Birliyimizin əsəri: Kitabi-Dədə Turan

Hit: 432
Birliyimizin əsəri: Kitabi-Dədə Turan
Ey dadi bidad danəndə dəhan dərviş d....
 
Derlər,
Məfkurəsini hər şeydən üstün bilən, Unudulmuş oxucu,
Bundan sonrakı sürəcdə türk dövlətlərinin hər biri üçün olduqca zəngin və əvəzsiz iqtisadiyat, ekonomik, bir dayanıqlıq, bir bitməz - tükənməz ideoloji xəzinə vardır: islamçılıq və turançılıq! Bu iki anlayışı, inancı, ideolojini bir araya gətirən lider, mükəmməl bir güc sahibi olacaq.( Gerçəyi demək lazımsa, turançılıq dediyin zaman islamçılığın da bu xəttə yer aldığını işin kökündən xəbəri olanlar üçün anlaşılandır:x.t.) İstənilən gücün qarşısında şəstlə dayanmağı bacaracaq. Sözünün üzərinə söz deyən olmayacaq. Real hakimiyyətin, yönətimin, iqtidarın nə olduğunu anlayacağı kimi, millətin, xalqın, cəmiyyətin, dövlətin və həqiqi mədəniyyətin də millətimizin ümumi tarix sürəci müstəvisindəhansı ehtişama sahib olacağının dadını çıxaracaqdır. Bir sözlə, öz sələfləri kimi dünyaya gözübağlı gəlib gözübağlı gedənlərdən olmayacaq. 
İslam və türk dünyasını qapsayan ölkələr böyük coğrafiyanı əhatə edir. Bu ərazilər siyasi və ideoloji baxımdan sizlərə azmı şeylər söyləyir. Belə onurli və ərdəmli addımı atmaq üçün bizdən öncəki dönəmlərdə mücadilə aparmış, bizə hazır konsepsiyalar, ideoloji doktirinlər yadigar qoymuş kişilərin yazılı mətnləri ilə tanış olmaq yetərlidir. Bu hazır konseptual ülkü ilə bütün dünyanı zülmdən, zalımların iqtidarından qurtarmaq da mümkündür. Ancaq bütün dünyanı hələlik bir tərəfə qoyub öncəliklə bu birlik məfkurəmizin vazkeçilməzliyindən danışaq.
 
Derlər,
Məfkurəsini hər şeydən üstün bilən, Unudulmuş oxucu, 
Ortalıqda tarixin sınağından çıxmış, kosmik yaraşıqlı əlifbamız mövcuddur: Orhun Yenisey əlifbası. Ortalıqda dünya dillərinə daş çıxardacaq bir dilin varlığından söhbət gedir ki, o dildə Kitabi Dədə Qorqut, Manas, Koroğlu, Qutatqu Bilik, Divanü Lüğat-it-Türk kimi abidələr, Nəsimi, Yunis Əmrə, Füzuli, Yəsəvi, H.Cavid, N.Hikmət kimi yazarların kullandığı dilin dərinliyinin mövcudluğu üzə çıxmışdır. Bu dildəki mövcud mətnləri oxuyan, danışan, yazan insanlarımız bu dilin oluşdurduğu mədəniyyətdən güc alaraq şərqdə bütün ilk-lərə imza atmışdırlar. Siz, Üzeyir bəyi bu dünyada kimlə qiyaslaya bilərsiniz? Sizin xəbəriniz varmı ki, kimdən danışırsınız, kimin sənə məxsus olduğundan söhbət gedir? Sən dünyada elə bir oğul göstər ki, Əhməd Bəy Ağaoğlu kimi bir kişiliyə, xarakterə, düşüncəyə, cəsarətə, vətən sevgisinə, millət duyğusuna, intellektinə sahib olsun?  Müsavat Dövlətini bir yazılı-şifahi epos kimi yaradan Məhəmməd Əmin Rəsulzadədən varmı dünyada, əfəndilər? 
 
Derlər,
Məfkurəsini hər şeydən üstün bilən, Unudulmuş oxucu, 
Mən hələ sənin Şah Xətaindən, Nadir Şahından, Ağa Məhəmməd Şah Qacarından, Cavad Xanından danışmıram. Bəs Alpər Tonqaya nə deyirsən? Oğuz Xaqandan, onunla genetik-ruhsal bağlarının uzantısının səni haralara kimi apardığının heç fərqində oldunmu, əziz dost?  Sən heç bu yazılı - şifahi epos olan epoxalarımızı epos kimi oxudunmu bir kəz də olsa : Kitabi-Dədə Türkiyəni, Kitabi - Dədə Ayasofiyanı, Kitabi-Dədə Sultan Əhmədi, Kitabi - Qazaxstanı, Kitabi - Qırğızstanı, Kitabi Azərbaycanı, Kitabi Özbəkstanı, Kitabi Türkmnstanı, kitabi Dədə Uyğurstanı, Kitabi Kipirstanı, Kitabi - Canım Pakistanı, Kitabi- Canım Əfqanstanı? Bu dünyanı dünya edən, mədəniləşdirən əsərlərdir bu saydığım möhtəşəm əsərlər. O mədəniləş-dirən əsərlərin bitməyən say - hesabının nə qədəri bizdədirsə, bir o qədəri də qanımızda, damarlarımızda, kimlik təcəllamızdadır. 
Bu gün xalqımızın yaratdığı ən böyük ortaq əsərlərimizdən birinin adı belədir: Kitabi- Dədə Turan eposu. Adı olmayan əsərlərin, savaşların, mübarizələrin məzmunu, mahiyyəti və varlığı şübhə altındadır. Bu Kitabımız göylərdə çoxdan hazırdır. (Xalq bəzən öz kitabını özü yaradır, göylərdən endirmək üçün hansısa peyğəmbəri gözləmir:-x.t.) Bəlkə də Adəm yaradılışı dönəmindən. Sadəcə olaraq o gündən bu günə öz qutsal yerində bəlli bir aşamaya gəldikdən sonra, yer üzündə də mövcudluğunu sürdürəcəkdir. O günə çox qalmayıb...
 
Xanəmir Telmanoğlu








Redaktorun seçimi