Lukaşenkonun səfəri Azərbaycan-Belarus münasibətlərinin daha da dərinləşməsini şərtləndirəcək
Sovetlər dönəmində eyni ittifaqda olan və ölkələrarası münasibətlərdə möhkəm təməllərə malik Belarus Respublikasının prezidenti Aleksanr Lukaşenkonun ölkəmizə 16 may 2024-cü il tarixində baş tutan rəsmi səfəri böyük strateji əhəmiyyətə malik bir hadisədir. Səfər çərçivəsində hər iki ölkənin rəhbərləri tərəfindən səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkənin mövcud münasibətlərinin bundan sonra daha da dərinləşməsinə və strateji əməkdaşlıq kontekstində inkişaf etməsinə zəmin yaradır. Qeyd etməliyik ki, bu gün Belarus və Azərbaycan dost və strateji tərəfdaş sayılan ölkələrdir. Hər iki ölkə arasında bu gün iqtisadiyyatın müxtəlif sahələrində bir-birini tamamlayan və hər iki tərəfə böyük iqtisadi mənfəət gətirən böyük layihələr icra olunmaqdadır. Belarus hazırda dünya maştabında kənd təsərrüfatı sahəsi üzrə texniki avadanlıqların istehsalı ilə məşhurdur.
Nəzərə alsaq ki, bu gün Azərbaycan öz iqtisadiyyatının qeyri-neft sektoru üzrə inkişaf yolunu prioritet seçib, belə olan halda hər iki ölkə arasında mövcud əlaqələrin inkişafı və dərinləşməsinin böyük uğurlara gətirib çıxaracağını söyləyə bilərik. Bir məqamı da vurğulamaq yerinə düşər ki, Belarus Azərbaycanın ərazi bütövlüyünə daim hörmətlə yanaşıb və yaranmış problemin həllində ölkəmizə öz köməkliyini əsirgəməmişdir. Bizlər bunun 44 gün davam edən Vətən Müharibəsi zamanı da şahidi olduq. Səfər çərçivəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə birlikdə Aleksandr Lukaşenkonun işğaldan azad edilmiş Fizuli və Şuşa şəhərlərinə səfəri, orada yaradılmış infrastruktur layihələrlə yerindəcə tanış olması beynəlxalq aləmdə ölkəmizin növbəti uğuru kimi qəbul edilməlidir. Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərinin hər qarışında geniş abadlıq-quruculuq işlərini uğurla icra edir və bu prosesdə dünya dövlətlərinin yaxından iştirakına böyük imkanlar yaradır. Belə dövlətlərdən biri də Belarus Respublikası olacaqdır. Aleksandr Lukaşenko bu gün həmin ərazilərdə aparılan yenidənqurma işlərini Azərbaycanın, həm iqtisadi, həm də siyasi uğuru adlandırmaqla, bu proseslərdə yaxından iştirak etməkdə maraqlı olduqlarını vurğuladı. Bəli, bu torpaqlar bizimdir və bu ərazilərdə hansı ölkənin hansı işlərdə Azərbaycana dəstək verəcəyinə qərar vermək ixtiyarı bizə məxsusdur. Artıq hansısa qüvvələrin Azərbaycanla zor dilində, güc vasitəsilə nəyisə diqtə etməsi keçmişdə qalıb. Bizlər əminik ki, Azərbaycan və onun strateji müttəfiqləri Cənubi Qafqazda əbədi sülhün əldə olunmasından ötrü əlindən gələni edəcək, ümumən bəşəriyyətin var olması üçün vacib olan sülhün qorunub saxlanılmasına nail olacaqlar.

Şəkəralı İsmayılov;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı