Azərbaycan üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirir - ŞƏRH

Hit: 555
Azərbaycan üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirir - ŞƏRH

COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində Azərbaycan üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirir.

Müzəffər Prezident cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində nüfuzlu “Euronews” telekanalına verdiyi müsahibəsində toxunduğu məslələr bir daha Azərbaycanın müasir çağırışlara önəm verdiyini nümayiş etdirdi. Azərbaycanın hazırda irəli sürdüyü yaşıl enerji gündəliyi mövcud imkanlardan səmərəli istifadə etməklə iqtisadi inkişafa nail olmaq, eləcə də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə qarşı aparılan mübarizəyə töhfə verməkdir. 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın düşmən tapdağından xilas edilməsindən sonra bu yerlərdə mövcud olan bərpaolunan enerji ehtiyatlarından yararlanmaq üçün həyata keçirilən siyasət hazırda ardıcıl və davamlı olaraq həyata keçirilməkdədir.
 
Bu gün Azərbaycan eyni zamanda nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin müsahibəsindən də göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Azərbaycan dövləti ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.
 
COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində Azərbaycan üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə həyata keçirir. Qeyd edək ki, hazırda ölkəmizin qarşıya qoyduğu ən əsas məqsədlərdən biri istehsal edəcəyi bərpaolunan enerjini ixrac etməkdir. Bu da gələcəkdə Azərbaycanın ən böyük yaşıl enerji ixracatçıısına  çevrilməsini göstərir. Cənab Prezident müsahibəsində qeyd etmişdir ki; “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.
 
Bildiyimiz kimi Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəkdir.  Qeyd edək ki, ölkəmiz hər zaman iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Bu mənada son dörd ildə ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində atılmış addımlara diqqət yetirmək kifayətdir.  Təkcə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin məsələyə necə diqqət göstərdiyini bariz nümayiş etdirir. 
 
Kamran Zeynalov;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı
 








Redaktorun seçimi