Qadınların ağılalmaz sirri

Hit: 451
Qadınların ağılalmaz sirri
ey dadi bidad danəndə dəhan dərviş d...
(Dünyada kitab olmasa idi qadınlar kişiləri sevməzdilər)
 
derlər,
unudulmuş oxucu,
Son dönəmlərdə dünyada kitabların oxunub oxunmaması ilə bağlı bir araşdırma aparmışlar. Bu araşdırmaların sonucunda məlum olub ki, dünyada kitab oxuyan qadınlar kitab oxuyan kişilərdən çoxdur. Bu xəbərlə tanış olarkən, qəribə hisslər keçirməyə başladım. Əsla qadın-kişi ayrımı yapmaq, bu şəkildə qarşıdurma yardacaq dərəcədə bir xəyala düşüləsi, niyyətə qapılası halım yox. 
Kitabda, kitablarda, kitab qavramında, məncə, bir kişi kultu var. Bu bir dilbilməz duyğudan, halaypozan hisdən, intuitiv etibardan, bəlkə də qızışdırıcı qənaətdən hasil olan fikirdir. Son dərəcə həssaslıq sərgiləyən heç bir him-cimə ehtiyac duyulmayan  hesablamalara görə, dünyada kitabların çox faizini (kərəmin gününə düşən) kişilər yazıb. Ən çox da danışan qadınların  olmasına baxmayaraq, ictimai məkan çərçivəsində əksər danışıqlar da kişilərin boyundan asılıb. Millət vəkili, bələdiyyə başqanı, siyasətçi, partiya funksioneri, şirkət, fabrik, zavod yönətməni, alim, ən nəhayət prezidentlər olaraq ən çox danışıq tələb edən, ən çox danışan insanlar qismində, sırasında yer alarlar. 
 
derlər,
unudulmuş oxucu, 
Kitabların aurasında erkək energetikası üstünlük təşkil edir. Bu kəsinliklə qadının ucalığına xələl gətirməz. Belə bir faktın mövcudluğu, yəni qadınların kişilərə nisbətən (sayının) daha çox kitab oxuması, onu göstərir ki, qadınlar bu dünyada kitablar vasitəsi ilə kişilərə rəməl atır, onlara maraq göstərir, onlarla birgə olmaq, onları anlamaq, onları sevmək istəyrlər. Həm də kitabların mövcudluğu qadınlara kişilərlə aralarındakı fərqi, məsafəni göstərmə konusunda şəhadət gətirmiş olur. Məncə, bundan gözəl variant və  sevincə-kədərə boyun əymədən, əydirmədən yaddaşı müşayət edə biləcək heç bir gedişat da yoxdur. Qadınlar kişiləri kitablarla sevirlər. Yaxut qadınlar kitablarla kişiləri sevirlər. Qadınlar kitablar vasitəsi ilə kişilərə vurulur, aşiq olur. Qadınlar kitabların sayəsində, kitab üsulu (görmə üsulu) ilə kişilərlə ailə qururlar. Demək çağdaş dünyada ailə ekvivalaneti həm də kitabların həyatımızdakı bitib - tükənməz kəhanətiylə kəramət bulur. Bu həm də o deməkdir ki, kişi kultu daşıyan kitablar sayəsində, qadınlar kitablı, oxumuş, kitabları varlığına hopdurmuş kişiləri sevir, onlarla maraqlanırlar. Kitablar, sanki kişilərin kişilyini artırır, kişilik xarakterində möhkəm və möhtəşəm incəlikli naxışlar sərgiləyir, təbii ki, qadınların gözündə. 
 
derlər,
unudulmuş oxucu, 
Qadınlar nəyinki bu dünyada kitabları almaqda liderlik edirlər, onlar bütün alış-verişlərdə birincidirlər. (Müqəddəs bazar qoçaqlığıyla) Ən gözəl alış-verişi bacaranlar da bu düyada qadınlardır. Bu ritual səbəbəsiz ola bilməz. Bu əyləm ritual olmasa belə, gələcəyə yeni bir ritualın zəmnini hazırlayan ağlagəlməz eyhamdır. Belə anlaşılır ki, qadınların dünyanı, kişini, gücü, digər bir qütbü özünə çəkməsi, həm də özünə bağlaması ilə əlaqəli metafizik leqallıqdır. Yenə də “bu özünə bağlama ecazının kosmik hüznündə, nəsillərarası sorumluluq, cavabdehlilik kisvəsində kişi,yəni erkək kultu şəhanə şəklində boy verib görsənir. Kişi varlığının dəyəri, bu gözəlliyin əskilməmə şəhadəti həm də qadınlarla kitabların arasında özünə yeni bir mif bəsləyir. əlbəttə, deyə bilərsiniz ki, kitab erası sona erdiyində, qadınlarla kişilər arsındakı kitab vasitəsi ilə oluşan o müthiş sirr də fiaskoya uğryacaq. Siz həm də kitabları kağız, müəyyən ölçülü əşya deyə zənn etməyin. Əsl Kitab həm də metafizik özəlliyini qayb etmədən, itirmədən, öz energetik sahəsini qorumağı bacaramaqla mükəlləfdir. Təki qadınlarımız kitab oxusun. Təki qadınlarımız oxusun. Bu gün əşya, kağız, ölçü şəklində zühur edən kitablar, sabah öz şəklini, şəmasını dəyişərək, ancaq mahiyyət təzahürünü, gerçək qut, xoşbəxtlik hikmətini qoruyaraq varlığımızda əbədi gizlinliklərini qorumağa davam edəcək.
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi