Düşmənin vazkeçilməz vasitəçiliyi
yaxud Vətən sevgisinin gətirdiyi ədavət
Ey dsdi bidad danəndə dəhan dərviş d...
Derlər,
Unudulmuş oxucu,
Dilimizə qarşı belə yüksək səviyyədə ögeylik və laqeydlik vətəndaş müharibəsi kimi bir şeydir. Çünki dil bir ölkənin bütün fərdinə, vətəndaşına şamil olunmuş bir mənəvi, qutsal yükdür. Bu ümumi mülkdən qeyri-qanunu olaraq cəmiyyətin bir kəsimi, məsələn yüksək vəzifə sahibləri, qanunverici orüqanlar dozülməz dərəcədə pozuntu halları yaratdılar. Bu yerdə bütün zərbələr və zərərlər xalqa dəydiyi üçün, elə ilk narahatçılığı da xalq hiss edir. Ona görə də, xalq şüuraltı və gizli şəkildə çalxalandığı üçün, qarşıdurma yaranır, (pozucularla pozmuyanlar deyil, )bir başqa şəkildə və üslubda pozuculuq yaradanlar guya ayrı-ayrı məqsədə xidmət edirmişlər kimi savaşa rəvac verirlər.
Vuruşan tərəflərin hər ikisi düşməndir. Çünki bir - birinə nifrət və kindən dolayı savaş halındadırlar. Demək heç bir təfədə sevgi yoxdur. Müharibə, istər xarici düşmənlə olsun, istərsə də daxili, vətəndaş müharibəsi, tərəflər arasında sevginin olmadığı, ancaq nifrətin, kinin daha güclü olduğu təqdirdə gerçəkləşir.
Bizim kimi ölkələrdə vətəndaş müharibəsi açıq deyil, gizli şəkildə baş verib.
Bir şeyi də anlamaq lazımdır ki, vətənə olan sədaqət və bağlılıq xalqları üz - üzə gətirib qanlarını bir - birnə tökdürür. Milli ədavət məsələ də bu sevgidən, vətənə, torpağa ilahi bağlılıqdan zühur edir. Belə halda, bəzən vətən, torpaq sevgisi xalqlar, millətlər üçün təhlükə mənbəyidir, ölümə aparan yoldur.
Derlər,
Unudulmuş oxucu,
Bilirəm ki, Az.TV də çoxdandır yayımlanır. Amma bir dəfə də olsun ki, çevri olduğu üçün baxmamışam. Söhbət Türkiyənin çəkdiyi və sevilərək baxılan “Diriliş Ərtoğrul” filmindən gedir. Bu günlərdə, etmə tənbəllik, qarşıma çıxdı deyə, özümü toparlayıb filmi seyr etməyə başlarkən, nə görsəm, hansı duruma düşsəm, anlamazsınız. Bu boyda kanal guya filmi tərcümə edib. Filmdəki obrazların dilindən səslənən sözlər, cümlələr, fikirlər lazımi təsiri, gücü adama ötürmür. Bir anlıq mənə elə gəldi ki, mutfilmə baxıram. Elədir, mən dünyanın ən maraqlı bir mutfilminə baxırdım. Sonra özümə sual verdim ki, bu filmi Türkiyə türkcəsində seyr etmisən, nədən Azərbaycan ekran məkanından və Azərbaycan türkcəsindən sənə eyni gücü, qüvvəti, təsiri vermədi? Özümdən xeyli şübhələnməyə başladım. Bəlkə mən də, manqurtlaşmışam. Öz doğma ana dilimin şəhdi - şəkəri, dadı - duzu, gücü-qüvvəsi hara çəkildi, hara qaçdı ki, eyni film sənə öz dilində sönük və cansız göründü? Bəlkə mən də, öz millətimə, dilimə, mənəviyyatıma qarşı çıxmışam, özümün xəbərim yoxdur? Bəlkə məndə milli-mənəvi dəyərə aid qətrəcə xüsusiyyət qalmayıb?
Ancaq bu barədə dəfələrlə düşündüm, çək - çevir etdikdən sonra özümlə bağlı öz fərmanımı verib hökmümü oxudum. Dedim, əziz dostum, bu filmdə obrazlar, stuasiyalar, konfliktlər, seçilmiş məkanlar, saymadığım onlarla detallar hamısı eyni, ancaq film Azərbaycan türkcəsində səsləndiyində anında hiss ediləcəkbir fərq yaradır. Fərq yaratmır e, adamın yeddi arxa dönəninin ruhunu yandırır. Bir zamanalr “doqquz iqlim” adında bir dərgi çıxarırdım. Dərginin adında çoxları mənə irad tutmuşdu ki, nəyə görə “doqquz iqlim” deyil, “dokkuz iklim” şəklində yazırsan. Bu birləşmədə hər iki variantı tələvvüz edin, görəcəksiniz ki, türkcə səslənişdə “k” səsi sanki möhtəşəmlik, əmiranəlik, hökm ruhu sərgiləyir. Bizdəki “q” səsinin səsləniş variantında bir sakitlik, həlimlik, süstlük, məğlubiyyətçilik səfaləti yaradır. Bu əsla bizim və Türkiyə türkcəsinin qarşılaşmasında dilimizin məğlubiyyəti anlamına gəlmir. Bu “k” və “q” səsləri ilə məlum olur ki, bizlər 250 ildən çox əsarətdə qalmışıq. Xalqımız sürgün həyatı yaşayıb. Tarixin müəyyən aşaması boyunca özgürlük, müstəqillik duyğularımız, zəkamız uzun müddət istismar olunub, təzyiq altında qalıb, zülm məngənəsində inildəyib. Türkiyə türkcəsində eyni sözümüzdəki “k” səsi sadəcə olaraq türklərin, bizim bəlli bir coğrafiyada özü olma, uzun trarixi keçmişdə üç qitədə hegomonluq həyəcanı altında, əlbəttə ki, “q” səsi deyil, “k” səsi şəklində ortaya çıxaracaqdı. Gətirdiyim bu örnək, sizə asan və ya adi bir misal olaraq gələ bilər. Özünüz bilərsiniz. Mənim anladığım, inandığım gerçəklər, həqiqətlər, reallıqlar, böyüklük və kiçikliklər bu dünyada səslə, səsin gücü ilə baş verir.
Derlər,
Unudulmuş oxucu,
“Diriliş Ərtoğrul” filminə əvvəl baxdığım üçün, öz dilimizdə səslənişinə tab gətirə bilmirdim. Bir daha anladım ki, bu filmi dəyərli edən, doğma və vazkeçilməz qılan burdakı tarixdən, hadisələrdən, obrazladan daha çox, o obrazların danışığı, onlardan eşitdiyimiz sözlər, cümlələr, bir sözlə dil faktoru imiş. O dili o filmdən alandan, qaldırandan sonra, o filmdə geriyə heç nə qalmır. O tarixin möhtəşəmliyi də, filmdəki Osmanlının hakimiyyəti, fəthləri, digər dövlətlərlə apardığı mübarizəsi, Osmanlı dövlətinin apardığı cahanşümul siyasəti yalnız DİLDƏN, o dilin ecazkar diktəsindən irəli gəlir, öz müdhiş təlqinlərini seyrçiyə sunurmuş. Bir daha inandım ki, ən böyük güc, ən böyük tarix dildir.
Yaxşı olardı, “Diriliş Ərtoğrul”, “Diriliş Osman” filmlərini hörmətli Az.TV yetkililəri Türkiyə türkcəsində təqdim edərdilər. Burda heç bir qəbahət görmürəm. Bu film rus, ingilis, fransız, çin dilində olsaydı, bir cümlə də yazmazdım. Əlbəttə ki, o zaman film öztürkcəmizə tərcümə edilməliydi. Ancaq birinci, türkcədən türkcəyə nə tərcümə edəcəksən, nə çevirəcəksən, nə aktaracaqsan? Söhbət ondan gedir ki, dilimizin ləhcə fərqində yerləşdiyimiz coğrafiyaya və yaşadığımız tarixi stuasiyalara uyğun olaraq, xalqlarımızın, toplumlarımızın zaman sürəcində formalaşması, bu formalaşmanın onun kimliyə ötrülmə, dilində qorunma aktıdır.
Derlər,
Unudulmuş oxucu,
Baş vermiş tarixi hadisələrin gücü, siqləti dildən qopanda, çıxanda, təcrid ediləndə, o tarix də, o xalqın keçmişi də sönülk bir ocaq yeridir. Türkiyə türkcəsinin bir özəlliyi var ki, bu dili doğru danışan, düzgün yazan insanın heç vaxt kölə, qul, müti, sındırılmış, istismar olunmuş bir kişiliyə yeyələndiyini təsəvvürünə gətirə bilməzsən. Bu dil dediyim fikrin əksi olaraq, heç kimsəni də əzmə, məhv etmə, aşağılama, yenmə, özünü üst, digərini alt kimlik statusunda tutma mahiyyətini də aşılamır. Bu dilin özəlliyi sadəcə səni kimsədən asılı etməyən, özgür qılan bir kişilik kodları, üst insan şifrəsiylə səhmanlayır. Təəssüflər olsun ki, biz illərdir bu incəlikləri nəyinki sıradan bir vətəndaşa, heç akademiklərimizə aşılayıb, izah edə bilmədik ki, bu gün də möhtəşəm bir film mutfiulm gününə düşsün. Filmdə Osmanlının fətihlərindən danışan, əzazil düməni məğlub edən qəhrəmanın dilindən bizim türkcəmizdə səsləndirilən sözlər, fikirlər, düşüncələr, yanaşmalar o qədər gülünc doğurur ki, elə biləsən o üç qitənin hakimi adamlar cücə kimi ciyildəyir, toyuq kimi qaqqıldayır, pişik kimi mioldayır, tülkü kimi səslər çıxarıb aradan sivişmək istəyir. Filmdə qəhrəmanlar danışdıqca, mənə elə gəlirdi ki, bu saat o obraz danışdıqca qəfil aradan çıxacaq, kadırdan qaçıb yerini boş buraxacaq. Bütün bu söylədiklərimin alt qatında bir dilin ruhundan, onun tarix boyunca qazandığı haqlı savaşlar hesabına əldə etdiyi gücdə dünya içində dünya, hakimiyyət içində hakimimyyət, hökm içində hökm olduğu qəanəti yaşayırdı. O ürəkaçan səhnələr, o savaşlar, bir millətin hökmü altına keçən coğrafiyanın gözəllyi bir dilin eşliyində, bir dilin sirrində, gücündə, bir dilin dərinliyində ehtişam qazanırdı.
Təəsüflər olsun ki, bu təkcə Az.TV-lərin suçu deyil. Bu gün ədəbiyyatımızda da bu mənzərədən betər bataqlıqlar yaradılır. Orxan Pamuqu rus dilindən Azərbaycan türkcəsinə çevirən bir ölkənin yazarlarından nə gözləyəcəksən ki? Yunis Əmrəni, Qaracaoğlanı, Nazim Hikməti, Nəcib Fazıl Qısakürəyi dilimzə tərcümə edən ölkənin yazarlarından daha nə gözləyəcəksən ki? Allahın yaponu, çini, rusu yeni çağın yeni türk dilli dövlətlər təşkilatının sıralarına daxil olmaq üçün, bundan sonrakı mədəni-kültürəl-siyasi var oluşlarını bu atmosferdə keçirmək üçün dəridən - qabıqdan çıxır, bizim yazarlar da min hoqqadan çıxıb, Türkiyə türkcəsində olan əsərləri ingilisdən, ya da rusdan çevirilər.
Biz düşmənlərə “q” səsi ilə deyil, “k” səsiylə qalib gələ bilərik. Ona görə də, təklif edirəm ki, demirsiniz demirsiniz, heç olmasa yazanda “doqquz” deyil, “dokkuz”, “iqlim” deyil, “iklim” yazın
Xanəmir Telmanoğlu