqsəd və məram türkün kimliyini, varlığını silməyə yönəlmiş oldu. 1828-ci ildən varlıq və kimliyimizə basılan damğa, vurulan zərbə gün keçdikcə daha böyük itgilər verdirdi, daha dözülməz yaralar açımasına şərait yaratdı. Bu tarixdən sonrakı bütün dönəmlərədə o taylı-bu taylı ərazilərimizdə dəfələrlə müstəqil dövlətimizin yaradılma şansının başqalarının əlində olduğundan genefondumuza qarşı törədilən cinayətin miqyası müqayisə olunmayacaq bir müstəviyə keçdi. 1918 -20 -ci illlərdəki qırğınlarımız, (o tay-bu tay) 1937-ci il qırğınlarımız, 1941- 45 dəki İkinci Dünya savaşındakı itgilərimiz, 1946 - cı ildə Pişəvəri hərəkatına qarşı aparılan oyundan sonra milyonlarca soydaşımızın açıq qətliamlarını hara yazasan. 1990-cı ildə rus faşistlərinin, 1992 - ci il rus-erməni terroristlərinin, ümumiyyətlə, Birinci və İkinci Qarabağ savaşında verdiyimiz qurbanlar ola bilməz ki, Azərbaycan türklərinin kimlik, varlıq, mədəniyyət oluşumunda öz öldürücü gücünü göstərməsin.
Derlər,
Unudulmuş oxucu,
Son yüz ildə İran adlanan coğrafiyada milyonlarca oğuz türkü, soydaşımız qapalı siyasi bir rejim bürüncəyində yoxluğa tərk edilərək, onların kimsə harayına çata bilmədi. Ancaq bu gün tarix elə bir ərəfəyə daxil olub ki, bu ərəfə real -metafizik mayasını oğuz türklərinin varlıq və kimlik iksirindən almadan özünü isbatlaya bilmir. Nəin ki, Qafqaz, bütün Yaxın Şərq coğrafiyası bu gün oğuz türklərinin və türklərin kimliyinə möhtac dönəmdən keçirlər. Ya məhv olub, yox edilib cəhənnəmə sürüklənəcəklər, ya da türkün kimlik və varlığını tanıyıb, ona sayğı duyub, ona sarılıb, biət edib qurtuluşlarını təmin edəcəklər. Yoxsa, nə Vatikan, nə israil-ingilis birliyinin dünyaya cizdiyi yeni projedə heç izləri, tozları belə qalmayacaq.
Düzdür, bir tərəfdə türk dövlətləri təşkilatı artıq öz işini addım- addım görməkdədir. Azərbaycanın dünya iqtisadiyyatına təsir edəcək Zəngəzur projesi reallaşmaq üzrədir.Cənubda oğuz türklərinin farsların əlindən hakimiyyəti alma ehtimalı isə olduqca aldadıcı ola bilər. (Əslində gerçəklik belədir ki, baş oyunçular İranda dünyadakı siyasi dönəmə, İranın milli - etnik - dini yapısına uyğun olaraq elə bir hakimiyyət formalaşdırblar ki, bu hakimiyyətin adı fars-şiə ideolojili hakimiyyət olsa da, nə farsların, nə də türklərin xeyrinə deyil, əksinə hər iki etnosa fərqli üslubda və eyni dərəcədə zərbə vurmağa, baş qatmağa hesablanıb. Çünki burdakı hakimiyyətlər dış güclərin lahiyəsi və coğrafiyaya uyğun siyasi kurs nəzərə alınaraq tənzimlənmişdir:-x.t.) Nə vaxt, Tehran hakimiyyətinə türk etnosundan biri başçı gətirilibsə, o zaman bilin ki, o ölkədə fars siyasəti, fars mədəniyyəti çiçəklənmə dövrünü yaşayıb. Şah Xətainin və bu günə kimi bütün türk kimliyinin hakimiyyəti dövründə şiə-fars kimliy, mədəniyyəti üst düzeydə özünü formalaşdırıb, bu kimlik özünə elitar bir qala tikib, hasar çəkib, saray ucaldıb. Əslində şiəlik islam adı altında fars-atəşpərəsəstlik mahiyyətini mənimsəyib bir ideoloji doktirina konsepsiyası ilə siyasi sükanını (nəin ki) İran adlanan coğrafiyada, az qala bütün Yaxın Şərqdə hakim durumuna gətirmişdir. Tarixi-siyasi gedişat bu cür tərsəp -mənsəb olduğu təqdirdə, İran kimi ölkənin başına türkün gətirilməsi, heç vaxt nəyisə dəyişə bilməz. İran kimi ölkədə mədəni inqlabların keçərliliyinə inanmıram.
Derlər,
Unudulmuş oxucu,
İran kimi bir cəmiyyətdə qanlı inqlabların öz məqsədini reallaşdırıb siyasi ideoloji sistemini legitimləşdirə biləcəyinə inanıram. 80 milyona çatmış ölkənin əhalisinin etnik tərkibinin 50 milyonunu türklərin oluşdurması, üstəlik, bu türk etnosunun bəlli təbəqəsinin siyasi aktivliyin hər zaman pik nöqtəsində dayanmasının onlara gətirdiyi didərginlik, bədbəxtlik, həbsxana həyatı, sürgünlər, öldürülmələr kimi vəhşiliyin verdiyi kin-küdurət- qisasçılıq duyğusu əsla mədəni adlanan inqlab və dəyişimlə gerçəkləşə bilməyəcəyini bir daha yazmaq istəyirəm. Tarix diktə edir ki, hər hansı zülmün, zillətin, əzabın bədəli ödənilməlidir. Zülm, zillət, əzab o vaxt üzə çıxır ki, bu dəhşəti, fəlakəti bir tərəf başqa bir tətəfin təlqini, gücü, istəyi, düşüncəsi əsasında yaşamalı olur.
Məsud Pezeşkiyan, özünü oğuz türkü elan edən soydaşımızın İran adlı coğrafiyada prezident seçilməsi yəhudi-ingilis, vatikan proyektindən başqa bir şey deyildir. Zatən kimlərisə gerçəklərə, baş verən acı həqiqətlərə inandırmaq çox çətindir. Hansısa uğur kimi görünən gedişata əsla kölgə salmaq niyyətində deyiləm. Mən Azərbaycan türklərinin aylarla davam edən mitinqlərinə çox inandım və yenə də inanıram. Bir gün o tayda ayağa qalxan xalq o tayda da müqəddəratını həll edəcək, taleyinin şanlı yazısını özü yazacaq. Xalqların, millətlərin tale yazısını başqaları yazanda öncə o etnosun şərəf - ləyaqəti gedir, əxlaqı çökür, mədəniyyəti can verir, tarixi və milli enerjisi başqalrının ağalığı üçün çalışır. Qədərini özü çizən, taleyini özü yazan millətlər əbədiyyət hidayətini qazanır, var olma və böyümə sürəcini, özgürlük iksirini kainatın boşluğuna atmır. O, özgürlüyün dirilik suyunun hər zərrəsini, hər damlasını Allahın yer üzündə nizam oluşdurma hesabına qatır.
Xanəmir Telmanoğlu


