Ruhani kimlikdən və energetik təkamüldən doğulanlar

Ey dili qafil fil faili məchul fani f....
Derlər,
Unudulmuş oxucu,
Dünəndən qardaş ölkə İranın prezidentinin helikopterinin Şimali Azərbaycanın hansısa nöqtəsində qəzaya düşməsini eşidən andan, etiraf edirəm ki, halımın dəyişdiyini hiss etdim. Baş verən böyük masştabdakı hər hansı bir qəza və terrorun izi, üslubu indiki çağda adama gün kimi aydın olur. Çünki yaxın tarixdə baş vermiş bu tipli olumsuz hadisələrin adına nə deyirsən de, enində - sonunda altından başqa əllərin çıxdığının, başqa niyyətlərin dayandığının şahidinə çevrilirsən.
Qəza barədə eşitdiyimdə, nədənsə 2009-cu ildə Türkiyənin önəmli siyasətçilərindən biri olan, rəhmətlik Mühsin Yazıçıoğlunun dünyasını dəyişməyi ilkin olaraq yadıma düşdü. Bu iki qəzanın izlərini sanki bir əl yapmışdır. Aradan illər keçəndən sonra Mühsin bəyin helikopterinin qəzaya uğramasının heç də o günkü hava şəraitindən dolayı deyil, Türkiyənin gələcəyini qaraltmağa çalışan hansısa qaranlıq güclərin əməli olduğu kəsinliklə təsdiqləndi.Düşünürəm ki, İran prezidentinin də başından keçən olay eyni əlin çirkin izlərindən başqa bir şey deyildir.
Derlər,
Unudulmuş oxucu,
İlin-günün bu çağında coğrafiyamızda gedən qlobal proseslər, üstün güclərin bu gedişata yönəlik aldıqları olumsuz tavr, baş verənlərin bölgəmizin gələcəyi acısından hər türlü xoş imkanlar vəd etməsi, kimlərinsə ürəyincə olmayan, xəyallarını suya düşürən bir nöqtədə bizləri üz- üzə gətirir. İran prezidentinin helikopterinin qəzaya uğraması təbiət hadisəsindən çox, dünyada üstün söz sahiblərinin planlı əməlindən xəbər verir. Mən də istərdim ki, bu qəzanın baş vermə səbəbi heç bir dövlətin, təşkilatın, gücün niyyəti-əməli deyil, təbiətin şıltaqlığı ilə bağlı olsun. (Ümumiyyətlə, yanlış anlaşılmasın, bu qəbilədən olan qəzaların da gerçəkləşməsini heç istəmirəm.) Ancaq gözümüzün qarşısında cərəyan edən olayların ardıcıllığı, İran prezidentinin Azərbaycanın dövlət başçısı ilə xoş görüşü bunu demir. Görünür, ölkəmizlə, Zəngəzur dəhlizi ilə əlaqədar bu görüşdə varılan sonuclardan narahat olan güclər yatmış deyillər.
Düşünrəm ki, aradan illərin bütün oyunbaz parazit vasitəçi qüvvələrini uzaqlaşdıran Azərbaycanın öz başının çarəsinə daha mükəmməl baxdığını görənlər, olub-bitənləri həzm edə bilmirlər. Anlamağa başlayırlar ki, nəhayət, Azərbaycan ermənistanı onun-bunun əlindən alıb öz əlinə keçirməyi bacarır və bu bölgəsəl politik sahiblənmənin qazandırdığı avantaj region dövlətləri üçün də bir imkan təqdim edir.
Bəlkə də məlum hadisə baş verəndən sonra düşünənlər var ki, İran prezidentindən sonra, sırada erməni prezidenti Paşiniyandır. Çünki böyük, qlobal güclər razılaşdıran tərəfi deyil, razılaşan tərəfi hədəf alır, nişangaha çəkirlər. İran prezidentinin helikopter qəzası da diqtə edir ki, demək bölgəmizdə gerçək siyasi-iqtisadi -ideoloji İŞ indi başlayır. Bu gərginliymizin tezliklə bitməsini istəyirəm.
Derlər,
Unudulmuş oxucu,
Qəzayla ilgili deduktiv yanaşma sərgiləməyim də ya xoşa gəlmiyə bilər, ya da istehza doğrar. Ancaq dediktivizmlə ironiya arasında gedib gəlmək, var gəl etmək, özümü həngdən salmaq kimi bir niyyətim də yoxdur. Bu dünyada hər kəsin bir akçorası olduğundan əminəm. Bizlər dədə-babadan akçora dediyimizə sonralar xeyir gətirən mələk ayamasını taxdıq. Hər halda, yaşadığımız qaynar bir dönəmdə hansı siyasi ictimai bəşəri hadisələrin gerçəkləşməsindən, bu hadisələrin xeyir, ya şər yönümlü olmasından asılı olmayaraq, gələcəyimizi qaranti altına alacaq atılan hər bir addımın AKÇORASIZ həyatımızdakı təsirini çözə bilməzsiniz.
Bu gün məlum olur ki, bir ölkənin özünün onun taleyində daxili siyasətindən daha çox xarici demiyək, qonşu ölkələrlə apardığı siyasi müstəvidəki münasibəti daha çox önəm kəsb edir, daha çox geopolitik tale məsələsinin məsuliyyətini artırır.
Politik-siyasi olayların Qafqazsentirik bir istiqamətdə cərəyan etdiyi müşaidə edildiyi zənnindəyəm. Çünki politik-siyasi gedişatın ideoloji-məfkurəbazalı həzm ediləcəyinin ümidiylə yaşayanlardan biriyəm. Qarşıda bizi bir işıq topası kimi Turan gözləyir. Artıq 2050-ci illərdəki qızılalma xəritəsinin bütün coğrafi ucqarları qlobal strateklərin, beyin mərkəzlərinin ələmanları, əməkdaşları tərəfindən necə incələnib araşadırılıb dilə gətirildiyi əndişəsini də bilməmiş deyilik.
Ulusumuzun atasaqunu öz məqamında oturub öz yerindən mənəviyyat və kimliyimizdə, mədəniyyətimizdə baş verənlərə nəzarət edir, gərəkən yerdə zopasını da endirməyi bacarır. Bu sakral-metafizik cəsarətimizin müazzam zəfərnaməsi nəzərgahi-ilahidə də öz yerini həqiqi diskursiv distinksiya daxilində qorumalı olduğunun fərqindədir.
Şükürlər olsun ki, xalqımızın ruhani kimliyindən və energetik təkamülündən doğulan öz çağatayları (uzaqgörənləri) min illər keçsə də ətrafımızda dolaşmağındadır.
Ancaq onu da unutmayaq ki, qardaş İran dövlətinin prezidentinin qəzaya uğraması yaxın günlərə xoş bir soraq vəd etmir.
Xanəmir Telmanoğlu


